KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanli: Azərbaycan üçün yeni bir tələ. Nə baş verir?

Fuad Gahramanli: Azərbaycan üçün yeni bir tələ. Nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
372 0

Rusiya Dövlət Dumasının Avrasiya məsələləri üzrə inteqrasiya komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib ki, Azərbayan Kollektivi Təhlükəsizlik Müqaviləsində müşahidəçi imi iştirak etmək arzusunu bildirib. Bu bəyanat dövlətimizin milli təhlükəsizlik maraqları baxımından olduqca mühüm əhəmiyyət daşıyır.
Narahatlıq doğuran odur ki, Rusiya tərəfindən bu məlumat ictimailəşdirilməsəydi, bizim bu məsələ ilə bağı heç xəbərimiz olmayacaqdı. Ölkə üçün mühüm strateji qərarlarla bağlı Azərbaycan cəmiyyətininə heç bir məlumat verməmək, Azərbaycan iqtidarı üçün artıq bir ənənəyə çevrilib.
Azərbaycanın KTM yə müşahidəçi statusunda cəlb edilməsi məsələsinin Ərdoğanın ölkəmizə səfərindın sonra səslənməsi təsadüfi deyil. Türkiyə prezidenti Bakıya ABŞ prezidenti Baydenlə görüşdən sonra gəlmişdi və bu, o demək idi ki, onun bu gəlişi həm də Qərbin mandatı ilə gerçəkləşib. Ərdoğanın səfərinin gözlə görünən ən mühüm məqamı Azərbaycan və Türkiyə arasında hərbi ittifaqı gündəmə gətirən Şuşa Bəyannaməsinin imzalanması idi. Ancaq bundan da mühüm olanı, onun Azərbaycanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün Bakıda apardığı müzakirələr idi.
Bu Rusiyanı ciddi şəkildə narahat etməyə bilməzdi və cavab addımı özünü çox da gözlətmədi.
Rus “sülhməramlıların” məsuliyyət zonası olan ərazidən Ağdamda əsgərlərimizin atəşə tutulması, Tovuzda Ermənistala sərhəddə yaranan gərginlik Qərbə regionda hərbi nəzarətin tam şəkildə Moskvanın əlində olduğunu göstərmək məqsədi daşıyırdı.
Bu insidentlə Putin həm də Azərbaycana barmaq silkələyərək, Dağlıq Qarabağ probleminin heç də həll olunmadığını, hər an münaqişə yarana biləcəyini xatırlatmış oldu. Və ardınca da Leonid Kalaşnikovun haqqında danışdığımız məlum bəyanatı, Rusiyanın heç də bu təhdidlərlə kifayətlənmıdiyini, Azərbaycanın Türkiyə ilə dərinləşən hərbi əməkdaşlığının və Qərbə iteqrasiyayanın qarşısını almaq üçün yeni bir təşəbbüsə əl atdığını göstərdi.
Əgər Azərbaycan müşahidəçi statusunda belə KTM yə qoşulursa, bu o deməkdir ki, Rusiyanın anti Qərb hərbi stratejiyasında Moskvanın tərəfdaşı kimi rol almış olur.
Digər tərəfdən, aydındır ki, KTM Rusiyanın postsovet məkanında yaxın sərhəd ölkələr üzərində hərbi siyasi nəzarətini həyat keçirmək üçün qurulmuş bir mexanizmidir. O zaman, Rusiya bu imkandan istifadə edərək, Azərbaycanın Türkiyə ilə dərinləşən hərbi əməkdaşlığına tormozlayıcı müdaxilə etmək üçün əlavə imkanlar qazanmış olacaq.
Ən nəhayət, Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanımadığı və Dağlıq Qarabağı Rusiya ilə birlikdə işğalda saxladığı halda,
Azərbaycan hansı əsasla belə bir ölkə ilə eyni hərbi ittifaqda təmsil oluna bilər? Əgər, bu hərbi ittifaqın patronu Rusiya Ermənistanla qarşılıqlı hərbi yardım haqda müqavilə imzalayıb, onun sərhədlərinin müdafiəsini öz üzərinə götürübsə, o halda Azərbaycan ölkəmizə qarşı hərbi ittifaqı olan dövlətlərlə necə birgə hərbi siyasət yürüdə bilər? Bu məsələdə bizim dövlət olaraq təhlükəsizlik baxımından nə əldə edirik? İtirdikləri miz isə bəllidir.
Göründüyü kimi, Azərbaycanın KTM – yə sürklənməsi ölkəmizin Qərbə inteqrasiyasını əngəlləmək, Rusiyanın ölkəmiz üzərində hərbi – siyasi təsirini gücləndirmək məqsədi güdür.
Yenə də çox təəssüf ki, bu məsələdə dövlətin deyil, Qərbdən gələn demokratiya tələblərini öz hakimiyyəti üçün təhlükə sayan İlham Əliyev hakimiyyətinin korporativ maraqları əsas götürülür. Hakimiyyət açıq aşkar heç bir milli iradə, dövlət mənafeyi nəzərə almadan öz maraqları üçün ölkəni istənilən yanlış addımlara sürükəməkdə davam edir .
Aydın görünür ki, bu gün ölkənin ən böyük problemi iqtidarla dövlətin maraqlarının bir – birinə zidd olmasındadır.
Fuad Gahramanli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir