KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanli: Bu şəkildə gördüyünüz çiynində kilometrlərlə yorğan- döşək daşıyan qadın Yardımlı sakinidir

Fuad Gahramanli: Bu şəkildə gördüyünüz çiynində kilometrlərlə yorğan- döşək daşıyan qadın Yardımlı sakinidir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
222 0

Evində qonaq üçün saxladığı yatacağı qarlı havada çiyninə alıb Türkiyə yardım toplanan yerə aparır.
Bu qadın nə geosiyasət bilir, nə də ki, düz əməlli bir təhsili var. Ancaq, bu ana Azərbaycan və Türkiyə birliyinin təməlində duran milli ruhu, Turan sevdasını öz laylası, südü və geni ilə əsrlər boyu yaşadıb, onu bozqırlardan, yovşan ətirli çöllərdən keçirib, böyük köçlərdə, yürüşlərdı öz ürəyində daşıyıb, qanlı savaşlarda müqqədəs miras kimi öz hifz edib və bu günümüzə gətrib çıxarıb.
Azərbaycan – Türkiyə birliyinin mayası da bu ananın daşıdığı o müqəddəs ruhdadır. Digər məsələlər təfəüratlardır.

Bu ana həm də ən böyük müəllimdir. Ən akademik təhsilli müəllimləri də qarşısında oturdaraq bütövlükdə bəşəriyyətə İNSANLIQ dərsi keçə biləcək bir müəllim. Bu qarlı, şaxtalı havada evinin yorğan döşəyini çiyninə atıb qarlı, dərəli – yamaclı yollarla yardıma yürümək, yaşanan fəlakətin ağrısına şərik çıxmaq, ən çətin şərtlərdə belə öz insanlıq borcunu vermək, acı, əzab çəkən insanlara ürəyi yanmaq hər kəsin öyrənə biləcəyi bir insanlıq dərsidir.

Bax biz buyuq, ən ucqar dağ kəndindən insanlığa nümunə olacaq ANASI, qadını olan Ulus.

Bu həm də o deməkdir ki, bir gün ucqar dağ kəndindəki ananın göstərdiyi insanlıq örnəyi kimi, heç kəsin gözləmədiyi bir ağızdan çıxacaq azadlıq və ədalət səsi də gözlənilmədən məşəl kimi yurdumuzun sarmış qaranlığı aydınladaraq, bütöv bir milləti öz harayında birləşdirib meydana çıxara bilər.
Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir