KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Türkiyə NATO-dan çıxarılacagmı?

Kamal Aliyev: Türkiyə NATO-dan çıxarılacagmı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
94 0

1952-ci ildə Yunanıstanlan birlikdə NATO-ya üzv olmaq o zaman Türkiyə xarici siyasətinin ən ugurlu həmləsi idi.Çünki Soyuq Müharibə dövründə NATO kimi hərbi-siyasi blokda təmsil olunmaq ən azından Türkiyəni Sovet işgalından sıgortaladı.NATO üzvlüyü türklər üçün müasir ordu quruculugu,iqtisadi inkişaf və ən başlıcası,milli təhlükəsizlik arxitekturasının qurulması anlamına gəlirdi.Bu gün isə Rəcəb Tayyib Ərdoganın Türkiyəsi artıq NATO üçün artıq ciddi bir başagrısıdır və görünən budur ki,qarşıda Ankaranı həlledici seçim anı gözləyir.
Təəssüflər olsun ki,dövləti faktiki olaraq bu gün “HƏMAS”-qurtuluş hərəkatı adlandırmaqla NATO-nun prinsiplərinə,Trans-Atlantik koalisiyanın təməlinə zərbə vurmaqdadır.
Əlbəttə,NATO üzvləri arasında vaxtaşırı problemlər,ziddiyyətlər yaranır,ancaq hazırda bu təşkilatla Türkiyənin münasibətləri davamlı olaraq öz gərginliyini qoruyub saxlayır.Təsəvvür edin ki,NATO üzvü olan Türkiyə blokun rəqibi olan Rusiyadan S-400 HHM sistemləri alır və hesab edir ki,bu,mövcud hərbi-siyasi blok tərəfindən normal qarşılanmalıdır.
Hal-hazırda Ərdogan Türkiyəsi özünü NATO daxilində “ərköyün uşaq”kimi aparır və belə gedərsə,müəyyən bir dövrdə Ankara və Brüssel arasında iplər qopsun.Lakin türklər bunun nə qədər risqli oldugunu da dərk edirlər.Belə demək mümkünsə,Trans-Atlantik vektordan uzaqlaşmaq Türkiyə iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər.Lakin onu da nəzərə almalıyıq ki,Ərdogan həm də siyasi marketoliqdur və manevr etməyi sevir.
Əslində,Türkiyə iqtidarı-xüsusilə Ərdoganın siyasi komandası ABŞ-təhdid edir.Ankaranın məqsədi aydındır:Vaşinqtondan bacardıgca güzəştlər qoparmaq,F-16 qırıcılarının tədarükünə nail olmaq və bu ölkənin Suriyanın şimalında dəstəklədiyi separatist kürdlərlə yollarının ayırmasıdır.Yoxsa ki,Ankara çox gözəl dərk edir ki,Avro-Atlantik kursdan üz çevirmək Türkiyə kimi kövrək iqtisadiyyata sahib olan bir ölkə üçün hansı xoşagəlməz fəsadlara gətirib çıxara bilər.
Yəni,Türkiyə iqtisadiyyatı bütövlükdə Qərbi iqtisadi sisteminə indekslidir və bu mexanizimdən ayrılmaq olduqca risqlidir.Şübhəsiz ki,bunu Ankarada anlayırlar.
Türkiyə və NATO arasında son zaman yaşanan problemlərdən biri də İsveçin bu təşkilata üzvlüyünə qarşı sərgilədiyi reaksiyadır.Ankara gec-tez İsveçin NATO üzvlüyünü ölkə parlamentində təsdiqlətəcək.Buna rəgmən,Ərdogan iqtidarı “alver”prinsipiylə məsələyə yanaşır və qarşı tərəfdən güzəştlər qoparmaga çalışır.
Problem həm də ondan ibarətdir ki,NATO üzvü olan bir dövləti təşkilatdan xaric etmək üçün bir mexanizm yoxdur və Ankara bu hüquqi boşlugdan məharətlə istifadə edir;həm prosesi ləngidir,həm də qarşı tərəfi güzəştlərə məcbur edir.
Bütün bunlara rəgmən,türk dövləti NATO-nu tərk etməyin siyasi risqlərini də gözardı etmək istəmir.Əgər Türkiyə NATO-dan çıxarsa Kipr dərhal hərbi alyansa üzv qəbul olunacaq.Belə olan halda,kiprli türklərin nəzarətində olan adanın şimalı NATO-nun hədəfinə gələcək.Bu,o deməkdir ki,NATO-nun 5-ci maddəsi işə düşə bilər.Məhz bu təhlükəni Ankarada anlayırlar və bu üzdən,Ərdogan hökuməti həm şantaj siyasətini yürüdür,həm də qarşı tərəfi(ABŞ)daha ciddi güzəştlərə getməyə məcbur edir.
Son olaraq onu da vurgulayım ki,NATO nizamnaməsində üzv dövlətin təşkilatdan uzaqlaşdırılmasını ehtiva edən maddə və yaxud hər hansı mexanizim də yoxdur.Təbii ki,bu,bir hüquqi,hätta belə demək mümkünsə,siyasi boşlugdur.
Eyni zamanda,1952-ci ildə Türkiyəni NATO-ya üzv qəbul edənlər gözləmirdilər ki,gələcəkdə üzvlərdən biri təşkilatın fəaliyyətinə problemlər yaradacaq…
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir