ABD’nin yeni Ankara Büyükelçisi David Satterfield kim?

İsrail’in eski bakanı İran ajanı suçuyla yakalandı

Çin’in Türkiye, ABD’nin Rusya sevdası

Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

“Lavrov Bakıya Qarabağla bağlı konkret plan aparır” – Kalaşnikov

Azerbaycan, Ermenistan 11 Temmuz 2016
413

“Lavrov Bakıya Qarabağla bağlı konkret plan aparır” – Kalaşnikov image “Son vaxtlar Sergey Lavrov Bakı və İrəvana intensiv səfərlər edir. Bu şəxs vaxtını boş yerə sərf etməz. Ona görə də Lavrov səfərlərində özü ilə Qarabağla bağlı konkret plan aparır. Lakin hələlik bu planın nədən ibarət olduğu sonuna kimi heç kəsə aydın deyil”.

Admiral.Az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının beynəlxalq münasibətlər komitəsi sədrinin birinci müavini Leonid Kalaşnikov deyib.

L.Kalaşnikov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “yol xəritəsi” var:

“Bu, ümumiyyətlə əvvəldən var. İndi onun ayrı-ayrı bəndlərini şərh etmək istəməzdim. Ümid edirəm ki, biz bu plana nail olacağıq. Mən burada danışıqların bütövlükdə necə getdiyini bilirəm. Lakin bu mövzudan danışmaq istəmirəm. Çünki indi danışıqlar gedir və bütün tərəflərin maraqları nəzərə alınmalıdır. Belə bir vaxtda istənilən ehtiyatsız söz işə zərər vura bilər”.

Sankt-Peterburq görüşündən danışan Duma üzvü qeyd edib ki, Putin, İlham Əliyev və Serj Sarkisyan arasında əhəmiyyətli danışıqlar olub:

“Təəssüf ki, problem Minsk qrupu çərçivəsində heç vaxt həllini tapmayıb. Nə ABŞ, nə də Avropa heç vaxt prosesin irəliləyişinə imkan yaratmırdı. Hesab edirəm ki, prezidentlər Sankt-Peterburqda üçlükdə danışdılar ki, biz qonşuyuq və bizim üçün problemin həlli son dərəcədə əhəmiyyətlidir. Yəni heç kim burada siyasi hədəfə oynamasın. Güman edirəm ki, danışıq bu haqda idi. Bundan sonra problemin düyününün açılması məsələsi müzakirə olunub”.

L.Kalaşnikov NATO-nun Varşava sammiti və Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü də şərh edib.

“NATO-nun burada maraqlarını nəzərə almaq lazımdır, ən azı ona görə də Türkiyə bu ittifaqın üzvüdür. Şəksiz ki, Türkiyə faktorunu nəzərə almadan biz sülh prosesini irəliyə apara bilmirik. Bacararıq, lakin bu, böyük zəhmət tələb edir. Yeri gəlmişkən, Moskva və Ankaranın münasibətlərinin normallaşması bu prosesə dəstək olacaq. Ümumiyyətlə Qərb həqiqətən də problemin həllinə kömək etsəydi, onun təsiri cəlbedici olardı. Lakin hələ ki, danışıq çox, həll üçün atılan addımlar isə azdır. Rusiya indi sülh prosesinin təşəbbüskarıdır. Ümid edirəm ki, biz prosesi irəli çəkə biləcəyik və bütün tərəflərin maraqlarını nəzərə alaraq, nailiyyət əldə edəcəyik”, – deyə o vurğulayıb.

Gülnar Babazadə

Yorumlar