Fuad Gahramanlı: Trampın Orta Şərqə səfəri və ABŞ- n qlobal güc kimi qalacaqmı?
Ərəb ölkələri ilə iqtisadi, Türkiyə ilə geostrateji əhəmiyyətli müttəfiqlik.
Trampın Orta Şərə səfəri təkcə böyük iqtisadi razılaşmalarla deyil, həm də regionda yeni geosiyasi tarazlığın yaranmasına göstərdiyi təsiri ilə də diqqəti cəlb edir. Səudyyə kralı bin Salmanla Ər-Riyadda keçirilən görüşdə ABŞ-la bu ölkə arasında 140 milyard dollarlıq hərbi müqavilə bağlanıb. Amerika hərbi sənayesi üçün çox böyük qazanc vəd edən bu müqavilə tarixin ən bahalı hərbi sövdələşməsi saylır.
Səudiyyə Ərəbistanı ilə imzalanmış sazişlərə əsasən yaxın gələcəkdə ABŞ -a 600 miyard dolları yatrım qoyulması nəzərdə tutulur. Hələ ki, investisiya qoyuluşu ilə bağlı bugünə olan konkret razılaşmaların dəyəri 300 milyard dollar qiymətləndirilir.
Bu gün Tramp Körfəz Ölkələri Əməkdaşlıq Şurasının toplantısında iştirak etdikdən sonra Dohaya yola düşəcək. Bu tədbirdə belə yüksək səviyyədə iştirak etməklə ABŞ Çinlə aparılan rəqabət fonunda Orta Şərqin əsas iqtisadi partnyoru olmağa iddalı olduğunu və həm də ənənəvi müttəfiqlik münasibətlərini iqtisadi əməkdaşlığı artırmaqla daha çox inkişaf etdirmək istədiyini göstərdi. Bu cür yaxınlıq ABŞ üçün həm də lazım olduqda neft qiymətlərinə təsir imkanları yaradır ki, bu da çox mühüm geoiqtisadi təsir aləti hesab olunur.
Tramp iştirak etdiyi bu toplantı çərçivəsində Səudiyyə vəliəhdi bin Salman və Suriya Prezidenti Əhməd əl-Şaraa və tədbirə virtual şəkildə qoşulan Ərdoğanın iştirakı ilə dördlü formatda görüş keçirib.Yarım saat çəkən görünüşdə Yaxın Şərqdəki və Suriyada keçid dövrü ilə bağlı vəziyyət və yeni Şam hakimiyyətinin gələcək fəaliyyəti müzakirə edilib. Xatırladaq ki, bu görüşdən öncə Tramp Suriyaya qarşı sanksiyaları qaldıracağını da bildirib. Trampın bu addımları İsrailin müdaxiləsi qarşısında müdafiəsiz qalan və daxildə etnik separatizm təhlükəsi ilə üzləşmiş Suriyanın suverenliyinə verilmiş dəstək hesab olunur həm də.
Qeyd edək ki, Makrondan sonra Trampın əl-Şaraa ilə görüşməsi, onun radikal dinçi keçmişnə görə legitimliyi ilə bağlı problemin aradan qaldırılması və yeni Suriya rəhbəri kimi beynəlxalq münasibətlərdə maneəsiz iştirakı baxımdan olduqca mühüm addım oldu.
Trampın İstər əl-Şaraa ilə görüşü, istərsə də Suriya məsələsini Ərdoğanın iştirakı ilə müzakirə etməsi, onu göstərir ki, Orta Şərq siyasətində daha praqmatik və rasional addımlara üstünlük verən ABŞ, bu gün öz siyasətində Türkiyənin geostrateji əhəmiyyətini nəzərə alaraq, onu da özünün əsas regional tərəfdaşı kimi görür. Bu dəfə ABŞ prezidentinin ənənələrin əksinə olaraq İsrailin rəyi və iştirakı olmadan Suriya məsələsinə Türkiyə və Səudiyyə ilə birlikdə qərar verməsi, körfəz ölkələri ilə münasibətləri dərinləşdirməsi, onu göstərir ki, ABŞ öz maraqlarını Netanyahunun aqressiv siyasətinə görə qurban vermək fikrində deyil və Çinlə qlobal rəqabət şəraitində ABŞ öz iqtisadi və təhlükəsizlik maraqlarını əsas gətirmək xətti seçib.
Bu da regionda ənənəvi geosiyasi tarazlığın dəyişməkdə olduğunu göstərir.
Bu baxımdan Trampın Orta Şərq səfəri və burada əldə olunan razılaşmalar həm də onu göstərdi ki, ABŞ bu gün hec də qlobal güc olmaqdan imtina etmək fikrində deyil, sadəcə bu rolu oynayarkən əvvəllər olduğu kimi öz cibindən xərcləmək yerinə, indi həm də qazanmağa çalışır.
Sonda onu da xatırladaq ki, Azərbaycandada siyasətin reallıqlarını doğu anlaya bilməyənlər gecə gündüz Türkiyə hakimiyyəti əleyhinə təbliğat aparsalar da, Suriyadakı əl-Şaraa hakimiyyətini terrorçu kimi təqdim etsələr də, bu gün baş verənlər tam əks istiqamətdə nəticələr ortaya qoymaqdadır.
Fuad Gahramanlı
Share this content:
Yorum gönder