KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İranda ikinci inqilab: ABŞ xaos ssenarisini işə salır

İranda ikinci inqilab: ABŞ xaos ssenarisini işə salır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
273 0

“İslam dövləti istəmirik!”. İranda Məşhəd və Kirmanşah başda olmaqla bir sıra şəhərdə iki gün öncə başlanan etiraz aksiyaları davam edir. İndiyə qədər İranda baş verən və sonradan səngiyən, yaxud yatırılan aksiyalar müşahidə olunub. Lakin hazırda davam edən aksiyanın hansı şüar altında başlayaraq, hansı şüarlara qədər gəlib çıxması diqqət çəkir: Etirazçılar bahalığa, işsizliyə, korrupsiyaya və digər sistemdaxili problemlərə qarşı küçələrə çıxdılar. Ardınca “Ruhaniyə ölüm!”, “Suriyadan çıxın, bizi fikirləşin!”, “Qəzza yox, Livan yox, İran üçün!” kimi siyasi şüarları eşidildi. Nəhayət, “Mollalara ölüm!”, “İslam dövləti istəmirik!” şüarları İran İslam İnqilabından başlayaraq, 38 il ərzində davam edən ideoloji quruluşun əleyhinə çevrildi. Aksiyalara bu şüarların fonunda yanaşdıqda İranda “inqilabın” hazırlandığı fikri önə çıxır, həm də baş verənlərdə “ərəb baharı” ssenarisinin elementləri də görünür.

“Ərəb baharı” da sosial problemlərdən başlayaraq siyasiləşmişdi və bu gün Suriyada qlobal mübarizəyə çevrilib. Ərəb ölkələrində aksiyalardakı şüarlarla İrandakı şüarlar arasında bənzərlik də var: Misirdə insanlar “biz evlənmək istəyirik!” şüarı altında sosial problemləri gündəmə gətirərək, küçələrə çıxdı və nəticə etibarilə Mübarək devrildi. İranda da bu gün sosial problemləri əlində bayraq edərək küçəyə axışanlar bir gün sonra siyasi şüarlar səsləndirildi. Ümumi mənzərədə İranda “inqilab ssenarisi”nin tətbiq edildiyi ehtimalı böyükdür.

Burada əsas sual isə prosesin arxasında kim(lər)in dayandığıdır. Etirazçıların qaldırdığı sosial problemlər uydurma deyil, həqiqətən də İranda bahalaşma, iqtisadi geriləmə, işsizlik mövcuddur və insanların buna etiraz etməsi təbii qarşılana bilər. Lakin böyük pazlı hissələrə ayırdıqda aksiyaların sadəcə “acların toxlara qarşı döyüşü”ndən ibarət olduğu fikri legitimliyini itirir.

1. Sosial şüarların siyasi şüarlara çevrilməsi bütün etiraz aksiyalarında müşahidə olunur. Lakin o da unudulmamalıdır ki, adətən kənardan idarəolunan aksiyalarda sosial şüarların siyasi şüarlara çevrilməsi sürətlə baş verir.

2. ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Və bu gün İranda əhali hakimiyyətə qarşı “Qəzzadan əl çək, bizə bax!” tələbi irəli sürür. İsrail-İran düşmənçiliyi fonunda bu detal təsadüfi ola bilməz.

3. Ən diqqət çəkən məqam isə insanların prezident Həsən Ruhani ilə yanaşı, ali dini lider Əli Xameneiyinin də istefasını tələb etməsi, “Mollalara ölüm!”, “İslam dövləti istəmirik!” şüarlarını dilə gətirməsidir. Bu, İslam İnqilabından sonra İranda bir ilkdir.

Bu detallar aksiyaların “idarəolunan xaos” nəzəriyyəsi əsasında kənardan idarə edildiyi ehtimalını gücləndirir.

Hesab etmək olar ki, ABŞ-İsrail cütlüyü İranın Fələstinə dəstəyini kəsmək, eləcədə ümumilikdə Yaxın Şərq siyasətini dəyişdirmək üçün daxildə xaos yaradır. Bunu kimin əli ilə etdikləri də maraqlıdır. Çünki İran ərəb ölkələrindən fərqli olaraq daha qapalı ölkədir və bu ölkənin içində hansısa ssenarini tətbiq etmək çətindir. Mümkündür ki, İranın daxilində ABŞ-İsrail planında yer alan qüvvələr var. Ehtimal ki, bu qüvvələr islahatçı qanadın tərkibindədir.

Həsən Ruhaninin liderliyində islahatçılar hakimiyyətə gələndən sonra mühafizəkarların gücü zəiflədi. Bu, ABŞ-ın dələ bilmədiyi İslam İnqilabını daxildən işğalı idi. Lakin Trampın hakimiyyətə gəlişindən sonra nüvə razılaşmasının təxirə salınması və anti-İran kampaniyasının başlanması mühafizəkarların anti-ABŞ və anti-İsrail arqumentlərini gücləndirdi. Nəticədə islahatçıların lideri Ruhani da mühafizəkarların mövqeyindən çıxış etməyə məcbur oldu. Görünür, ABŞ-İsrail islahatçı qanadın içindəki qüvvələri hərəkətə gətirərək, Xamenei və Ruhanini devirmək istəyir. Həm də “İslam dövlətini istəmirik!” şüarı ilə İsrailin ciddi təhdid hesab etdiyi İslam İnqilabı ideologiyasını arxivə göndərmək niyyətindədir. Donald Trampın aksiyaları dərhal dəstəkləməsi də təəccüblü deyil.

Təbii ki, aksiyaların sonrakı davamı nəticəyə təsir edəcək, lakin indiki məqamda etirazçılar nəyəsə nail olmasalar belə, proses artıq başlanmış sayıla bilər.

Asif Nərimanlı
Puplika.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir