KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: ABŞ diplomatının gəlişi nəyi dəyişəcək?

Fuad Gahramanlı: ABŞ diplomatının gəlişi nəyi dəyişəcək?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
115 0

Gərgin danışıqlarda nə müzakirə ediləcək ?

ABŞ dövlət katibinin müavini Ceyms Obrayn bu gün Azərbaycana gəlir. Onun bu səfəri iki ölkə arasında münasibətləriin çox gərgin, bəlkə də böhran dövrünə təəssüf edir. Obrayan Konqresdə keçirilən dinləmələrdə Azərbaycanla yüksək səviyyəli dialoqun dayandırıldığını bəyan edəndən sonra onun özünün Bakıya gəlişi bu səfərə marağı daha da artırır. Bu yerdə Azərbaycan XİN – in keçmiş baççısının təbirincə desək belə bir sual meydana çıxır, “verir nə baş?”

Obraynın ABŞ Konqresindəki bəyanatı, məhşur 907 ci düşəlişin qüvvədə saxlanılması, son zamanlar iki ölkə arasında getdikcə sərləşən ritorika və dünən Azərbaycanın rəsmi dövlət orqanı sayılan qəzetdə Amerika rəhbərliyinə qarşı kəskin təhqiramiz ittihamlarla dolu məqalənin çapı, onu göstərir ki, münasibətlər doğurdan da qırılma nöqtəsinə çatıb və bu səfər geri dönüş etmək üçün bəlkə də son şansdır.

Bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Metyü Millerin dünənki açıqlaması dediklərimizi təsdiq edir. O, bildirib k, “biz heç vaxt Azərbaycanla münasibətləri qırmaq niyyətində olmamışıq”. Buradan da aydın görünür ki, ABŞ münasibətilərin qırılma nöqtəsinə gəlməsində maraqlı olmadığını bildirməklə buna görə məsuliyyətin qarşı tərəfin üzərində olduğuna işarə edir və Obraynın səfəri ilə bu qırılmanın qarşısısını almağa çalışdığını göstərir.

Bəs ABŞ bu münasibətləri əvvəlki məcraya qaytara biləcəkmi? Səfər öncəsi verilən açıqlamalardan da görünür ki, ABŞ – n Azərbaycan rəhbərliyindən əsas istəyi Ermənistanla sülh danışıqlarının bərpası, Rusiyanın iştirakı olmadan İrəvanla kommunikasiyaların açılması, Qarabağdakı rus ordusunun çıxarılması və insan hüquqlarına hörmət edilməsidir.
Rusiya ilə müttəfiqlik edən Azərbaycan isə ABŞ və onunla birlikdə AB-nin Cənubi Qafqazda rolunun artmasının əleyhinədir, Qərbin vasitəçiliyi ilə sülh danışıqlarında iştirak etməkdə maraqlı deyil, insan haqları ilə bağlı məsələni isə öz daxili işi sayır və Qərbin bu yöndə tələblərini nəzərə almaq istəmir.

Bəs amerikalı diplomat bu məsələrdə uzlaşma, razılaşma əldə edə biləcəkmi? Onun səfərindən bir gün öncə “Azərbaycan” qəzetində çıxan məlum yazı onu göstərdi ki, Bakı öz mövqeyindən geri çəkilmək niyyətində deyil. Amerika İlham Əliyevdən o şeyləri istəyir ki, həm Moskva bu məsələlərin qatı şəkildə əleyhinədir, həm də bu məsələlərə razılaşmaq avtoritar rejimin maraqlarına uyğun deyil. İlham Əliyev üçün yuxarıda sadaladığımız məsələlərdə Amerika ilə uzlaşmaq Rusiya ilə bağlı edilmiş strateji seçimdən imtina etmək anlamına gəlir. Buna görə də Azərbaycan hakimiyyəti üçün indiki halda Qərblə optimal uzlşna modeli münasibətlərun yalnız ticari partnyorluq çərçivəsi ilə məhdudlaşmasıdır. Bu isə heç bir halda Qərbi qane edən yanaşma deyil və Vaşinqton geosiyasi maraqları Azərbaycana görə Moskvaya güzəşt edəsi deyil.

Bütün bu toxunduğumuz məqamları göz önünə alaraq demək olar ki, Obraynın səfərinin ər hansı uğurlu nəticə verəcəyinə ümid azdır. Hətta ABŞ insan hüquqları sahəsindəki getdikcə ağırlaşan vəziyyəti görməzdən gəlsə belə, Rusiya amilinə görə Bakını yenidən sülh danışıqlarına qaytara bilməyəcək. Yəni yaranan böhranıın əsasında Bakının Rusiya xeyrinə etdiyi strateji seçim durduğunu görə, Qərbin hətta insan hüquqlarını qurban verib geosiyasi baxımdan əhəmiyyətli nəticəni əldə etməsi real görünmür.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir