KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: İranın Ermenistan sefiri neden bahsediyor

Aqşin Kərimov: İranın Ermenistan sefiri neden bahsediyor

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
146 0

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Qarabağdan köçən ermənilərin müqəddəratını təyin etmək hüququndan bəhs edib.

Azərbaycanla İran arasındakı münasibətlərdə gərginlik xəttindən qaçış meyilləri gündəmdə ikən Tehranın İrəvandan səsləndirdiyi bəyanat təəccüblü gəlməməlidir.

Sürpriz bir mövqe olmasa da, Sübhaninin açıqlaması İranın bir daşla iki hədəf vurmaq istədiyini göstərir.

Birincisi, İran Qarabağ ermənilərinə hüquq tələb etməklə onları regional siyasət praktikasının tərkibinə daxil etmək istəyir.

İkincisi, Tehran planına elə forma və ölçü vermək istəyir ki, Zəngəzur dəhlizinin konteksti İranın maraqlarından kənara çıxan miqyasa çatmasın.

Bu baxımdan, səfir iki fərqli sitatını İranın vahid strateji məntiqində mənalandırır.

Birinci sitat: “Hesab edirik ki, Qarabağ xalqının hər bir nümayəndəsinin hüquqları təmin edilməlidir, onların öz hüquqlarını reallaşdırmaq imkanı olmalıdır. Bu, heç kimin, o cümlədən Azərbaycanın gözardı edə bilməyəcəyi reallıqdır”.

İkinci sitat: “Dəhlizə gəlincə, qeyd etməliyəm ki, beynəlxalq terminologiyada bu, əlaqə marşrutu deməkdir, lakin Ermənistanla bağlı olanda xüsusi hüquqi məna kəsb edir. Bu sözü təkrar edənlər xüsusi mənada işlədirlər və fikirlərini öz bəyanatlarının arxasında gizlədirlər”.

Bu iki sitat fonunda İranın regional siyasətdə bir məqsəddə vahidləşən məramı gündəmə gəlir. Onun qısa tərifini belə qeyd edə bilərik:

İran xarici siyasətindəki radikal tarazlığı saxlamaq üçün proksi qüvvələr formalaşdırmağa davam edən səylərinin bir hissəsini erməni amilinin üzərinə proyeksiya edir (Ətraflı rəy bölümündə)

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir