Some countries, especially France want to pit Turkey against Russia through the Karabakh problem

Emperyalizmin bombalı Ankara çıkarması

Türkler Alman polise nasıl casusluk yaptırdı?

Amr Musa; “Türkiye, Rusya ile ABD’ye karşı zekice çalışıyor”

Bütöv Azərbaycan Ocaqlarının BƏYANATI

Gündem 25 Nisan 2020
170

Azərbaycan Milli Şurası mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edib, Azərbaycan xalqının çox əsrlik dövlətçilik ənənələrini dirçəldərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını bəyan etdi.
Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi iki ilə yaxın müddətdə öz ərazisində tam dövlət hakimiyyətinə malik olmaq, müstəqil xarici və daxili siyasət yürütmək üçün çox böyük işlər gördü. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı parlament dünya parlamentləri içərisində demokratik parlamentlərdən biri idi. Bu dövlətin hökuməti, ordusu, maliyyə sistemi xalqın mənafeyinə əsaslanaraq fəaliyyət göstərirdi.
Azərbaycan bir çox xarici dövlət tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin ağır beynəlxalq durumda bu milli dövlət cəmi 23 ay yaşaya bildi.
1920-ci il aprelin 26-dan 27-nə keçən gecə RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan ərazisinin işğalına başladı, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyinə son qoydu. Bunun ardınca milli hökumətimizin yerində yaratdığı Azərbaycan Sovet Respublikasının müstəqilliyini tanıyan RSFSR, onun təşəbbüsü ilə1922-ci ilin 30 dekabrında yaradılan SSRİ-nin timsalında bu işğalçılıq faktını bir daha təsdiqləmiş oldu.27 Aprel İşğalı Azərbaycana ağır fəlakətlər gətirdi.
Sonralar, 71 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii sərvətləri amansızcasına istismar olunur, Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
Təqdim etdiyimiz bu açıqlama Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əksini tapmışdır. Həmin Aktın birinci maddəsində göstərilir ki, “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”. İkinci maddəsində isə “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” əksini tapmışdır.
Təəssüf hissi ilə qeyd edək ki, Azərbaycan Respublikasının fevralın 9-da formalaşan VI çağırış Milli Məclisi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqında Konstitusiya Aktının maddələrini pozaraq 30 mart 2020-ci il tarixdə “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanunu I oxunuşda qəbul edib. Buradan belə çıxır ki, Milli Məclis səlahiyyət həddini aşaraq Konstitusiya Aktında göstərilən “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” maddəsini pozaraq Azərbaycan Sovet Sosialist Respublikasının varisi kimi çıxış etmişdir. Əslində, təklif olunan medalın bu adda adlandırılması Azərbaycan Konstitusiya Aktının maddələrini pozmaqdır. İkincisi, isə 1941-45-ci illər müharibəsi İkinci Dünya müharibəsinin tərkib hissəsidir. Bütün dünya ictimaiyyəti də bunu bu adda qəbul edir.
Bu mənada Milli Məclisin qəbul etdiyi düzəliş 28 aprelin İşğal Aktı kimi qəbul edilməsinə şübhə yaradır. Onlar bu düzəlişi qəbul edəndə mərhum Prezident Heydər Əliyevin 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub” söylədiklərinə də qeyri-səmimi yanaşmadır.
27 Aprel işğalı Azərbaycan xalqının təkcə ərazisinin işğalı ilə nəticələnmədi. Bu işğal təfəkkürümüzü işğal etdi. Minlərlə aydınlarımızı, insanlarımızı məhv etdi. Milli kimliyimizi dəyişdirdi. Tariximizi, ədəbiyyatımızı, fəlsəfəmizi, incəsənətimizi işğal ideologiyası əsasında formalaşdırdı. Tarixi torpalarımızın bir hissəsində qondarma Ermənistan Respublikası yaratdı. Azərbaycanın ürəyində Dağlı Qarabağ adlı qondarma erməni vilayəti təşkil etdi. Ermənistandan minlərlə soydaşımızıdoğma torpaqlarından sürgün etdi. 1988-ci ildə ermənilərin xeyrinə siyasət yürüdərək Azərbaycanı yenidən müharibəyə cəlb etdi. Buna etiraz edən dinc Azərbaycan xalqını 1990-cı yanvarında Bakı şəhərində, Neftçalada, Cəlilabadda, Lənkəranda, Gəncədə qanına qəltan etdi. 1992-ci ildə imperiya hərbiçiləri (1991-ci ildən yenidən Rusiya Federasiyası adlanmağa başladı) erməni separatçıları ilə birlikdə Xocalıda soyqırım törətdilər. Azərbaycanın rayonlarını işğal etməkdə ermənilərə ən böyük yardımlar etdilər. Bütün bunların kökü məhz, 1920-ci il 27 apreli işğalı ilə başladı.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, millət öz demokratik Cümhuriyyətinə sahib çıxdığı kimi, onun işğal tarixini də özünün silinməz yaddaşına yazmalıdır. 1920-ci il 27 aprel işğalı XVIII əsrin sonlarından başlayaraq Azərbaycanda davam edən Rusiya müstəmləkəçilik siyasətinin davamı olmaqla, 1991-ci ilə qədər davam etmişdir. Bütün bunları nəzərə alaraq hesab edirik ki, 27 aprel 1920-ci il tarixi Azərbaycanda İşğal Günü kimi qeyd olunmalı, təqvimizə qara gün kimi düşməli və “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanuna yenidən baxılmalıdır.
Bütöv Azərbaycan Ocaqları.
Bakı, 16 aprel 2020
Bəyanata qoşulanlar:
Zahir Əlisoy – BAO Başqanı
Dilavər Əzimli – BAO Başqanının İdeoloji məsələlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, dosent
Alı Balayev – BAO Başqanının siyasi məsələlər üzfə müavini, tarix üzrə fəlsəfə doktoru
Faiq Ələkbərli – BAO Başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Eldəniz Abbaslı – pedaqogika üzrə fəlsəfə doktoru
Araz Şamilov – “Tariximizə sahib çıxaq” İctimai Birliyinin sədri
Nəsib Nəsibli – tarix üzrə elmlər doktoru, professor
Rüfət Muradlı – Ümid Partiyası sədrinin müavini
Azər Rəşidoğlu – politoloq
Əli Əhməd oğlu Təbrizli
Xəqani Salmanov – BAO üzvü
Yaşar Bəhramov – AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işcisi
Zəkulla Bayramlı – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Abbas Abbasov – BAO üzvü
Məhəmməd Abbasov
Şahlar Göytürk (Məmmədov) – AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Ceyhun Nağıbəyli
Pərviz Ağalarov – tarixçi
Varis Nəbiyev – mühəndis
Samir Quliyev – kommersiya və marketinqdə idarəetmə üzrə mütəxəssis
Tural İrfan – ilahiyyatçı-yazar
Elmira Abasova – fəlsəfə üzrə fəlsəfə doktoru
Müşfiq Çələbi
Ceyhun Quliyev – BAO üzvü
Rafiq Yusifli – yazıçı-publisist
Asiman Əsədsoy
Saday Quliyev – BAO üzvü
Rüstəm Yaqubəliyev – mühəndis
Vaqif Xəlilov
İftixar Eyyubsoy
Fərəh Hüseyn – AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent
Tofiq Abbaslı
Novruz Hacızadə – müəllim
Oğuz Rza Sadıkoğlu – BAO-nun Türkiyə, Ege Bölgəsi üzrə Təmcilçisi
Paşa Həsənli – BAO Mərkəzi Şurasının sədri, tarixçi
Mehriban Vəzir – BAO Mərkəzi Şurasının üzvü, yazıçı
Anar Can Kıtay – Türkiyə, İstanbul Universitetinin Azərbaycan Mədəniyyət və Həmrəylik Topluluğunun rəhbəri
Aydın Şükür- BAO üzvü
Natiq Ulubəy – BAO Mərkəzi Şurasının üzvü
Ruhəngiz Kərimli – BAO üzvü
Elnur Xəlilov – tarixçi
İlqar Əlizadə
Cavanşir Beydullayev – BAO üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent
Yasəmən Qaraqoyunlu – tarix üzrə fəlsəfə doktoru
Həmid Ormanlı
Aydın Qasımlı (Mədətoğlu) – BAO Mərkəzi Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent
Elvin Turan (Abdullayev) – BAO üzvü
Şahin Bəkirli – BAO üzvü
Elvira Seyid – filoloq müəllim
Fəzail İsmayıl Böyükkişi (Kazımov) – şair
Əli Şamil – Azərbaycan folklorşünası, publisist
Qafar Çaxmaqlı – professor, Türkiyənin Ərciyəs Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri
Qulu Məhərrəmli – jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru,”Jurnalistikanın inkişafına yardım” fondunun sədri, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i
Aygün Muradxanlı – jurnalist
Tofiq Ağamalıyev
Zahid Usubov – iş adamı
İslam Mahmudov
Nadir Niftəliyev
Rövşən Səfərov
Natiq Feyziyev
Qələndər Muxtarlı – Azərbaycan Milliyyətci Demokrat Partiyası Təşkilat Komitəsinin sədri
Əzizağa Ələkbərov – AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Qurban Tağıyev – iş adamı
Mübariz Quliyev – iş adamı
Elçin İsmayılov – AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Toğrul İsmayıl – professor, Türkiyənin Qəhrəmanmaraş Universiteti Siyasi Elm və Beynəlxalq Münasibətlər Bölümü Başqanı
Oqtay Qasımov – politoloq
Ədalət Tahirzadə – maəllim, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin professoru
Zeynalabdin Məmmədov
Əsəd Qurbanlı – AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Elxan Şahinoğlu – siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Nəzakət Məmmədova – politoloq
Polad Xəlilov – AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Hacı Həsənov – AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Xalid Camalov
Mirzə Ənsərli – AMEA-nın əməkdaşı, türkoloq
Zabil Bayramlı – tarix üzrə elmlər doktoru, BDU-nun professoru
Sahib Kərimli – politoloq
Mirmahmud Mirəlioğlu (Fəttayev) – Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri
Rəsul Hüseynli – tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti
Qələndər Muxtarlı – ictimai-siyasi xadim
Mübariz Ağalarlı – AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Həsən Oqtay – Prof. Dr., Kafkassam Strateji Araşdırmalar Mərkəzinin Başqanı, Şimali Makedoniyadakı Beynəlxalq “VİZYON” Universitetinin prorektoru
Bəxtiyar Həsənov – AMEA Tarix İnstitutunun böyük elmi işçisi
Məhəmməd Cəbrayılov – AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru
***
QEYD: Sənəd imzaya açıqdır. Bəyanata qoşulanlar yorum (comment) yerində ad və soyadlarını, titullarını (varsa) tam yazsınlar.

Yorumlar