KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Putin Əsədə niyə sığınacaq verdi?

Fuad Gahramanlı: Putin Əsədə niyə sığınacaq verdi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
30 0

Əgər sığınacaq verilməsəydi kimlər Putindən ürkəcəkdilər?

Putin niyə diktator Əsədə sığınacaq verib? Bu sual bir çoxlarını düşündürür. Axı adı qanla, insanlığa qarşı cinayətlə assosasiya olunan bu diktator indi heç kimə lazım deyil, onun Moskvada olması Rusiyanın Tarrtusdakı liman bazası ilə bağlı yeni Suriya hakimiyyəti ilə hər hansı anlaşma imkanlarını da ortadan qaldırmış olur. Düzdür belə bir anlaşma ehtimalı indiki halda onsuz da çox zəif görünür, çünki HTŞ və Suriya xalqı Əsəd rejiminin dəstəkçisi olmuş Rusiyanı bundan sonra öz ölkələrində yəqin ki, görmək istəməzlər. Ancaq müxaliflərin Hələbə yürüşü başlayanda HTŞ-nin lideri Colani Rusiya ilə danışıqlara hazır olduqlarını bəyan etmişdi və bu da gələcək danışıqlar üçün az da olsa müəyyən əl yeri qoyurdu.

Ancaq bütün bunlara baxmayaraq Putin Əsədə Rusiyaya sığınmaq imkanı verirsə, bu nə ona qarşı humanist münasibətlə bağlıdır, nə də ki, keçmiş müttəfiqlikdən irəli gələn mənəvi öhdəliyi əks etdirir. Aydındır ki, bu gün üzləşdiyi beynəlxalq təcrid qarşısında Putin daha çox avtoritar rejimlərlə və diktatorlarla əməkdaşlıq edir. Bu avtoritar rejimlərin Rusiya ilə yaxınlığı daha çox Moskvanın onlar üzərindəki ənənəvi himayəsi ilə bağlıdır. Putinin çevrəsində dolaşan avtoritar liderlər, diktatorlar düşünürlər ki, əgər onlar günün birində Əsədin aqibətini yaşayayarlarsa , o zaman qaça biləcəkləri, sığınacaqları yer Rusiya olacaq.
İnsanlara zülm edən bu diktatorlar bu gün hər biri tikan üstündə otururmuş kimi öz gələcəkləri ilə bağlı çox narahatdırlar və nə zamansa xalqlarının qəzəbi , kütləvi etirazları ilə qarşılaşa biləcəklərini hesaba alırlar. Ona görə də Putinlə yaxın olmaq həm də onlar üçün gələcəklə bağlı təhlükəsizlik ehtiyacından doğur. Əgər Putin Əsədə sığınacaq verməmiş olsaydı, o zaman digər diktatorlar, avtoritar liderlər Putinə daha öz himayədarları kimi baxmaqdan uzaqlaşar, hakimiyyətdən devriləcəkləri təqdirdə onlara sahib çıxmayacağını görüb ondan üz döndərə bilərdilər. Bu üzdən də devrilmiş Əsədi qəbul etmək Putinin üçün zorunlu sayılacaq bir addımdır.

Həm də Rusiyaya qaçan və ya qaçmaq ehtimalı olanlar kasıb siyasətçilər deyillər, onlar ölkələrini soyub talayan, milyardlarla sərvət sahib olan korrupsionerlərdirlər. Bu baxımdan Putin üçün onlar həm də yaxşı gəlir, qazanc mənbəyi hesab oluna bilərlər. İndiki halda təkcə özünün 20 miyard, bütövlükdə isə sülaləsinin 63 milyard sərvəti olan Əsədlərin Moskvaya sığındıqdan sonra buna qarşılıq hansı məbləğlər ödəyəcəklərini heç kim bilməsə də, ancaq bu qədər sərvətin tək onların əlində qalacağı da inandırıcı görünmür. Düşünün, atasının belə qəbri yandırılan, getməyə heç bir yeri olmayan, taleyi Putin kimi bir qanqsterin bir sözündən asılı olan Əsədin milyardlarına bu gün Ukraynada müharibə aparan Rusiyanın nə qədər ehtiyacı var. Rusiya vaxtı ilə Əsəd rejiminə etdiyi yardımların əvəzini indi öz cətin vaxtında niyə ondan geri tələb etməsin ki? Bundan yaxşı bəhanə nə ola bilər ki? Hələ üstəlik Əsədin bu qədər köməyə rəğmən fərsizlik edib işləri yarıtmadığı da hesaba qatılarsa, onu qapazaltı edib əlindəki pulları geri almaq Putin üçün heç də çətin sayılmaz. Bir halda ki, tələb edəndə də Əsədin imtina etmək imkanı yoxdur, Putin istəsə indi nəinki onun pulunu ,hətta çanını da ala bilər. O zaman Əsədin sağmal inək kimi sağılmaqdan başqa çarəsi də qalmır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir