KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Xaqani Xudaverdiyev: Azərbaycan şiələrinin xümsləri Quma, Məşhədə ziyarətə gedənlər vasitəsilə nəğd pul kimi İrana aparılır

Xaqani Xudaverdiyev: Azərbaycan şiələrinin xümsləri Quma, Məşhədə ziyarətə gedənlər vasitəsilə nəğd pul kimi İrana aparılır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
370 0

Hacı Şahin müsahibə verib və deyib ki, Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla əlaqəsi yoxdur. “Əhli-beytə bağlılıq” deyəndə şiəliyi nəzərdə tutur amma yalan danışır. Çünki;
Şiəlikdə XÜMS deyilən vergi növü var. Sünnilərdə ancaq zəkat və fitr var ikən şiəlikdə bundan əlavə bir də xüms var. Bu vergini hər şiənin ödəməsi vacibdir. Qısaca belə deyim ki, xüms illik gəlirin 20%-dir. Burda söhbət təkcə biznes qurub gəlir əldə edənlərdən getmir. Əmək haqqı kimi gəlirlər də xümsün mövzusudur. Xüms kimlərə verilir? Ancaq və ancaq VƏLİYYİ-ƏMRə! Vəliyyi-əmr kimdir? Əmr sahibi, yəni ayətullah. Düşünürəm ki, bu ayətullahların maddi mənada güclənməsini və hökumətlərdən asılı olmasının qarşısını almaq məqsədilə sonradan ortaya atılmış bir tətbiqetmədir. Orta əsrlərdə şiə din adamlarının küllü pula və geniş imkanlara sahib olmasının bir səbəbi də bu xüms idi. Azərbaycanda ayətullah olmadığına görə Azərbaycan şiələrinin xümsləri Quma, Məşhədə ziyarətə gedənlər vasitəsilə nəğd pul kimi İrana aparılır və İran ayətullahlarının Azərbaycanda olan Ocaqnicat kimi dini təmsilçilərinə verilir. Bir dəfə bir biznesmen haqqında danışdılar, fəxrlə: “Bilirsən nə imanlı adamdır?! Təkcə keçən il öz malının iki yüzmin dollar xümsünü göndərib İrana!”
Xümslə bağlı Hacı Şahinin özünün yorumunu şərh bölməsinə yazacağam. Özünüz oxuyub onun bu barədə mövqeyi ilə tanış ola bilərsiniz.
İndi qalanını özünüz düşünün. Kasıbından tutmuş ən varlısına qədər hər il minlərlə adam İrana vergi verir. İllik nə qədər məbləğın getdiyini təsəvvür etməyə çalışın. İran da bu pulların bir qismini Azərbaycanda qurduğu təşkilatlar vasitəsilə kasıblara paylayır, beləliklə həm “çörəkverən İran” imici yaradır həm də o kasıbları öz ətrafında toplayır. Bir hissəsini Azərbaycanda öz missionerlərini yetişdirməyə xərcləyir, bir hissəsi ilə də Ermənistana və Qarabağ terrorçularına yardım edir.
P.S. Bəzi ağıllıların gəlib burda “səhv tutmağa” çalışmasının qarşısını almaq üçün yazım ki, əslində şiə şəriətində iki hissəyə bölünməsi nəvə bir hissəsinin kasıb seyidlərə verilməsi lazım olduğu deyilsə də yenə həmin maddəyə olunan əlavəyə əsasən seyidlərə də verilən hissəni vəliyyi-əmr müəyyən edir. Yəni pul ona göndərilməlidir, onun təyin etdiyi kasıb seyidlərə verilməlidir.
P.P.S. Bu xümsun İrana getməsinin qarşısını İranla sərhədin bağlanması, gedənlərin diqqətlə yoxlanılması kimi bürokratik yollarla almağa çalışmağın mənası yoxdur. Nə yolla olursa olsun inanclı insanlar öz vergilərini ora göndərəcəklər. Bunun qarşısını almanın yeganə yolu Azərbaycanın öz vəliyyi-əmrini yəni ayətullahını yetişdirməsidir. Öz milli düşüncəyə sahib ayətullahımız olmalıdır ki, şiələr həm düşüncə, həm etiqad, həm də finans baxımından İrana bağlı olmasınlar.
P.P.P.S. Hacı Şahinin “əhli-beytə bağlı olanlar” və “İrana bağlı deyil” deyəndə etdiyi şeyin adı şiəlikdə TƏQİYYƏdir. Təqiyyə əslində İslam terminidir . Əsl mənası təhlükə anında öz dinini gizlədə bilmək haqqıdır. Məsələn bir müsəlman görsə ki, dininə görə onu öldürəcəklər, müsəlman olmadığını deyə bilər və öz həyatını xilas etməyə borcludur. Buna təqiyyə deyilir amma şiəlikdə təqiyyə bir az fərqli anlayışdır, lazım olan anda istənilən saxtakarlığı etmə, yalanı demək nəzərdə tutulur. Sünnülükdə təqiyyə fikhi məsələdir. Yəni həyat üşün təhlükə olanda istifadə edə bilərsən, şiəlikdə isə etiqadi məsələdir. Yəni imamət kimi şiəlik inancınız təməllərindəndir.

Xaqani Xudaverdiyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir