KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Rusiyanın Suriyada qalıb-qalmamasına Türkiyə qərar verəcək

Kənan Novruzov: Rusiyanın Suriyada qalıb-qalmamasına Türkiyə qərar verəcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
25 0

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib ki, Rusiyada Suriyada qalmaq üçün əlindən gələni edəcək. O, bildirib ki, indi Rusiyanın qoşunlarını Suriyadan çıxarmasına dair dəqiq sübut yoxdur: “Bəzi gəmilər təmir məqsədilə Rusiyaya aparıla bilər. Amma indi Rusiyanın Suriyadan çıxacağını düşünmürəm. Orada qalmaq üçün əlindən gələni edəcək. Hətta Rusiyanın bir rəsmisi Suriyada qalmağa davam edəcəyini və yeni hakimiyyətlə bu mövzuda müzakirə aparacaqlarını bildirib”.

Nazir söyləyib ki, Rusiya Suriya daxilində fərqli ərazilərdəki qoşunlarını Tartus və Lazkiye bölgələrinə yığıb: “Bu mərhələdə onlara lazımi dəstəyi göstərə biləcəyimizi dedik. Amma bizdən tələbləri olmayıb. Bölgədəki son hadisələrdən sonra hər ölkənin bir oyunu var”.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsini əslində Rusiyanın ərazidən çıxmasının başlanğıcı kimi də qiymətləndirmək olar. Ehtimal etmək olar ki, Suriyadakı proseslərlə bağlı Ankara və Moskva arasında əvvəlcədən razılıq əldə olunub. Ona görə də Rusiya proseslərə ciddi müdaxilə etmədi. Sadəcə Əsədə sığınacaq verməklə kifayətləndi.
Əvvəl də dediyimiz kimi, çox güman, Rusiya başa düşüb ki, Ukrayna cəbhəsində şəxsi heyətə ehtiyacı var. Ona görə Suriyadakı qoşunları Ukraynaya çəkmək barədə düşünür. Bununla belə, Rusiya mümkün qədər çalışacaq ki, Suriyada da qalsın. Bu, rəsmi Moskva üçün strateji əhəmiyyətli məsələdir.

Rusiya Suriyada qalmaq üçün Türkiyə ilə danışıqlar aparacaq. Böyük ehtimalla, qoşunların ən azı yarısı ərazidən çıxarılacaq. Amma Moskva tamamilə bütün təsir imkanlarını itirmək də istəməz. Bunun qarşısını almaq üçün isə ən yaxşı və bəlkə də, yeganə yol Ankara ilə danışıqlardır. Bunu həm Rusiya, həm də Türkiyə bilir.

Rusiyanın Suriyadan tamamilə çıxması və ya qismən məhz Türkiyənin qərarından və ikitərəfli təmasların nəticəsindən asılı olacaq.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir