KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Seymur Hezi: Azerbaycanda yeni bir sayfa mümkün mü

Seymur Hezi: Azerbaycanda yeni bir sayfa mümkün mü

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
22 0

Azərbaycan hökumətinin son bir ildə apardığı daxili siyasətə bir az diqqətlə baxanda tam bir yeni səhifə görürük. Amma qara səhifə. Belə bir siyasi xəttin seçilmıəsinin əsas səbəblərindən biri təbii ki, artıq əvvəlki qaydada idarə etməyin mümkün olmamasıdır. Ölkənin daxilində hakimiyyətin həyata keçirdiyi bütün iqtisadi siyasi “əməliyyat”ları demək olar ki, tam çılpaqlığı ilə ifşa edən, media və vətəndaş cəmiyyəti subyektləri yenidən formalaşmağa başlayırdı. Hakimiyyət isə bu prosesdən narahatdır. Həm də ona görə ki, yurdunu şumladığı hüquq müdafiəçiliyi, jurnalistika kimi sahələrdən yeni və inamlı pöhrələnmələri görmək “sabitlik” konsepsiyasına ziddir. Rüfət Səfərovun, Azər Qasımlının, Aynur Elgünəşin, Ramin Dekonun, Aytac Tapdığın, Xəyalə Ağayevanın, Aysel Umudovanın həbsi Toplumçuların, Abzasçıların həbsinin davamıdır, amma həm də bu həbslərin bir qorxu yaratmadığının nəticəsidir. İndi hökumət daha ciddi bir dilemma qarşısındadır. Nə qədər adam tutmaq, nə zamana qədər tutmaq? Fikrimcə, bu siyasət birmənalı iflasa uğrayıb. Əlbəttə, gənc dostlarımız, xüsusilə səhhətində problemi olan dostlarımız həbsdədirlər və bu çox pisdir.
Ancaq məsələyə hakimiyyətin niyə xüsusi bir səbəb olmadfan, ya da görünmədən belə aqressivləşməsinə gələndə biz məcburuq ki, dərindən düşünək. Əlbəttə ki, sistemin iqtisadi və təhlüəsizlik sahəsi ilə məşğul olan komandası hamıdan əvvəl və daha yaxşı bilir ki, vəziyyət hansı istiqamətə gedir. Burada hakimiyyət üçün ən ciddi problem gözlənilən, daha doğrusu sürətlə davam etməkdə olan qiymət artımlarının sosial narazılığa və etiraza çeüvrilmə ehtimalının böyüməsidir. Buna görə repressiyalar pereventiv tədbir kimi düşünülür. Ancaq bir baxaq, bu həbslər bir qorxu yarada bilirmi? Mən düşünürəm ki, yox. Bəs siz necə düşünürsüz?
Seymur Hezi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir