KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: NATO ilə Rusiya arasında müharibə qaçılmaz olacaq

Kənan Novruzov: NATO ilə Rusiya arasında müharibə qaçılmaz olacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
119 0

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiya NATO ilə uzunmüddətli münaqişəyə hazırlaşır. Qeyd olunub ki, Rusiya bunu Ukraynadakı müharibə ilə paralel edir: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov bunu açıq-aşkar bildiriblər. Rusiya Ukraynanın işğal olunmuş ərazilərində yeni hərbi birləşmələr yaradıb”.
Rusiya NATO-ya qarşı yeni hərbi dairələr yaradır: “Rusiya Müdafiə Nazirliyi Ukraynadakı itkiləri qismən yeni birləşmələr yaratmaqla əvəz edir”.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir.
Əslində NATO ilə Rusiya arasında rəqabət çoxdan başlayıb. Hələ Ukraynadakı müharibənin ilk günündən etibarən Alyansla Kreml arasında rəqabət başlamışdı. Əslində Ukraynadakı müharibənin səbəbi də məhz NATO-nun qıcıqlandırıcı addımları idi.
Xatırlatmaq yerinə düşər ki, Şərqi Avropada müharibənin başlanmasının əsas səbəblərindən biri NATO-nun genişlənməsi səyləri, o cümlədən rəsmi rəsmi Kiyevin Alyansa üzvlüyü ilə bağlı cəhdlər idi. Əlbəttə, Rusiya NATO-nun sərhədlərinə qədər yaxınlaşmasına razı ola bilməzdi. Odur ki, Ukraynaya hücum etdi. Yəni tərəflər – iki böyük güc arasında müharibə əslində çoxdan başlayıb. Amma bu, hələ ki, proksi xarakter daşıyır. Ukrayna həm poliqon, həm də qurbandır. NATO Ukrayna vasitəsilə öz maraqlarını həyata keçirməyə çalışır, hələ ki, savaşa birbaşa qoşulmur. Amma bu, daimi davam edə bilməz.
Hazırda dünyada çox ciddi geosiyasi proseslər gedir. Böyük güclər maraqları naminə təsir göstərə bildikləri oyunçuları qurban verməyə hazırdırlar. Bir müddətdən isə həmin böyük güclər özləri qarşı-qarşıya gəlməli olacaqlar. Bu mənada gələcəkdə Alyansla Rusiya arasında toqquşmanın başlanması tamamilə realdır. Rusiyanın bu ssenariyə hazırlaşması isə heç də təəccüblü deyil.
Sözsüz ki, Alyans da açıq və gizli şəkildə belə bir ssenariyə hazırlaşır. NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma getdikcə daha real təhlükəyə çevrilir. Bir azdan sonra bu, qaçılmaz olacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir