Dünya insani gelişmişlik endeksi 2018 yaımlandı

İdlib ve Münbiç Mutabakatları ve Türkiye’nin Suriye’de Görünmeyen Kazanımları

Эксперт объяснил, как Израилю удалось подставить Ил-20 под удар ПВО Сирии

Rus milletvekili: Uçağımızın düşürülmesinin arkasında ABD olabilir

ABŞ-ın “Stinger”raketləri PKK-nın əlinə keçə bilər

Gündem 7 Aralık 2016
450

ABŞ senatı,bu həftə Suriyada müxaliflərə havadan müdafiə sistemi olan “Stinger”əllə daşınan raketlər verməsini nəzərdə tutan sənədi müzakirəyə çıxaracaq. Bu sənədin Senatda qəbulu,region üçün əlavə problemlərə yol açacağı istisna deyil. Belə bir silahın Suriyada terrorçu YPG və PYD verilməsi şübhə doğurmur və ilkin olaraq nəzərdə tutulub.Çünki,Suriyada ABŞ PKK -nın qanadı olan PYD-nin İŞİD qarşı əsas mübarizə apardığını qeyd edərək,müttəfiqlik etməkdədir.

“Stinger”raketlərinin Suriyada silahlıların əlinə keçməsi regionda Rusiyanın qırıcıları üçün əsas təhlükə mənbəyi olacağı və Rusiyanı burada ikinci Əfqsnistan bataqlığına salınacağı əsas hədəflənib.Məhz 1980-cı illərdə ABŞ Əfqanistan müharibəsində Talibana verdiyi “Stinger”raketləri ilə SSR-nin sərbəst hava hücumları həyata keçirməsi çətinləşmişdi.Və böyük itkilərə yol açmışdı.
Belə bir silahların münaqişə ocaqlarına verilməsi,bu münaqişənin bundan sonrada şiddətli davam edəcəyini,Suriyada sülhə yaxınlaşmadığını göstərir.Görünən odurki,Rusiya-ABŞ savaşının davam edəcəyi şübhəsizdir.
Əsas narahatlıq doğuran “Stinger” raketinin İŞİD-in əlinə keçə həmçinin və YPG vasitəsilə PKK ötürüləcəyidir.Türkiyə hazırda Suriyada İŞİD və YPG qarşı döyüşməkdədir.Türkiyə və Rusiyanın Suriyada koordinasiyalı hərəkəti müəyyən gücləri narahat etməkdədir.
Türkiyənin düşmənlərinə belə silahların ötürülməsi ABŞ-Türkiyə müttəfiqliyinə kölgə salacaq.Bu silahlarnan PKK Türkiyənin daxilində terrorçuluq fəaliyyətini davam etdirəcək,havaya qalxan Türk hərbi helikopter və qırıcılarını hədəf seçəcək.Türkiyə ABŞ-ın belə bir silahın regiona ötürülməsinin qarşısını almalıdır. Hazırda kürd terrorçuların istifadəsində ABŞ istehsalı tank əleyhinə raket kompleksləri var.Bu silahlarnan Türk tanklarının vurulması baş verir.
Türkiyə ilə Rusiyanın Suriyada hər hansı bir atəşkəs və anlaşması,Qərb tərəfindən müsbət qarşılanmayacaq. Muhammed Asadullazade

Yorumlar