KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Donbass və Qarabağ separatçıları eyni vəziyyətdədirlər

Donbass və Qarabağ separatçıları eyni vəziyyətdədirlər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
336 0

Koronavirus müxtəlif dövlətlərlə yanaşı separatçı bölgələrdə də geniş yayılıb. Virus sərhəd tanımır. Misal üçün Ukraynanın işğal olunmuş Donbass bölgəsində virusa yoluxanların sayı hər keçən gün artır. Separatçı bölgədə vurisa yoluxma artım tempinə görə Ukraynanı da qabaqlayır. Məsələ burasındadır ki, Rusiya ilə separartçı bölgə arasında sərhəd yoxdur, gediş-gəliş açıqdır. Rusiya virusun yayılma miqyasına görə dünya ölkələri arasında üçüncü sıradadır. Rusiyada hər gün 8-10 min insan virusa yoluxur. Son məlumatlara görə, Rusiyada 500-yə yaxın tibb işçisi virusdan ölüb. Rusiya ən ağır vəziyyət paytaxt Moskvadadır.
Buna baxmayaraq, iyunun 24-də Moskvada hərbi parada hazırlıq gedir. Müxtəlif dövlətlərdən qonaqlar iştirak edəcək. Bəzi dövlət başçıları dəvəti qəbul edib Moskvaya gecədəklərini elan etsələr də, hərbi paradda iştirakdan imtina edənlər də az deyil. Səbəbi sadədir. Epidemiyanın geniş yayıldığı Moskvada keçirilən hərbi parad iştirakçılar üçün təhlükə mənbəyinə çevrilə bilər. Bu azmış kimi, Rusiya oxşar paradı işğal altındakı Luqansk, Donetsk, Simferopol, Sevastopol və Kerç şəhərlərindən keçirməyi də planlaşdırır.
Dağlıq Qarabağda da virusa yoluxanlar sayı artır. Separatçıların Ermənistanla gediş-gəlişi kəsməsi də problemi həll etmədi. Çünki, virus artıq Ermənistandan Dağlıq Qarabağa keçib. Donbass və Dağlıq Qarabağ separatçıları virusla mübarizə aparmaqda acizdirlər, profilaktik tədbirləri həyata keçirmək çətindir. Rusiya və Ermənistan özləri hazırki ağır vəziyyətlə çarpışırlar, onların dəstək verdikləri separatçıları vurisun caynağından qurtaracağı mümkün görünmür. Hazırki vəziyyətdə Ukrayna və Azərbaycan torpaqlarının işğalı Rusiya və Ermənistana baha başa gəlir.
Bu arada, Azərbaycan və Ukrayna xarici işlər nazirləri Xələf Xələfovla Vasiliy Bodnar arasında növbəti onlayn konfrans keçirildi. Diplomatlar iki ölkə arasındakı əlaqələri və virusla mübarizədə yardımlaşmanı müzakirə etdilər. Nazir müavinləri ayrıca, ərazi bütövlüyü məsələsində Ukrayna ilə Azərbaycanın bir-birinə dəstəyini bir daha təsdiq etdilər. Yeri gəlmişkən, Ukrayna Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən son “prezident seçkisini” sərt tənqid edən bəyanat da yayınlamışdı. Həmin bənayatda rəsmi Kiyev işğal və etnik təmizləmə fonunda qondarma seçkinin nəticələrini tanımadığını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar