KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Astana Zirvəsi: TDT qlobal güclərin rəqabətində hansı mövqeni seçir?

Aqşin Kərimov: Astana Zirvəsi: TDT qlobal güclərin rəqabətində hansı mövqeni seçir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
111 0

Türk Dövlətləri Təşkilatının (TDT) Astanada 10-cu yubiley Zirvə görüşü keçirildi, Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak etdi.

TDT-nin Zirvə görüşünün “Türk əsri” çağırışı altında keçirilməsi diqqət çəkir, yəqin ki, təşkilat gələcək üçün vizyona türk dünyasının birləşmiş ilmələrini gətirməkdən ötrü səylərini təkmilləşdirəcək.

TDT qlobal məkanda hökmran ideologiyalara alternativ yaratmaq üçün çalışır. Bunu tədbirin adından tutmuş, təşkilatın missiyasına qədər genişspektrli planlarda görmək elə də çətin deyil.

Bu, TDT-yə beynəlxalq səviyyəli çəki qazandırır. Astana Zirvəsi TDT-nin perspektiv qlobal layihələndirmələrdə uyğun mövqedə qərarlaşması üçün düsturların yoxlanılması baxımından əhəmiyyətli idi.

Nəzərdə saxlamaq lazımdır ki, TDT regional münaqişələr və böyük güclər arasında şiddətlənən qlobal hibrid müharibələrə baxmayaraq, özünün portfelini genişləndirir. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda Yaxın Şərq cəbhəsində İsrail-Fələstin hərbi toqquşmalarının səhnəyə çıxması TDT-nin tempini qorumaq üçün çağırışlardır.

TDT indi elə etməlidir ki, əvvəlki illərdə olduğu kimi, mövcud münaqişələr və onun doğuracağı perspektiv müharibələr təşkilatın böyümək imkanlarını məhdudlaşdırmasın.

Prezident İlham Əliyevin çıxışı zamanı həmin ştrixləri gündəmə gətirdi və belə demək mümkünsə, TDT-ni müdafiə sahəsində sıx əməkdaşlığa səslədi.

TDT-nin narrativləri onun Qərb, Rusiya və Çin arasında geniş manera sahəsini qazanmasına gətirib çıxarır.

İqtisadi layihələrdə Çin, təhlükəsizlik sahəsində isə Qərb və Rusiya ilə əməkdaşlıq doktrinasının hazırlanması zərurətləri var. Məsələ bir az da aydın olsun deyə onu açmağa çalışaq.

TDT Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı bağlantıları təmin edən qiymətli bir təşkilat statusu qazanır. Hər üç gücün – Qərb, Çin və Rusiyanın – Mərkəzi Asiya və Cənubi Qafqazdakı maraqları paralel şəkildə böyüyür.

Çin üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz), Rusiyadan ötrü Mərkəzi Asiyada hökmran olmaq prosedurlarının inkişafı, Qərbdə isə hər iki region üzrə təhlükəsizlik platforması təsis etmək cəhdləri masadadır.

Rusiya Mərkəzi Asiya və Cənubi Qafqazda yaxşı yerdədir, amma Qərb onu qlobal enerji layihələrini inkişaf etdirməklə boğmağa çalışır. Çin isə iki gücün bir-birinə qarşı mübarizəsindən bəhrələnib regional boşluqlara məharətlə daxil olur.

TDT liderlərinin qapalı toplantılardakı qlobal məsələlər üzrə müzakirə predmetinin rəngi qeyd edilənlər fonunda açıla bilər.

TDT-də əsas obrazlar Azərbaycan, Türkiyə və Qazaxıstandır, ona görə də əsas yük bu üç ölkənin üzərinə düşəcək.

Macarıstan müşahidəçi kimi TDT-nin Avropadakı nüfuzunu təmin etmək çağırışını icra edəcək. Digər müşahidəçi Türkmənistanın isə enerji layihəndirilməsindəki rolunu yüksəltmək üçün qarşıya məqsədlər qoyulduğunu deyə bilərik.

Digər üzvlər isə – Özbəkistan və Qırğızıstanın mövqeləri bir qədər zəifdir, hərçənd ki, onlar, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi ilə TDT daxilində məsuliyyətlərini inkişaf etdirəcəklər.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir