KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ZELENSKİ PREZİDENTLİYİNİN BİR İLİNİ HANSI NƏTİCƏLƏRLƏ QARŞILAYIR?

ZELENSKİ PREZİDENTLİYİNİN BİR İLİNİ HANSI NƏTİCƏLƏRLƏ QARŞILAYIR?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
281 0

Aprelin 21-də Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsinin bir ili tamam oldu. Zelenskiy seçkinin ikinci turunda o zamankı dövlət başçısı Petro Poroşenko üzərində 73 faizlə qəti qələbə çalmışdı. Beləliklə, siyasətçiləri ancaq rollarında əks etdirən artist Vladimir Zelenski prezident seçildi. Ancaq hazırda Zelenski çətin günlərini yaşayır. Əgər ötən ilin sentyabr ayında Zelenskini əhalinin 74 faizi dəstəkləyirdisə, bu ay üçün onun reytinqi 44 faizə enib. Zelenskinin problemlərinin üstünə koronavirus da əlavə olunub.
Bu 1 ildə Zelenski nələri bacardı, nələri edə bilmədi?

Zelenskinin əsas seçkiqabağı şüarı bu idi: “Müharibəni dayandıracam, girovları və torpaqlarımızı geri qaytaracam”. Çox iddialı şüar idi. Zelenskiy həqiqətən müharibəni dayandırdı, girovların böyuk əksəriyyətini geri qaytardı. Torpaqların işğalı isə davam edir və Rusiya ilə danışıqlarda irəliləyiş yoxdur. Moskva Kiyevin Donbassa xüsusi status verilməsini və bunun Ukrayna Konstitusiyasında təsbit olunmasını tələb edir. Zelenski nə qədər güzəştə hazır olsa da, Moskvanın bu tələbini yerinə yetirə bilməz. Bu halda Ukraynanın digər bölgələrində də “geniş muxtariyyət” tələbləri artacaq və bu mərkəzdənqaçma meyllərini gücləndirəcək.

Zelenskinin böyük güzəştə hazır olmamasının başqa səbəbi də var.

Birincisi, Ukraynadakı milltəçi qüvvələr separatçılarla birbaşa danışıqların və Moskvanın tələblərinin yerinə yetirilməsinin əleyhinədirlər. Məsələn Zelenskiy bir ara separatçılarla təmaslara yol açacaq Məsləhət Şurasının yaradılmasına razılıq verdi. Bununla bağlı olaraq Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Ermakla Kreml administrasiyasının sədr müavini Dmitriy Kozak arasında razılaşma əldə edildi. Ancaq daha sonra Kiyevdəki millətçi qüvvələr meydana axışdılar və Zelenski separatçılarla təmas ideyasından imtina etdi.

İkincisi, separatçılarla təmasların əleyhinə Zelenskinin rəhbəri olduğu “Xalqın xidmətçisi” partiyasında da çıxanlar var. Zelenskiy hakimiyyətə gəldikdən sonra növbədənkənar parlament seçkisi təyin etdi və onun tələsik formalaşdırdığı “Xalqın xidmətçisi” partiyası mütləq səs çoxluğu qazandı. İlk aylarda partiya prezidentin bütün istəklərini yerinə yetirir, qanunların qəbulunu sürətləndirirdi. Ancaq son aylarda hakim partiyada ikitirəlik yaranıb. Əgər bir qrup əvvəlkitək Zelenskinin siyasətini dəstəkləyirsə, digər qrup etraz səsini artırmağa başlayıb və müxtəlif qanunların qəbulunda prezidentin istəyi xaricində səs verir. Buna görə Zelenski həm Kiyevdəki millətçi qüvvələr, həm də partiyasındakı hazırki durumla hesablaşmaq məcburiyyətindədir.

Zelenskiy prezident seçilən kimi korrupsiyaya qarşı müharibə elan etdi. Keçmiş prezidentlərdən fərqli olaraq Zelenski oliqarx deyil, zavod və fabrikləri yoxdur, heç zaman hansısa oliqarxa dəstək verməyib. Buna görə də Zelenskiy heç kimin qarşısında gözü kölgəli deyil. Həqiqətən Zelenskiy prezident seçilən kimi dövlət aparatında çalışanların bizneslə əlaqələrini qadağan edən qanun qəbul etdirdi, Antikorrupsiya Məhkəməsinin işini fəallaşdırdı. Ancaq bu günlərdə baş verən qalmaqal Zelenski üçün çətinlik yaratdı. Prezidenti Administrasiyasının rəhbəri Andrey Ermakın qardaşı Denis Ermakın gizli görüntüləri yayıldı. Həmin görüntüdə Ermak rüşvət müqabilində qardaşı vasitəsilə dövlət vəzifəsinə təyatlar həyata keçirəcəyi bildirilirdi. Bu görüntülərin yayılması Ukraynada böyük qalmaqal yaratdı. Ən maraqlısı odur ki, görüntünü yayan prezidentin partiyasından olan bir deputat idi. Yəni prezidentin partiyasından olan deputat Prezident Administrasiyasının ikinci adamını ifşa edirdi. Bu faktın özü hakim partiyada ikitirəliyin nümunəsidir.

Vladimir Zelenski bir il ərzində iqtisadi tənəzzülün qarşısını alaraq inkişafa nail ola bilmədi. Prezident Ukrayna iqtisadiyyatının hər il 5-7 faiz artacağını vəd edirdi. Bu vədi reallaşdırmaq mümkün olmadı. Aydın olan budur ki, indiki ağır şəraitdə Ukrayna kənardan maliyyə yardımı almadan tənəzzüldən çıxa bilməyəcək. Vladimir Zelenskiy Beynəlxalq Valyuta Fondunun Ukraynaya ayırmağa söz verdiyi 10 milyard dollara ümid edir. Ancaq bu vəd koronarivus dünyaya yayılmasından əvvəl vəd edilmişdi. Hazırda isə hamının yardıma ehtiyacı var. Digər tərəfdən Beynəlxalq Valtuya Fonunun qərarlarına üzv dövlətlər qərar verirlər. Həmin dövlətlərin Ukraynaya 10 milyard dollar ayırmasına razılaşacağını söyləmək çətindir. Vladimir Zelenski bu vəziyyətdə dost dövlətlərə müraciət edib. Həmin dövlətlər arasında Azərbaycan da var. Azərbaycan ən çətin günlərdə yardıma ehtiyac olan dost dövlətlərə dəstək verib. Ancaq indiki vəziyyətdə hər bir dövlət kimi Azərbaycan da öz resurslarından ehtiyatla istifadə edilməsinin tərəfdarıdır.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir