Şimdi yükleniyor

Ankara terroru Türkiyənin Suriya siyasətinə qarşı yönəlib

Ankara terroru Türkiyənin Suriya siyasətinə qarşı yönəlmiş bir addımdır. Belə bir açıqlama ilə çıxış edən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay “OLAYLAR”-a bildirib ki, artıq Ankara terrorunu həyata keçirənlər də müəyyənləşdirilib: “Məlumata görə, terror aktını Suriyada fəaliyyət göstərən YPG terror təşkilatı həyata keçirib”. Hasan Oktay deyib ki, PYD/YPG kimi terror təşkilatlarının Suriyanın şimalında ciddi şəkildə irəliləməsinə qarşı Türkiyənin bölgəni toplardan atəşə məruz qoyması terror qruplaşmaları üçün arzuedilən deyildi: “Ona görə də terror təşkilatının Türkiyənin bu addımına cavab olaraq Ankara terrorunu gerçəkləşdirdiyi iddia olunur”.
http://olaylar.az

Yorum gönder