Ermənistan prezidenti Serj Sərkisyan niyə NATO sammitlərinə qatılır?

Россия продаст Байкал Китаю?

КАК ПУТИН ПОЛУЧИЛ ЩЕЛЧОК ПО НОСУ ОТ ИРАНА

Su krizinde İsrail İran dayanışması!

Türkiyəyə qarşı yeni çirkin oyunlar

Türkiye 17 Ocak 2017
460

“Son günlərdə məzənnə artımını silah olaraq istifadə edib yenə üstümüzə gəlməyə başlayıblar. Qoy, gəlsinlər. Biz də bunların öhdəsindən gəldik və gələcəyik. Bizim bu hücumu qarşılayacaq gücümüz var”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Birjasının yeni binasının açılış mərasimində bildirib. Türkiyə prezidenti vurğulayıb ki, iqtisadiyyatdakı aktual çətinliklərin həllinə yönəlmiş addımların atılması məsələsində bir az daha sürətli və qərarlı olmaq vacibdir. Siyasilərin fikrincə, bu məsələdə Türkiyəyə düşmən mövqedə dayanan istənilən təşkilatın, dövlətin adını çəkmək olar.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, tək prezident yox, Türkiyənin müxtəlif rəsmiləri də bununla bağlı açıqlamalar veriblər: “Ad çəkilmədən dörd bankı ittiham edirlər ki, valyuta bazarlarında risk yaradırlar. Aydın məsələdir ki, valyutanın kursunu müəyyənləşdirən müxtəlif amillər var. Lakin R.T. Ərdoğanın bəyanatının səbəbi odur ki, Türkiyədə əvvəllər də oxşar problemlər yaşanıb. Türkiyə gələcək siyasətini dizayn etmək istəyəndə dövlətlər, iri banklar, hətta beynəlxalq təşkilatlar bir neçə istiqamətdə müdaxilə edə bilirlər. Əsas müdaxilə valyutanın kursuna təsir etməkdir. Son dövrlərdə də Türkiyə həm xarici, həm daxili siyasəti ilə bağlı taleyüklü qərarlar qəbul etmək istəyir. Lakin bütün addımlara rəğmən dolların kusunun artması ona xüsusi müdaxilənin olmasına əsas verir. Yəni, təbii proses deyil. Yəqin ki, R.T. Ərdoğan iqtisadiyyatlara təsir edəbiləcək beynəlxalq təşkilatları nəzərdə tutur. Əvvəllər bu məsələlərdə əsasən Beynəlxalq Valyuta Fondu ittiham olunurdu. Amma indi konkret ad çəkmək çətindir. Görünən odur ki, söhbət birdən artıq qüvvədən gedir. Ümumi yox, əsası olan ittihamlardır. Türkiyənin tarixi belə iqtisadi müdaxilələrlə doludur”.
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu bildirdi ki, ümumiyyətlə, Qərb guya müttəfiq münasibətdə olduğu ölkələrə qarşı həmişə təzyiq vasitələrindən istifadə edib: “Bu, sınaqdan keçmiş metodlardır. Etnik sepratizmdən tutmuş iqtisadi vasitələrə qədər təzyiq alətləri var. Son üç ay ərzində Türkiyəyə qarşı bütün bu təzyiq alətləri işə salınıb. Türkiyə ərazisində son üç ayda baş verən terror hadisələrin sayı kəsin artıb. Digər tərəfdən, sepratçı meyllər qızışdırılıb. Son iki ayda Türkiyə mediyasında bunun işartıları görünməkdədir. Məzhəbçilər vəziyyətin gərginləşməsi üçün zəmin hazırlanır. Eyni zamanda son iki ayda dollar-lirə fonunda iqtisadi təzyiqlərin artdığını görməkdəyik. Əslində, Rusiya ilə münasibətlərin yaxınlaşması, Yaxın Şərqdə aktivliyin artması fonunda bütün bu təzyiqlər gözlənilən idi. Çünki, Türkiyə iqtisadiyyatının müəyyən hissəsi Qərbdən asılıdır. Ümumiyyətlə, Türkiyə Qərb ailəsinin bir üzvüdür. Baxmayaraq ki, Qərb ailəsinin Türkiyə həmişə ögey övlad münasibəti var. Ümumiyyətlə, Türkiyə Cümhuriyyətinin son 35 ilində iqtisadi manipuliyasiyadan təzyiq alətləri kimi istifadə edilib. İndi də həmin metodlardan yaralanırlar”.

Dr. Hasan OKTAY


Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, Türkiyədə iqtisadi böhranlar hökumət dəyişmələrində təsirli olub: “2001 iqtisadi böhranı o zamankı hökumətin xalqın gözündə etibarını itirdi və yeni bir hökumət qurulması üçün ictimaiyyətdə təzyiqlər başlamışdı. Həm iqtisadi və həm də İraq böhranı 1999-2002 illərdə iqtidarda olan 3-lü koalisiya hökumətinə olduqca çətin günlər yaşatdı. Sonda təzyiqlərə dözə bilməyərək erkən seçki qərarı aldılar və 3 noyabr 2002-ci ildə edilən seçki ilə bugünkü hökumət iş başına gəldi. R.T. Ərdoğan bunu və hökumət dəyişikliklərində iqtisadi və xarici əməliyyatların təsirini bildiyi üçün indi iqtisadi böhranın bir xarici əməliyyat olduğunu söyləyir. Böhran ilə gələn hökumətin böhran ilə gedəcəyini gördüyü üçün bu böhranın xarici bir əməliyyat olduğunu söyləyir. İqtisadi böhrana qarşı meydana gələcək kütləvi hərəkatlərın indidən qarşısını almaq üçün tədbirdir. Çünki Türkiyədə iqtisadi böhranlar çox vaxt hökumətlərin dəyişməsində faktor rol oynayıb. 2001-ci ildə İraqa ediləcək əməliyyata Türkiyə çox isti baxmadığı üçün əvvəl iqtisadi böhran çıxarıldı və arxasından hökumətə ABŞ tərəfində əməliyyat keçirilərək iqtidar böhranı yaradıldı və AKP iqtidara gəldi. İndi eyni metoddan bu səfər ABŞ daha böyüyünü AKP iqtidarına qarşı oynayır. Böhran ilə iqtidara gələn AKP indi eyni böhran ilə iqtidardan getməmək üçün bu iqtisadi böhranın əslində bir xarici əməliyyat olduğunu söyləyərək baş verə biləcək iqtisadi böhranın xalq üzərindəki təsirini gecikdirməyə çalışır”.
Mübariz BAYRAMOV
http://www.movqe.az/news/siyaset/94944.html

Yorumlar