Şimdi yükleniyor

Fuad Gahramanlı: Rusiyanın Polşaya dron hücumunun məqsədi nədir və nəticələri nə ola bilər ?

Fuad gahramanlı

 

Bu gecə Rusiya dromlarının Polşa sərhəddini keçməsi və bu ölkənin HHM -sistemləri tərəfindən məhv edilməsi nə deməkdir ?
– Bir daha aydın göründü ki, Rusiiyanın Ukraynaya təcavüzünü iki ölkənin müharibəsi adlandırmaq kökündən səhv yanaşmadır və bu ilk növbədə Avropanın təhlükəsizliyi məsələsidir.
-Qərb Ukraynanın müdafiəsinə dəstək olmaq strategiyasından Ukraynanın qalib gəlməsi mövqeyinə keçməyincə, bu müharibə bitməyəcək. Əksinə zaman keçdikcə daha da genişlənmə risqi daşıyacaq.
– Trampın Rusiya ilə bağlı heç bir məntiqə sığmayan güzəştli davranışı və məsələyə tərəfsiz vasitəçilik mövqeyindən yanaşması, problemi həllə dogru yaxınlaşdırmaq yerinə, onu daha da kəskinləsdirərək uzanmasına səbəb olur.
– Bu hücum təsadüfi deyil və Kremlin NATO-nun reaksiyasını yoxlamaq niyyətini göstərir. Əgər NATO bu olaya gərəkən reaksiyanı verməsə, o zaman Putinin bundan istifadə edərək bu hərbi blokun birgə müdafiəyə hazırlığını şübhə altına almağa və beləliklə də Avropa üzərində təhdidlərini artırmağa çalışacaq.
– Rusiyanın bu hücumu Putinin Pekin səfərindən sonra etməsi, Çin və Şimali Koreyanın Qərblə hərbi qarşıdurmaya dəstək verməsi anlamına da gəlir.

Baş vermiş hadisənin müsbət təsiri isə o ola bilər ki, bundan sonra Avropa və ABŞ arasında Rusiya təhlükəsinə qarşı birgə vahid mövqe yarana və Ukraynaya hərbi dəstək daha da arta bilər. Bu hadisə növbəti dəfə Putinlə dialoq, görüş siyasətinin nə qədər yanlış olmasını və təhlükəli nəticələrə yol aça biləcəyini göstərməklə yanaşı, ABŞ-n NATO üzvü kimi Avropa qarşısında təhlükəsizlik ödəliklərini yerinə yetirməsi məsələsini də gündəmə gətirəcək. Bundan sonra ABŞ -n Ukrayna məsələsinə yanaşmasında təkcə Ukraynaya silah satmaq yetərli görünməyəcək, məhz Avropanın təhlükəsizliyini qorumaq məsələsi aktuallaşdığı üçün ön cəbhə sayılan Kiyevə verilən hərbi dəstəyi artırmaq tələb olunacaq. Bu həmdə hazırda AB və ABŞ arasında Rusiya qarşı yeni iki sanksiyalar paketinin qəbulu ilə bağlı gedən danışıqları da sürətləndirəcək .
Fuad Gahramanlı 

Share this content:

Yorum gönder