KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan dediklərini niyə inkar etdi?

Kamal Aliyev: Paşinyan dediklərini niyə inkar etdi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
142 0

Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün keçirdiyi mətbuat konfransında dediklərini belə şərh etmək olar ki,erməni tərəfi Tovuzla sərhəddə yerləşən və anklav olmayan 4 kəndi Azərbaycana qaytarmaq istəmir.Hətta Paşinyan bu israrını yumuşaq və yaxud diplomatik üslubla deyil,birbaşa ifadə edir.O,(Paşinyan)hətta belə deyir ki,Tavuşun kəndlərinin Azərbaycana geri qaytarılması haqqında sphbət olmayıb və ola da bilməz.Erməni baş nazirin qənaətinə görə,hətta sovet dövründə və ondan sonra da Ermənistan ərazisində belə kəndlər olmayıb.
Göründüyü kimi,Paşinyan artıq daha sərt üsluba,ritorikaya üstünlük verir.
Paşinyan Praqada razılaşdırılmış sənədi əsas gətirir,deyir ki,sülh müqaviləsi və delimitasiya Alma-Atı Bəyannamısinə görə reallaşdırılmalıdır.
Əlbəttə,erməni baş nazirin üslubundakı bu sayaq ritorikanı həm daxili,həm də xarici faktorlarla şərh edə bilərik…

-Paşinyan erməni ictimaiyyətinə siqnal ötürür ki,arxayın olun,mən Azərbaycana məlum anklav kəndləri geri qaytarmayacam.Yəni,Köçəryanın dəstəsinə,E.Marukyanın dediklərinə qulaq asmayın.

-Paşinyanın 4 asnklav kəndlərlə baglı demarşını xarici faktorla da əlaqəli olduguna varmaq olar.Böyük ehtimalla,Fransa,hətta İran Paşinyanı 4 kəndlə baglı “dik”durmaga,güzəştə getməmıyə çagırır.Ermənistanın müdafiə naziri Suren Papikyan bir müddət əvvəl İrana səfər etmişdi.Məhz bu səfərdən sonra Yerevanda bir “arxayınçılıq”müşahidə olunur.

Belə olan təqdirdə,yaxın vaxtlarda Azərbaycanın Ermənistan ərazisindəki kəndlərlə baglı lokal hərbi əməliyyatl asr keçirəcəyini proqnozlaşdırmaq çətin deyil.Proses ona dogru istiqamət alıb…
Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir