KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycan və Avropa İttofaqı arasında iplər qopa bilərmi?

Kamal Aliyev: Azərbaycan və Avropa İttofaqı arasında iplər qopa bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
144 0

Avropa İttifaqının Ali Komissarı Cozef Borrelin Azərbaycanla baglı son dediklərini nəzərdən keşirsək,belə bir qənaətə gələ bilirik ki,Brüssel-Bakı xəttində ciddi narazılıqlar var.Hər halda,Borrel kifayət qədər ciddi şəxsdir və biz düşünürəm ki,onun dediklərini analiz etməli və buna uygun adekvat davranmalıyıq.
Biz nə qədər Ermənistanı təcavüzkar dövlət,baş nazir Nikol Paşinyanı da “ziqzaqli”,konyuktura və indiki siyasi şərtlərə görə siyasi davranış nümayiş etdirdiyini vurgulasaq da,onun hökuməti Qərbdə daha demokratik iqtidar kimi qəbul olunur.Şübhəsiz ki,Ermənistandakı demokratiyanın “kövrək”oldugunu qənaətinə gəlmək olar.Buna rəgmən,Nikol Paşinyanın son 5 ildəki iqtidarı onun öz siyasi rəqiblərinə qarşı daha dözümlü oldugunu,Avropa səviyyəsində olmasa da,müəyyən standartlar çərçivəsində demokratik təsisatlara dah tolerant yanaşdıgını göstərir.
Üstəlik,Nikol Paşinyan Ermənistanı Rusiyanın təsir orbitindən çıxarmaga cəhd edir.
Əlbəttə,Paşinyan və onun hökuməti Ermənistanın resurslarını,potensialını və müqavimət immunitetini dərindən bilir və hədəfin reallaşdırılmasının məşəqqətli oldugunun da fərqindədir.
Belə demək mümkünsə,Paşinyan Gürcüstanın keşmiş prezidenti Mixail Saakaşvilinin başına gələnləri bilir.
Bu baxımdan,Paşinyan daha diqqətli və hazırlıqlı olmaga məcburdur.Demokratik cəmiyyət qurmaq və Rusiyanın təsir orbitindən qxilas olmaq üçün təkcə siyasi deyil,fiziki bədəl də ödəməyi nəzərə almaq lazımdır.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinə gəlincə,hazırda Brüsseldə hakim olan qənaət budur ki,Azərbaycanda demokratik hökumət yoxdur,bu Cənubi Qafqaz ölkəsi hər keçən gün bir qədər də Rusiyanın çətirinin altına dogru hərəkət edir və ən önəmlisi Ermənistanla yekun sülh müqaviləsini imzalamaq istəmir.Bu yanaşmanın dogru olub-olmamasını bir kənara qoysaq belə tərəflər arasındakı “qeyri-sabit”münasibətlərin hələ də bir müddət davam edəcəyini fərz etmək olar.Aİ rəsmisi Cozef Borrelin Bakı üçün dediklərinə Azərbaycan XİN-nin cavabı da olduqca sərtdir.Bakı faktiki olaraq Avropa İttifaqını Ermənistanı silahlandırmaqda ittiham edir və onu Cənubi Qafqazda sülh istəmədiyinə eyham vurur.

Azərbaycan və Avropa İttifaqı arasındakı indiki gərginliyin davam etməsində Rusiyanın da maragı var.Zənnimcə,Rusiya Bakı və Brüssel arasında iplərin tamamilə qopmasında istəklidir.Bu nöqteyi-nəzərdən,Bakı Rusiyanın istəyinin əksinə olaraq,Aİ ilə münasibətlərin inkişafında maraqlı olmalıdır.Təəssüflər olsun ki,Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində indiyə qədər keçirilən “Brüssel Platforması”çərçivəsindəki görüşlərdən imtina edib.Təbii ki.burada Brüsselin də səhvləri var və bunlar Azərbaycanı daha da Moskvaya yaxınlaşdırır.Gərək avropalı siyasətçilər də bu reallıgı nəzərə alsınlar.Xüsusilə,Fransanın açıq və kobud şəkildə Ermənistanı müdafiə etməsi,onu silahlandırması Qərbin səylərinə kölgə salır.
Hal-hazırda,Rusiyanın təşəbbüsüylə Moskvada keçirilən görüşlərin qeyri-effektiv oldugunu və faktiki olaraq artıq mövcud olmadıgını nəzərə alsaq belə hasil olur ki,Ermənistan-Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması üçün yeganə platforma Brüsseldir.Bu səbəbdən,Azərbaycan və Avropa İttifaqı arasında münasibətləri dinamik saxlamalı və diplomatik kanallardan istifadə etməliyik.Ümidvaram ki,Əliyev hökuməti də bunun fərqindədir.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir