KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. “Ermənistan KTMT-nin baş katibliyinə sahib çıxarsa…”

“Ermənistan KTMT-nin baş katibliyinə sahib çıxarsa…”

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
548 0

“Ermənistan bu məqamı əldə edərsə diplomatik mənada Azərbaycana qarşı müvəffəqiyyət əldə etmiş olacaq”.

Bunu Avrasiya.net-ə açıqlamasında KAFKASSAM-ın rəhbəri, politoloq Hasan Oktay deyib.

Politoloqun sözlərinə görə, Ermənistan bölgədə meydana gələn inkişafları yaxından təqib edərək Qarabağı daha çox əlində tuta bilməyəcəyini bilir: “Bunun üçün döyüşün xaricindəki bütün yolları sınayaraq manevr etməkdədir. Çünki 1-4 aprel 2016-cı il tarixində cəbhə savaşında Qarabağda vəziyyətin yaxşı olmadığını görən Ermənistan rəsmiləri müharibənin xaricindəki sahələrə yönəldilər. Bu anlamda Ermənistan KTMT baş katibliyini əldə edə bilərsə bunun gücünü istifadə edərək bölgədə yerini möhkəmləndirmək istəyəcək. Ermənistan üçün əslində tükənməkdə olan çarələrin yenidən cücərməsi üçün bir ümiddir. KTMT sabiq Sovetlər Biriyi coğrafiyasında təsirli bir qurumdur. Bunun baş katibi də o dərəcə əhəmiyyətlidir. Ermənistan bu məqamı əldə edərsə diplomatik mənada Azərbaycana qarşı müvəffəqiyyət əldə etmiş olacaq. İçində olduğu ictimai və iqtisadi çətinliklərdən də bu yol ilə xilas olmağı planlayan Ermənistanın bu hücumu Qarabağ üçün mövcud status kvonun davam etməsini təmin edər”.

http://avrasiya.net/region/15764-ermnistan-ktmt-nin-ba-katibliyin-sahib-xarsa.html

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir