KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elhan Şahinoğlu: Putinin Ukraynaya Yaxın Şərqdən “könüllülərin” cəlb edilməsi

Elhan Şahinoğlu: Putinin Ukraynaya Yaxın Şərqdən “könüllülərin” cəlb edilməsi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
22 0

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya Yaxın Şərqdən “könüllülərin” cəlb edilməsi qərarının arxasında hansı səbəblər dayanır?

Birincisi, Rusiya ordusu Ukraynada güclü müqavimətlə üzləşib. Kreml Ukrayna ordusunun və cəmiyyətinin Rusiya ordusuna qarşı bu şəkildə müqavimət aparacağını gözləmirdi. Görünür, Rusiya kəşfiyyatı Kreml sahibini müharibədən öncə inandırıb ki, döyüşlər cəmi bir neçə gün çəkəcək və Kiyev dərhal təslim olacaq, Ukrayna prezidenti postunu qoyub qaçacaq. Proqnozlar yanlış çıxdı və iki həftədən çox davam edən müharibədə Rusiya ordusu ciddi itkilər verir, döyüşmədən təslim oan rusiyalı hərbçilərin sayı artır. Belə vəziyyətdə Putin onun inamını doğrultmayan müdafiə naziri Sergey Şoyqunun məsləhəti ilə Yaxın Şərqdən “müttəfiqlərini” cəlb etməyi məsləhət bilib. Əslində bu qərar Kreml sahibinin Ukraynada Rusiya ordusunun ağır durumda olmasının etirafıdır.

İkincisi, Ukrayna tərəfdən də döyüşmək istəyən könüllülərin sayı artıb. Dünyanın müxtəlif ölkələrindən Ukraynaya könüllü axını var, onların içərisində peşəkar hərbçilər də var. Həmin könüllülər döyüşlərdə Rusiya ordusunun itkilərini artıracaqlar. Putin də eyni addımı ataraq beynəlxalq aləmə bu mesajı verir: “Siz tərəfdə muzdlular vuruşursa, biz tərəfdən də muzdlular olacaq”. Kreml Rusiya tərəfdən döyüşəcək könüllülərin guya pulsuz savaşacaqlarını bildirib. Buna kimsə inanmaz. Ukrayna hakimiyyəti gizlətmir ki, könüllülərə məvacib veriləcək. Rusiya da onlar tərəfdən savaşacaq könüllülərə – muzdlu döyüşçülərə valtuya ödəyəcək. Dünyanın heç bir yerində muzdular havayı döyüşmürlər.

Sergey Şoyqu bildirib ki, Yaxın Şərqdən 16 mindən çox könüllü Rusiya tərəfdən döyüşlərə qatılmaq istəyir. Bu o deməkdir ki, Kreml könüllü məsələsini uzun müddətdir müzakirə edir, əks halda 16 min rəqəmi peyda olmazdı. Bəs Rusiyanın “könüllü” dediyi döyüşçülər kimlərdir? Kreml böyük ehtimalla Suriyada Bəşər Əsəd tərəfdə savaşan qrupları nəzərdə tutur. Bunların içərisində “Hizbullah” da var. Bu qruplaşma Bəşər Əsədə dəstək verən əsas silahlı qruplaşmadır, mərkəzi Livanın paytaxtı Beyrutdadır. Livanın özündə iqtisadi vəziyyət ağırdır, “Hizbullah”ə illərdir maliyyələşdirən İranın iqtisadi durumu normal sayıla bilməz. Ona görə də “Hizbullah” döyüşçüləri və onların müttəfiqləri maliyyə vəziyyətlərini düzətlmək üçün Ukraynada döyüşmək təklifini geri çevirməzlər.

Beləliklə, əvvəlki proqnozlarımıza da dayanaraq Kremlin Avopada Qərb ölkələrinə ikinci Suriya yaratmaq istəyi aşkardır. Ukraynadakı savaş beynəlmiləl xarakter daşımağa başlayıb. Ukraynada Rusiya ilə Qərbin maraqları kəsişdiyi kimi müxtəlif millət və silahlı qruplaşmaların, o cümlədən terrorçuların məskəninə çevriləcək. Kremlin siyasətini bu cümlə ilə izah etmək olar: “Bizi (Rusiyanı) batırmaq istəyirsinizsə, biz də Sizi (Ukrayna və Qərbi) batıracağıq”.

Maraqlıdır ki, Rusiya və bəzi Qərb ölkələri Ermənistanın saxta təbliğatına qoşularaq İkinci Qarabağ müharibəsində Azərbaycanın guya Yaxın Şərqdən silahlı qrupları bölgəyə cəlb etdiyini vurğulayırdılar. Bunun yalan olduğu üzə çıxdı. Ortaya bir fakt qoya bilmədilər. Azərbaycan ordusu savaşdı, 3 min şəhid verdi və torpaqlarının böyük hissəsini azad etdi. Rusiya və Qərb ölkələri isə artıq özləri də gizlətmirlər ki, Ukraynada könüllülərin savaşmasını təşviq edirlər.

Elhan ŞahinoğluKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.