KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. MOSKVA PAŞİNYANIN KOMANDASINA ÇƏRÇİVLƏRİ İZAH EDİR

MOSKVA PAŞİNYANIN KOMANDASINA ÇƏRÇİVLƏRİ İZAH EDİR

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
386 0

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan iyunun 7-də rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşdükdən sonra Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibə verib. Müsahibədə deyilənlərin çoxunu erməni rəsmilərin və diplomatların dillərindən illərdir eşidirik. Ancaq rusiyalı jurnalistin iki sulına verilən cavaba diqqət yetirməyə dəyər. Birinci sual: “Dağlıq Qarabağ münaqişəsi həll olunmadan güclü və stabil Ermənistanın varlığı mümkündürmü?”. Erməni nazirin cavabındakı ilk cümlə belədir: “Tamamilə doğru deyirsiz”. Yəni erməni nazir faktiki etiraf edir ki, münaqişə həll olunmadan Ermənistanın sabit və güclü olması mümkün deyil. İkinci sual: “Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə mane ola bilərmi?”. Erməni nazir sualdan qaçmağa çalışsa da, jurnalist ondan əl çəkmir. Yekundə erməni nazir bunu deyir: “Biz veto hüququndan istifadə edəcəyik”.

Beləliklə, baş nazir Nikol Paşinyanın Soçiyə gedib rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi və xarici işlər naziri Zöhrab Mnatsakyan Moskvaya gedərək Lavrov qarşısında hesabat verməsi İrəvanın xarici siyasətində dəyişiklik olmadığını göstərir. Soçidə və Moskvada Ermənistanın yeni hakimiyyətinə çərçivələri göstəriblər və bundan kənara çıxa bilməyəcəyini anladıblar. O ki qaldı, Ermənistanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə mane olmasına, birincisi Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın Ermənistanla eyni iqtisadi məkanda varlığı mümkün deyil. İkincisi, hipotetik olaraq Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzvlük istəyini bildirsə, Rusiya Ermənistana Azərbaycana qarşı veto hüququndan istifadə etməyə imkan verməyəcək. Çünki, Rusiyaya Avrasiya İqtisadi Birliyində daha çox üzv lazımdır.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir