KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Qarabağ məsələsi artıq bitib

Hasan Oktay: Qarabağ məsələsi artıq bitib

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
62 0

Türkiyə Qarabağda qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır və əmin addımlarla irəliləyir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxışında deyib.
“Biz beynəlxalq aləmdə dövlətimizin mənafeyini, millətimizin şərəfini qətiyyətlə müdafiə edirik. Türkiyə regional deyil, qlobal güc olmaq yolunda möhkəm addımlar atır. Böhranların həllində ölkəmizin əsas rolu getdikcə daha çox başa düşülür. Biz Liviyadayıq, Qarabağdayıq”, – Ərdoğan bildirib.

Məsələ ilə bağlı “Sherg.az”a danışan Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay bildirib ki, SSRİ-nin dağılmasından sonra ruslar Cənubi Qafqazı əlində saxlamaq üçün Çar dövründə başlayan böyük strategiyanı Ermənistan vasitəsilə davam etdirdilər:
“Ruslar Cənubi Qafqazdan çəkilsələr, Türküstan üzərində nəzarəti itirəcəklərindən qorxaraq əvvəlcə “Dağlıq Qarabağ”ı, sonra isə 7 rayonu ermənilər tərəfindən işğal etdirərək, 30 il bölgədə qaldılar. Azərbaycan isə Türkiyənin dəstəyi ilə başladığı 44 günlük müharibə ilə 7 rayonu işğaldan xilas etdi. Ümumiyyyətlə Rusiyanın Ukrayna böhranı ilə uzun müddət mübarizə aparması, Ermənistanın bölgədə Rusiyadan qurtulmaq cəhdi və 44 günlük müharibədən sonra imzalanan sülh müqaviləsi bölgədə geosiyasi hərəkatlara səbəb olub. İlk növbədə Ermənistan “Dağlıq Qarabağ” probleminin Rusiya ilə Azərbaycan arasında olduğunu bəyan edərək rusların 150 illik Cənubi Qafqaz siyasətini birdən-birə dəyişməsinə səbəb oldu. Bundan sonra Putin “Dağlıq Qarabağın” dəyişdirilməsi ilə bağlı bəyanat verəndə Azərbaycan Qarabağda öz dominantlığını bərqərar etdi. Bu tarixi strateji inkişaf olmadan Cənubi Qafqazda prosesləri idarə etmək çətin olardı. Rusiya Ermənistan vasitəsilə Cənubi Qafqazda strategiya həyata keçirərkən, indi yeni dövrlə üz-üzədir. Türkiyə bölgədəki prosesləri yaxından izləsə də, bu, sadəcə yaxşı işləməsi lazım olan bir dəyişiklikdir”.

Ekspert onu da qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanla bağlı həssaslığını açıq şəkildə göstərir:
“Eyni zamanda regionda baş verə biləcək hadisələri yaxından izləmək lazımdır. Bəzən Ərdoğanın seçki çıxışları xarici siyasətdə baş verənləri təfərrüatı ilə dəyərləndirəndə anlaşılmazlıqlara səbəb ola bilir. Yeddi rayonun işğal məsələsi bitdiyi kimi, Qarabağ məsələsi də bitib. Bundan sonra Qarabağ problemi ifadəsini işlətmək Azərbaycanı regionda mübahisəli ölkəyə çevirəcək. Strateji prioritet əldə etmək üçün Bakı və Ankara təcili olaraq üçtərəfli sülh sazişi ilə Ermənistan-Azərbaycan-Türkiyə sülhünü reallaşdırmalıdır. Əgər bu baş verməsə, hadisələr bölgə problemi kimi göstərilməklə yeni Ermənistan-Azərbaycan müharibəsinə doğru sürüklənəcək. Ümumiyyətlə Ukrayna böhranı davam edərkən, Qərbin Rusiyanın diqqətini yayındırmaq üçün Cənubi Qafqazda və ya başqa bir keçmiş sovet regionunda münaqişə zonası yaratmaq istəyi var. Fransanın, Iranın, Hindistanın Ermənistanı silah anbarına çevirməsi və müasir silahlardan istifadə etmək üçün mütəxəssisləri bölgəyə sürətlə göndərməsi diqqətdə saxlanmalı olan bir hadisədir. Çünki bu onların Cənubi Qafqazda münaqişə zonası yaratmağa çalışdıqlarını göstərir”.
Şahanə Ziyad
https://sherg.az/siyaset/254142

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir