Sahib Kerimli: Sosial şəbəkələrdəki ictimai rəyə diqqət edək.
İranın dağıdılmasına kəskin etiraz edənlərin çoxu Ukraynanın dağıdılmasına etiraz etməyənlərdir.
İranın dağıdılmasını xüsusi sevinclə qarşılayanların çoxu Ukraynanın dağıdılmasına kəskin etiraz edənlərdir.
Soruşa bilərsiz ki, mən kimlərdənəm.
Düşünürəm ki, bu böyük oyunu görə bildiyim qədər izahını verməyə çalışmaqla, ictimai fayda verməliyəm. Tam tərəfsiz mövqe bu idarəolunan dünyada çətin anlaşılır və anlayan tərəfdarlara sərf etmir.
Bu müharibələr dünyaya elan edilən səbəblərdən baş vermir.
Bu müharibələrin səbəbləri gələcəkdə etiraf ediləcək.
Bu müharibələrdə rəqib kimi görünənlərin bəziləri müttəfiqdir.
Bu müharibələrdə müttəfiq kimi görünənlərin bəziləri bir-biriylə rəqibdir.
Bu müharibələrdə bəzi tərəflər bəzi regionlarda müttəfiqdir, eyni tərəflər başqa regionda rəqibdir.
Bu müharibələrdə hətta belə hallarda var: birbaşa döyüşən tərəflər əslində, müttəfiqdirlər.
Bu müharibədəki şərtlər kütlələrə tam aydın olsa, döyüşməyə adam tapılmaz.
Misal üçün, ABŞ və Rusiya hal-hazırda anoloji olaraq, İran və Ukrayna ilə müharibə edir.
Klassik anlayış necədir?
ABŞ Ukrayna ilə müttəfiqdir, Rusiya da İranla. Doğrumu?
Bəs, əslində necədir?
Əslində, ABŞ və Rusiya müttəfiqdir.
Hər ikisi imperial gücdür, sistemləri var. Rusiyanın İranla münasibətlər sistemi var, ABŞ-ın da Ukrayna ilə münasibətlər sistemi var. Amma bu münasibətlər sisteminin üzərində, ABŞ +İngiltərə+İsrail -in Rusiya ilə arasında daha üst və fərqli münasibətlər sistemi var. Bu münasibətlər sisteminin özündə həm də rəqabət var.
Tərəflərin daxilindəki sistemlərdə də çoxtərəflilik var. Hər bir gücün daxilində də tərəflərin savaşı var.
Bilirəm, anlaşılmaz oldu, faktla danışaq.
Əgər Rusiya bu gün İranın bu şəkildə viran edilməsi günlərində, İranın da Ərəb ölkələrində dağıntı törətdiyi günlərdə istəsə Kiyevi dağıda bilməz?
Sizcə niyə dağıtmır?
ABŞ-ın başı dağıtmağa qarışıb, beynəlxalq hüquq ölüb, BMT Rusiyaya görə dirilsə gülərlər ona.
Rusiya bu fürsətdən niyə istifadə etmir sizcə?
Və yaxud, niyə Pezeşkian qonşu ölkələrə raket-dron atmaya görə üzr istəyəndən həmən sonra İran qonşularına daha çox zərbə endirməyə başladı?
Sizcə, Azərbaycana və Türkiyəyə də açıq zərbələr endirməyə başlayacaqmı?
Düşünürəm ki, xalqlar və dövlətlər döyüşür, sistemlər şahmat oynayır.
Türkiyənin bəzi siyasi çevrələrində və ictimai rəyində Prezident İlham Əliyevə yönəlik tənqidlər artmaqdadır.
Ciddi müzakirələr başlayıb. Naxçıvana dron hücumu ilə bağlı Prezidentin İrana qarşı kəskin reaksiyasının altında səbəblər axtarılmaqdadır.
İttihamlar xeyli dərinləşir. Prezident hətta İsrailin oyunu ilə Türkiyəni münaqişəyə çəkməkdə də ittiham olunur.
Böyük güclər bir çox hallarda müharibəni tam qələbə üçün aparmazlar, sistemin davamlılığını təmin etmək üçün apararlar.
Yəni ki, İrandakı rejim yaxın vaxtlarda yıxılmaya da bilər. Necə ki, Suriyada Əsəd rejimini yıxmadılar, 15 il sonraya saxladılar. Və yaxud, İraqı 1991-ci ildə qismən məğlub etdilər amma rejimin tam məğlubiyyətini 12 il sonraya saxladılar.
Bütün bunlar və bu tipli müharibələr, onların nəticələri zamanla şərtlənir.
İran rejiminin də tam süqutu, İranın parçalanması da müəyyən zamana yayıla bilər, sistem şərtlərin yaranmasına qədər gözləmək qərarı verə bilər. Trampın da, Netenyahunun da görəvi birinci mərhələ üçün müəyyənləşdirilmiş ola bilər.
Bəs, belə olacaqsa Azərbaycanı hansı risklər gözləyir?
Azərbaycan dövlətinin alternativ manevr imkanları tükənmirki?


Yorum gönder