Şimdi yükleniyor

Arzu Qaziyeva: Putin bütün resurslarını Ukraynaya yönəltdiyi üçün Cənubi Qafqaza müdaxilə edə bilmir

Rusiyanın “Exo Moskvı” radiostansiyasının rəhbəri Aleksey Venediktov İrəvanda CivilNet kanalına müsahibə verib. Aleksey Venediktov Rusiyada “xarici agent” siyahısına salınsa da, Rusiyadan köçməyib, orada qalaraq ölkəsinə və rus xalqına faydalı olmağı üstün tutub.
Müsahibəsində Cənubi Qafqazla da bağlı sualları cavablandırıb. O, əslində öz şəxsi mövqeyindən daha çox Putinin düşüncələrini, prinsiplərini dilə gətirib. Onun dediyinə görə, Putin bütün resurslarını Ukraynaya yönəltdiyi üçün Cənubi Qafqaza müdaxilə edə bilmir. İndi Paşinyanla, hətta Tokayevlə ehtiyatla danışması müharibənin artıq bitdiyini demir. Müharibə beyində qalıb. İmperiya dağılsa da, müharibə bitməyib.
Qarabağ Putinin əsas məqsədi deyil, heç Paşinyan da deyil, əsas məqsəd Ermənistanın özüdür. Buna görə Ermənistan üzrə kuratorluğu Kozakdan alıb Sergey Kiriyenkoya verib. Çünki Kiriyenko sentimental və ləng, danışıqlar, düşünmək, yenə danışıqlar, yenə düşünmək adamı olan Kozakdan fərqli olaraq sərt xarakterli adamdır, sürətlidir və onun üşün əsas şərtin nəticə əldə etməsidir. Sürətli və arzuolunan nəticəni güc yolu ilə əldə etmək olar.
Ermənistanın təhdid edilməsi həm də Cənubi Qafqaza təhdiddir. Çünki elə bir şey yoxdur ki, Cənubi Qafqazın bir ölkəsi Rusiyanın orbitinə salınsın, o biri ölkəsi isə kənarda qalsın.
Ruben Vardanyana gəlincə, Rusiyada onu unutmayıblar. Lakin kimsə Trampın qulağına ardıcıl və qətiyyətli olaraq pıçıldamalıdır ki, o, İlham Əliyevə zəng edib Lukaşenkodan siyasi məhbusların azad edilməsini xahiş etdiyi kimi erməni cinayətkarlarının da buraxılmasını xahiş etsin. Bunu yalnız Tramp edə bilər.
Venediktovun müsahibəsindəki bu məqamlar əlbəttə ki, sensasiya deyil. Azərbaycanda ağıllı adamlar anlayırlar ki, bu gün Azərbaycanın Rusiyadan asılılığının minimallaşması, azad nəfəs alması Rusiyanın Ukrayna bataqlığında ilişib qalması ilə bağlıdır. Ukrayna müharibəsindən çıxan kimi Putinin üzünü Cənubi Qafqaza çevirəcəyi şübhəsizdir.
Buna görə də Azərbaycan tək halda yox, vahid Cənubi Qafqaz regionu olaraq təhlükəsiz gələcəyi üçün bütün imkan və qüvvəsini səfərbər etməlidir.
Maraqlananlar üçün link rəy bölümündə.
Arzu Qaziyeva

Share this content:

Yorum gönder