Şimdi yükleniyor

Fuad Gahramanlı: Dərin Ramiz “- lər “çevriliş planını” nece qeyri ciddi hala gətirir?

Fuad gahramanlı

 

Müxalifəti bu qondarma işə qoşmaq mümkündürmü?

Ramiz Mehdiyevlə bağlı məsələ ətrafında cəmiyyətdə fikirlər onsuz da haçalanmış vəziyyətdə idi. Xüsusilə onun adından təqdim edilən məktubun, başqa sözlə “çevriliş planının məzmununa görə bu işin qurama olduğuna inananların sayı daha da artmağa başladı. Görünən o idi ki, sanki kimsə məsələni sulandırıb mövzunun ciddiliyini itirməsində maraqlı idi. Bəlkə də hakimiyyətdə olan “dərin Ramiz” bu işi bu yolla çürüdüb qoca rus lakeyini xilas etmək istəyirdi?

Bu mövzuda ayrıca yazdığım üçün təkrar məktub məsələsinə qayıtmıram. Sadəcə onu vurğulayım ki, indi məlum olur ki, məktubda ironiya doğuran demokratiya ilə bağlı cümlələr ora elə-belədən daxil edilməyibmiş. Onsuz da bu “demokratvari” cümlələri görəndə şübhələnmişdim ki, bəlkə məqsəd Qərb yönümlü müxalifəti Ramizin adından yayılan plana calamaqdır. Ancaq beynəlxalq mediada Putin rejiminə qarşı postsovet məkanının əsas sözçülərindən biri kimi tanınan qərbyönümlü müxalifətin lideri Əli Kərimlini Rusiyanın siyasi leşə çevrilmiş sadiq xidmətçisinə heç bir halda calamaq olmaz deyə bu barədə yazmadım.

Ramiz Mehdiyevin Rusiyaya kölə kimi bağlı olduğun və hakimiyyətdə olduğu müddətdə birbaşa özünün həyata keçirdiyi əməllərə görə cəmiyyət haqlı olaraq ondan hər cür pisliyi gözləyirdi. Bu baxımdan hakimiyyət bir az təmkinlə hərəkət etsəydi, məhz Ramizin şəxsiyyətinə qarşı olan ictimai nifrətə görə “çevriliş layihəsini” ictimai rəyə daha çox qəbul etdirmək olardı. Ancaq müxalifət lideri Əli Kərimli və MŞ Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin adını Dövlət Şurası siyahısına daxil etmək, bu işin saxtalığını tam çılpaqlığı ilə ortaya çıxardı. Axı bu ölkədə əksəriyyət Əli Kərimlinin uzun illər məhz Ramiz Mehdiyevin icraçısı olduğu siyasətə qarşı mübarizə apardığını, bu yolda nə kimi məhrumiyyətlər yaşadığını, deputat olduğu vaxtlarda pvə sonrakı mərhələdə Gültəkin Hacıbəyliyə qarşı apardığı intriqalardan, müxalif mövqeyinə görə sifarişli məhkəmələrdə ona övladı vasitəsilə necə təzyiqlər etdiyindən yaxşı xəbərdardır.

Dünən yayilan məqalədə ən maraqlısı da odur ki, Ramiz Mehdiyevin Dövlət Şurasının digər üzvləri inkoqnito olduğu halda, ancaq Əli Kərimli ilə Gültəkin Hacıbəylinin adları məlum olur. Bəs, Ramizin hakimiyyətdəki komandası hanı, onların adları niyə bilinmir? Elə təkcə bu şəkildə “məlumat sızması” bu işi gətirib süni şəkildə müxalifətə bağlamaq niyyətini göstərmirmi? Nə oldu, pulu, səlahiyyətləri olan, Ramizə yaxınlığı ilə tanınan iribuynuzlu məmurlardan heç kimin adı mediata sızmadı, ancaq elə iki müxalifətçinin adı bilindi?

Aydındır ki, nə Azərbaycan cəmiyyəti, nə də beynəlxalq ictimaiyyət siyasi mövqeyi açıq-aydın ortada olan, Azərbaycan hakimiyyətini hər zaman Rusiyaya yaxınlığa görə tənqid edən, ölkənin Avrointeqrasiyasını siyasi kursunun əsas istiqamətinə çevirən AXCP və Milli Şuranı, Rusiyanın nimdaş və fəaliyyət qabiliyyətini itirmiş adamına bağlamağı qəbul etməz. Həm də ona görə ki, Ramiz Mehdiyev hakimiyyətdə olduğu dövrdə AXCP və Milli Şuraya qarşı həyata keçirilən təqib və təzyiqlərin, repressiyaların həm birbaşa başında duran, həm də ideoloji əsasını yaradan və müxalifətə nifrət siyasətini formalaşdıran bir şəxs olub.
Fuad Gahramanlı 

Share this content:

Yorum gönder