KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Bugünkü Yevlaxda danışıqlar barədə

Fuad Gahramanlı: Bugünkü Yevlaxda danışıqlar barədə

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
214 0

Separatçılara heç bir güzəşt edilməməlidir.

Bu gün Azərbaycan üçün çox kritik gündür. Birazdan Yevlaxda Qarabağ erməniləri ilə danışıqlar başlayacaq.
Əgər, bu danışıqlarda Rusiya “sülhməramlılarının” komandanlığı da iştirak edəcəksə, bu təkcə pis deyil, həm də çox pisdir.
O zaman demək ki, danışıqlarda nəyin həll olunub olunmayacağına da iki tərəf adından ruslar qərar verəcək.

Danışıqlarda separatçılara heç bir güzəşt olunmamalıdır. Azərbaycan ordusu Xankəndinə daxil ola biləcəyi halda ona görə dayanmadı ki, indi otrub ermənilərlə hansısa uzunmüddətli müzakirələr başlansın. Söhbət ancaq kapitulyasiyadan gedə bilər. Təkcə ordakı erməni silahlı birləşmələrini buraxmaqla məsələ həll olunmur. “Arsax” adlı qondarma qurum da buraxılmalı, Azərbaycan hakimiyyət orqanlarının Xankəndi və ermənilər yaşayan bütün ərazilərdə fəaliyyəti qeyd şərtsiz təmin edilməlidir. Bu olmayacaqsa, biz yenə durub Xankəndiyə kənardan baxacağıqsa, o zaman bu danışıqların bizə bir faydası olmayacaq. .

Separatçı rejim qalacaqsa və Azərbaycan Xankəndinə buraxılmayacaqsa, o zaman hətta erməniilərin silahlı birliklərinin buraxılması belə yenə də problemin həll sayıla bilmə. Çünki ərazidə olan Rusiya sülhməramlıları əvvəlki kimi oradakı separatçı rejimdən öz maraqları üçün istifadə etməkdə davam edəcəklər.

Qaldı ki, ruslara, onların təminat verdiyi heç bir məsələyə inanmaq olmaz. 10 noyabr Bəyanatında təminat verdikləri məsələləri yerinə yetirmək əvəzinə ötən müddət ərzində Moskva yalnız Qarabağdakı separatçı rejimi himayə etməklə məşğul oldu. Bu səbəbdən ” Rusiya bizə Qarabağı verir” nağıllarına cəmiyyətimiz inanmamalıdır.

Əgər “Arsax” adlı qondarma qurum qalacaqsa, bu o demək olacaq ki, bu dəfə buraxılan erməni silahlı birləşmələrinin əvəzinə separatçı rejimin təhlükəsizliyini Rusiya “sülhməramlıları” yerinə yetirəcək. Bu halda Qarabağda nəzarət təktərəfli qaydada Moskvanın əlinə keçmiş olacaq.

Moskva bilir ki, Azərbaycan ordusu Xankəndinə nəzarət edərsə və bizim qanunlar orda tətbiq edilərsə, o zaman Rusiya ordusunun Qarabağda qalması üçün heç bir səbəb qalmayacaq. Bu sadə həqiqəti bilə- bilə Rusiyanın əli ilə problemi həll etmək cəhdi, növbəti dəfə separatçı rejimin ləğvi fürsətini əldən vermək demək olar . Ona görədə bugünkü danışıqlar ikitərəfli qaydada olmalı və ermənilərin qarşısına yalnız kapitulyasiya şərtləri qoyulmalıdır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir