KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Aqşin Kərimov: Qriqoryan “Brüssel və Vaşinqton” deyir

Aqşin Kərimov: Qriqoryan “Brüssel və Vaşinqton” deyir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
115 0

Qriqoryan “Brüssel və Vaşinqton” deyir, Hacıyev ona dörd istiqamət üzrə mesaj verir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə Brüssel və ya Vaşinqtonda baş tuta biləcəyini söyləyib.

Bu yaxınlarda isə Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan XİN başçılarının müzakirələrinə vasitəçilik etmək təşəbbüsünü bir daha ortaya qoymuşdu.

Qriqoryanın açıqlamasından sonra təkrar hiss edilir ki, Ermənistan Rusiya mərkəzli danışıqlardan hər vəchlə yayınmağa çalışır və bunun qarşılığında İrəvan Qərbdən şirnikləndirici vədlər alır.

Bu istiqaməti ayrıca bir mövzuda əhatə etmək olar. Məsələnin sırf Azərbaycan-Ermənistan kontekstindəki şərhinə gəlincə, bir bəyanata da diqqət etmək lazımdır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsindəki hesabında bildirdiklərini tezis kimi qeyd edək.

1. Azərbaycan 2023-cü il sentyabrın 11-də ikitərəfli kanallar vasitəsilə sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahatlarla birlikdə Ermənistana təqdim edib.

2. Bu ilin sonunadək sülh müqaviləsi imzalamağa hazır olduqları barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantının təqdim olunmasını iki aydan artıq gecikdirir.

Deməli, Azərbaycan gələcək mövqeyini Ermənistanın verə biləcəyi cavablara uyğun olaraq şəkilləndirəcək, buna görə də Bakı İrəvandan tələb edir ki, mövqeyini konkretləşdirsin.
Konkretləşdirmə əsas etibarı ilə dörd istiqamət üzrə olmalıdır, birincisi – Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasını, ikincisi – Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur halqasına dəhliz statusu verilməsini təmin etməkdir.

Üçüncü istiqamət Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası işinə başlamaqdır. Dördüncüsü, bütün bu sadalananların məntiqi davamı kimi Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışına nail olmaq Azərbaycanın strateji hədəfləri siyahısındadır.

Azərbaycan dörd istiqaməti bir ox üzərinə gətirərək danışıqlara gedir – bunun Moskva, Brüssel və Vaşinqtonda keçirilməsinin Bakı üçün elə bir ciddi fərqi yoxdur.

Hikmət Hacıyevlə Armen Qriqoryanın paralel vaxtda açıqlamalar verməsi Bakı ilə İrəvan arasında qeyd olunan ikitərəfli kanallar vasitəsilə həyata keçirilən siyasi-diplomatik informasiya mübadiləsi kimi başa düşülməlidir. Çünki hər iki rəsmi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqlar aparan kanallardan biridir.

Böyük bir ehtimalla Qriqoryan eyham vurur ki, Ermənistan Azərbaycanın təkliflərinə cavabı Brüssel və Vaşinqtonda təqdim edə bilər.

Hacıyev isə “Top Ermənistanın meydanındadır” deyir, bir növ Bakı İrəvanı öz şərtləri əsasında sülh müqaviləsinə tələsdirir.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir