KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Altay Göyüşov: Türkmənistandakı əcaib diktatura, həqiqətən də, fəlakətə gətirib

Altay Göyüşov: Türkmənistandakı əcaib diktatura, həqiqətən də, fəlakətə gətirib

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
308 0

Biz burada baxırıq, deyirik-gülürük, amma Türkmənistandakı əcaib diktatura, həqiqətən də, fəlakətə gətirib

Məlum olub ki, ölkənin əhalisi yarıbayarı azalıb. Ölkəni iki milyondan çox insanın tərk etdiyi bildirilir. İmkan tapan qaçır. Ümumiyyətlə, avtoritarizmlərin ən yaxşı “bacardığı” iş insanları öz ölkəsindən qaçıb canını qurtarmaq həddinə çatdırmasıdır.

Üatəgəl, intihar səviyyəsi o qədər yüksəkdir ki, hətta Berdımuhammed də bu barədə çıxışlarından birində danışıb.

Bu diktatorıar hamısı belədirlər, özləri ölkəni acınacaqlı vəziyyətə çatdırırlar, çıxılmaza düşəndə problemi dilə gətirib, hamıda günah axtarırlar, özlərindən başqa. Bu yaxınlarda Şimali Koreyanın diktatoru da ölkədə aclıq olacağı barədə şikayət etmişdi və Amerikadan tutmuş, jük müdirlərinə kimi hamını günahlandırmışdı.

Ən hiddətləndirən isə odur ki, hər ikisi qışqırırdılar ki, bizim ölkələrdə covid yoxdur, qalib gəlmişik. İndi isə hər ikisi böhranın əsas səbəbkarları sırasında covidi göstərirlər.
Altay Göyüşov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir