KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: Müharibə Azərbaycana və dünyaya hansı nəticələri verdi

Arastun Orujlu: Müharibə Azərbaycana və dünyaya hansı nəticələri verdi

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
325 0

İyulun 11-də Ermənistan ordusunun Tovuz iqtiqamətində hücumundan başlayan və əsas mərhələsi sentyabrın 27-də Qarabağa keçən 44-günlük savaş noyabrın 9-dan 10-a keçən gecə atəşkəs barədə “Üçtərəfli bəyanatın” imzalanması ilə dayandırıldı.

Hələ müharibədən xeyli əvvəl onun baş verəcəyi llə bağlı çıxış və təhlillərimizdə qeyd etdiyimiz kimi bu müharibənin əsas təşəbbüskarı Rusiya idi. Moskvanın əsas hədəfi isə Azərbaycan ərazisindən keçən mühüm strateji dəhlizlərə və kommunikasiyalara nəzarəti ələ keçirmək idi.

Bunun üçün də Moskva qarşısına 3 əsas vəzifəni qoymuşdu:
Ermənistan ordusu tərəfindən Azərbaycanın yeni ərazilərinin işğalı vasitəsilə Gəncə dəhlizinin keçdiyi Goranboy bölgəsinə çıxış əldə etmək;

Azərbaycanın müxtəlif bölgələrinə sülhməramlı adı altında öz silahlı qüvvələrini yeritməklə ölkə ərazisindəki 3 mühüm strateji dəhlizə (Gəncə, Xudafərin və Laçın) nəzarəti tam ələ keçirmək;
Ermənistandakı Paşinyan hakimiyyətini Rusiyaya loyal digəri ilə əvəzləmək.

Burdan da iki ilkin nəticə çıxır:
– Rusiyanın 2016-cı ilin aprelindən fərqli olaraq bu dəfə nədən son anadək müharibənin gedişinə müdaxilə etməməsi;
– Bizim üçün Vətən Müharibəsi olan 44-günlük savaşın daha geniş rakursdan baxdıqda böyük geosiyasi mübarizənin tərkib hissəsi olması.

Təəssüf ki, Azərbaycan cəmiyyətində hələ də həm məqsədli, həm də kortəbii şəkildə müharibənin Rusiya ilə razılaşdırılmış olması barədə əsassız iddialar səsləndirilməkdədir. Halbuki, adicə Gəncəyə, Bərdəyə, Mingəçevirə və son anda da Bakıya raketlərin atılmasının nəinki səbəblərini anlamaq, elə bu faktların özü belə iddialara çoxdan son qoymalı idi.

Bütün bu raket hücumları isə Azərbaycan hakimiyyətini təhdid etməyə, təkcə öz ərazi bütövlüyünün deyil, həm də və əsasən milli qürurunun bərpası uğrunda ölüm-dirim savaşına girən azərbaycanlıları qorxutmağa hesablanmış hərbi cinayətlər idi.

Bəli, cəbhə xəttindən onlar kilometr uzaqlarda yerləşən şəhərlərin raket atəşinə tutulması və dincə əhalinin məqsədli qətlə yetirilməsi müharibə cinayətidir və mütləq Hərbi Cinayətlərə Dair Beynəlxalq Məhkəmənin predmeti olmalıdır.

Rusiyanın tam nəzarətində olan Ermənistan ordusunun, bəzi hallarda isə elə Rusiya ordusunun (məsələn, Bakıya “İskander” raketinin atılması) bu cinayətlərini ört-basdır etmək istəyən Moskva müharibənin son günlərindən başlayaraq Azərbaycanı gah erməni irsinə, gah da erməni əsirlərə qarşı cinayətlərdə ittiham etməyə başladı.

Təəssüf ki, Azərbaycanın Rusiyanın törətdiyi hərbi cinayətlərdən xoflanaraq irəli sürdüyü bu təhdidlərini layiqincə dəyərləndirib hələ də beynəlxalq hərbi məhkəmələrə rəsmi müraciət yollamamaşıq.

Görünən həm də bu idi ki, Kreml stareqlərinin şişirdilmiş özgüvəni Moskvaya özünün başlatmış olduğu müharibənin nə mümkün gedişatını, nə də nəticələrini hesablamağa imkan verməmişdi. Bu isə Rusiya kimi iddialı ölkə üçün bağışlanılmaz səhvdir və Moskva bunun bədəlini hələ xeyli ödəməli olacaq.

Məsələ burasındadır ki, İkinci Qarabağ Müharibəsinin istər hərbi, istər geosiyasi, istərsə də digər aspektləri müxtəlif ölkələrin beyin mərkəzləri tərəfindən diqqətlə izlənildi və öyrənildi. Araşdırmaların nəticəsi isə heç də Rusiyanın xeyrinə deyil. Qarabağ savaşı bu ölkənin istər silahının, istərsə də geosiyasi mübarizə stretegiyasının bütün zəif tərəflərini tam çılpaqlığı ilə üzə çıxardı.

Görünən bu nəticələr isə Rusiyanın geosiyasi iddiaları ilə heç cür ayaqlaşmır. Qlobal iddialar irəli sürən “supergücün” geosiyasi baxımdan kiçik bir əməliyyatda bu qədər zəifliklərinin üzə çıxması öz sözünü hələ çox deyəcək. Bura Moskvanın müharibə nəticəsində hədəflədiyi nəticələri əldə edə bilməməsini də əlavə etdikdə Rusiyanın durumu heç də ürəkaçan görünmür.

Son anda Qarabağın dağlıq hissəsinə qoşun yeritməklə kifayətlənən Moskva üçün bu nəticə Qafqazda onun mövqeyini möhkəmləndirsə də, qlobal səhnədə döyüşdən “üzüağ” çıxmaq üçün atılmış simvolik addım kimi qəbul olunur. Buna baxmayaq Azərbaycan üçün həmin hərbi kontingentin ölkə ərazisində olması ciddi təhdid olaraq qalmaqdadır.

Yuxarıda sadalanan 3 mühüm dəhlizdən yalnız birinin – Laçın dəhlizinin Rusiyanın nəzarətinə keçməsi isə Moskvanı tələyə düşmüş və ya qəfəsə salınmış ayı vəziyyətinə gətirib. Elə bu səbəbdən də Azərbaycan üçün Rusiya bu gün İkinci Qarabağ Müharibəsindən əvvəlkindən daha təhlükəlidir.

İkinci Qarabağ Müharibəsində əldə olunan hərbi qələbə və onun əldə olunması yolları isə hələ uzun müddət müxtəlif hərbi mərkəzlər və institutlar tərəfindən detallı araşdırılacaq. Amma ən azı 3 nəticə artıq bu gün bəllidir:

– Dünya yeni texnoloji savaş doktrinasının qaçılmaz olduğu mərhələyə qədəm qoydu və bu, bütün dünyada hərbi sənayedə müasir texnologiyaların tətbiqinin sürətləndirilməsinə, orduların və silahların modernləşdirilməsinə kəskin tələbat yarandığını göstərdi;

– Müharibə taktikasında əsaslı dəyişiklik aparılması: Şuşanın azad olunması əməliyyatı yüksək hazırlıq keçmiş kiçik mobil qruplar vasitəsilə daha çox uğur qazanmağın mümkünlüyü bir daha nümayiş etdirdi. Bu yerdə qeyd edim ki, belə taktika artıq mövcuddur və ilk dəfə Pentaqon tərəfindən hazırlanaraq həyata keçirilib.

– İstənilən bir xalqı ədalətsiz sülhə razılaşmağa məcbur etmək cəhdinin nəticəsi yalnız yeni müharibədir. Bu sadə həqiqət tarixdə dəfələrlə təkrar olunsa da görünür, dünyanın güclüləri müharibədə həlledici amilin və ən güclü silahın motivasiya olmasını hələ də qəbul etmək istəmirlər.
Xüsusilə də bu, təkcə ordu deyil, bütövlükdə xalq üçün motivasiyadırsa.
Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir