Zeynal Emraliyev: Avrupa Ermenistan’daki seçimlere nasıl hazırlanıyor
PAŞİNYANIN XİLAS EDİLMƏSİ ÜÇÜN GENİŞ ƏMƏLİYYAT AVROPA ERMƏNİSTANDAKI SEÇKİLƏRƏ BELƏ HAZIRLAŞIR Avropa İttifaqı 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. Bu barədə Rybar.ru məlumat yayıb. Rusiya portalı bildirib ki, Aİ “ProElect” layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verib. Layihə Fransanın ERIM QHT-si tərəfindən xüsusi olaraq “demokratiyaya dəstək” üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Qrantlar “seçicilərin maarifləndirilməsi” və “nifrət nitqi ilə mübarizə” üçün KİV və QHT-lərə verilir. LGBT təşkilatlarına xüsusi üstünlük verilir. ABŞ-də USAİD bağlandıqdan sonra Qərbin maliyyələşdirməsinin əsas yükü Avropa İttifaqı strukturlarının üzərinə düşüb. Mənbənin iddiasına görə, Aİ-nin hədəfi seçkilərdə baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır. Bu kimi lahiyyələrin hər nə qədər demokratiya və insan haqlarına xidmət etdiyi deyilsə də Qərb bundan müxtəlif ölkələrdə özünə yaxın siyasi qrupların xeyrinə yumşaq güc kimi istifadə edir. Buna görə də iddia edilir ki, Qərb Ukrayna və Moldovada həyata keçirdiyi lahiyyəni Ermənistanda da sınaqdan keçəcək və Paşinyanı qorumağa çalışacaq. Nikol Paşinyan, xüsusilə 2020 Qarabağ müharibəsindən sonra Rusiya ilə münasibətlərdə gərginlik yaşayır və Ermənistanı Qərbə doğru yönəltməyə çalışır. Bu isə Moskvada qıcıq yaradır. Hazırda Kremlə bağlı olan milyarder, Ermənistanda həbsdə olan Samvel Karapetyan fəal siyasi gedişlər edərək müxalifəti bir araya gətirməyə və növbəti seçkidə Paşinyanın qarışına çıxmağa hazırlaşır. Karepetyan Rusiya arxasında durduğu kilsənin, diasporun və ” Qarabağ klanı ” nın dəstəyinə ümid bəsləyir. Milyarderlə barabər keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan da fəallaşıb və özlərini Moskvaya sübut edib yenidən hakimiyyətə yiyələnmək istəyirlər. Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmaqla bağlı son zamanlar verdiyi açıqlamalar Moskvanı qorxudur. Qərb Rusiyanın müxalifətə dəstək çabalarını önləmək üçün QHT – lər vasitəsi ilə əsasən gənclər arasında təbliğat işi aparır. Təbliğatın seçkiyə 8 ay qalmış başlaması onu göstərir ki, burda öncəlik sivil seçkiyə hazırlıq yox, rusmeyilli müxalifətə qarşı hökumətin dəstək qruplarını formalaşdırmaqdır. Bir tərəfdə Rusiyanın, bir tərəfdə isə Qərbin öz siyasi müttəfiqlərinə bu şəkildə dəstək verməsi Ermənistanda 2026 – cı il seçkilərinin qalmaqallı keçəcəyi gerçəyini ortaya qoyur.
Zeynal Emraliyev
Share this content:
Yorum gönder