KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib

Elhan Şahinoğlu: Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
225 0

Bu qətnamə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Sənəddə həmçinin Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer alıb. Avropa Parlamenti Avropa İttifaqına üzv ölkələrə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı məhdudlaşdırmaq mümkünlüyünü nəzərdən keçirməyi təklif edib. Avropa Parlamenti BMT-nin keçmiş Dağlıq Qarabağa ilk missiyasının təşkilindən məyusluğunu bildirməklə yanaşı bölgədə BMT-nin nəzarəti altında beynəlxalq iştirakın bərqərar edilməsinin tərəfdarı olduğunu vurğulayıb. Avropa Parlamenti ayrıca, Avropa İttifaqının diplomatik çərçivələrinə Cənubi Qafqaz bölgəsində təhlükəsizlik çərçivələrinin dərhal yenidən nəzərdən keçirilməsini təklif edib.

Avropa Parlamentinin qətnaməsi hüququ qüvvəyə malik deyil. Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməyə məhəl qoymadan Azərbaycanla tərəfdaşlıqlarını davam etdirəcək, bəzi sahələrdə isə genişləndirməyə çalışacaqlar. Bu qətnamənin məqsədi sadəcə erməniləri sakitləşdirməkdir, “baxın, biz Azərbaycanı cəzalandırdıq” demək istəyiblər. Hazırda bu qətnamə erməni saytlarını bəzəyir, ancaq zaman keçəcək qətnamə o biri sənədlər kimi unudulacaq və Avropa ölkələri qışda donmamaq üçün Azərbaycandan daha çox qaz istəyəcəklər. Önəmli olan Qarabağ məsələsini birdəfəlik bitirmək idi, onu da etdik, qalan məsələlər zamanla həllini tapacaq.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir