KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

Kafkassam Editör Kafkassam Editör - - 15 dk okuma süresi
293 0
zuriye

Artıq 2 əsrdən çoxdur ki, Qarabağ bölgəsi münaqişə ocağına çevrilib. Əzəli Azərbaycan torpağı olan Qarabağ 1805-ci il 14 mayda bağlanan Kürəkçay müqaviləsi ilə Rusiya imperiyasının tərkibinə daxil olub, 1828-ci il Türkmənçay müqaviləsi ilə 1 milyondan çox erməni buraya köçürülüb. Köçürülmə ilə bağlı erməni mənbələrində də, rus mənbələrində də, köçürülmə ideyasının müəllifi Qriboyedevin yazılarında da açıq məlumatlar verilib. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Ermənilərin iddia etdiyi kimi “təhvil verilməsi” deyil, məhz saxlanılması haqqında. 1923-cü ildə mərkəzin də köməkliyi ilə Qarabağa muxtariyyət statusunun (DQMV) verilməsindən sonra ermənilərin Qarabağı Azərbaycanda ayırmaqla bağlı iddiaları gündəmə gəlib. Nəticədə, 1988-ci ildən etibarən azərbaycanlılar öz dədə-baba yurdlarından qovulmağa başlayıb və DQMV Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə salınıb. Qarabağda yaşayan siyasi, iqtisadi, mədəni muxtariyyəti olan ermənilər öz müqaəddəratını həll etmə bəhanəsi ilə Azərbaycana tabe olmaqdan imtina edib. Beynəlxalq hüquqa görə milli azlıqlar öz müqəddəratını təyin edə bilərlər. Lakin bu, müstəqillik şəklində ola bilməz. Ona görə də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdi. Hüquq normalarının pozulması bununla bitməyib. 1992-ci il 8 mayda Şuşanın işğalı ilə Dağlıq Qarabağın işğalı başa çatıb. Daha sonra ətraf 7 rayon – Kəlbəcər, Laçın, Qudablı, Zəngilan, Ağdam, Füzuli, Cəbrayıl rayonları da işğal olunub.
Tarixə də nəzər salmaqda məqsəd odur ki, bu torpaqlar əzəli Azərbaycan torpaqlarıdı və heç vaxt ermənilərə mənsub olmayıb. Burada heç bir erməni mədəni irsinin izləri aşkar olunmayıb. Adın etimologiyasına baxdıqda, (“qara”-böyük, “bağ” ərazi deməkdi) türk mənşəli sözlərin birləşməsindən yarandığı aydın olur. Hətta ermənilərin istifadə etdiyi “Artsax” adının da tarixi qaynaqlarda “ər saklar”la bağlı olduğu vurğulanır. İqrar Əliyevin araşdırmasında isə “Artsax” adının Urartu mənbələrində “urtexen”, yəni, “Qarabağın qərbi” mənasını verdiyini bildirir. Qarabağda ancaq bir xalqın aborigenliyindən danışmaq olar – bu da azərbaycanlılardır.
1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə “Bişkek protokolu” imzalansa da, sərhəd xəttində Ermənistan tərəfi heç bir səbəb olmadan atəşkəsi kobudcasına pozur. Bu il 12 iyulda Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunda yerləşən mövqelərimizə artilleriya qurğuları ilə hücum edib. Ardınca sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatlarına başlayıb.
Müharibə qaçılmazdı. Çünki, bir dövlət xaricdən aldığı hərbi dəstəklə digərinin ərazilərini işğal edib. Beynəlxalq hüququn əsas prinsiplərini pozub. BMT Təhlükəsizlik Şurasının işğalın aradan qaldırılmasıyla bağlı qətnamələrini yerinə yetirmir. Belə olan halda Azərbaycandan sona qədər sülh tələb oluna bilməz. Sülh əlbəttə ki, vacibdir. Münaqişə əlbəttə ki, zərərlidir. Amma “nəyin bahasına olursa olsun sülh” dünyada heç bir dövlətin qəbul etmədiyi bir prinsipdir. Əgər belə olsaydı, heç bir ölkənin müdafiə qurumları mövcud olmazdı. Azərbaycanın hərbi, iqtisadi, diplomatik gücü deməyə əsas verir ki, bu ölkənin hansısa alçaldıcı sülhə məcbur edilməsi ehtimalı yoxdur. Hətta bu olsa belə, beynəlxalq təcrübə göstərir ki, bu cür ədalətsiz “sülh”lər daha geniş miqyaslı hərbi münaqişələrin təməlini formalaşdırır. Əgər Ermənistan danışıqdan qaçırsa, açıq şəkildə hərbi vasitələrdən istifadə edirsə, başqa yol qalmır. BMT-yə üzvlük Azərbaycan dövlətinə haqq verir ki, dövlətimiz BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, öz ərazi bütövlüyünü bərpa etsin və öz ərazisindən separatçı qüvvələri çıxarsın. Bundan başqa, BMT nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır.
Ermənilər isə öz təhrif olunmuş həqiqətlərini dünya ictimaiyyətinə car çəkməyə davam edir. İnformasiya müharibəsini güclü aparan bu millət hələ də riyakarcasına Qarabağın ermənilərin qədim yurdu olduğunu və Azərbaycanın onlara qarşı təcavüzkar hücumlar etdiyini dünyaya çatdırmağa çalışırlar. Başqa xalqlara, xüsusilə də türk xalqına qarşı açıq-aşkar şovinizm nümayiş etdirib, adını isə sadəcə özlərini daim təqib edən düşmənlərindən müdafiə siyasəti kimi tanıdaraq dünyaya meydan oxuyan riyakar bir millətin səsinə səs verilir. Əzizlərinin, torpaqlarının, yurd-yuvalarının dağıyla yaşayan millətin səsini isə eşitmirlər. Bəs dünya ictimaiyyətinin, bəs ermənilərin özlərinindəmi dediklərini eşitmirlər? Elə isə tanış olun! Bunları biz demirik:
“1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur.” Erməni alimi Zaven Korkodyan. “Sovet Ermənistanının əhalisi 1831-1931” adlı kitabından. 1932.
“Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır.” B.İşxanyan. “Qafqaz xalqları”
“1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə iki yüz mindən çox erməni köçmüşdür.” Zori Balayan. “Ocaq”
“Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər.” A. Lalayan. 1918-20-ci illərdəki qırğınlar haqqında. “İnqlabi Şərq” jurnalı,
“Yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar” Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill. “İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində”.
“Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə ilə əlaqəsi olmayan Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar. ” Anastas Mikoyan. Leninə yazdığı məktubdan.
“Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır.” Amerikalı erməni yazıçısı L.Z. Sürməliyan. “Xanımlar və cənablar, müraciətim sizədir” kitabından.
Tarix boyu qanına susadıqları türklərin dedikləri yalandır. Polyak şairi Adam Metsin, rus şairi Puşkinin, Qriboyedovun, Veriçko, Şavrov, Qlinkanın, Mayevskinin ermənilərə verdikləri qiymət yalandır. Bəs bu dəlillər? Bunlardamı yalandı? Amma artıq bizim bütün bunlara ehtiyacımız yoxdur. Azərbaycanın güclü dövləti və güclü ordusu hərbi güc ilə torpaqlarımızı geri almağa yetərlidir. Bütün torpaqlarımızı işğaldan azad edəcəyimiz o tarix çox yaxındadı. Biz qələbəyə inanırıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Züriyə Qarayeva

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir