Bir müddət öncə Ermənistan-Azərbaycan sərhəddində, bununla paralel olaraq isə rus “sülhməramlıları”nın nəzarət etdiyi ərazilərdən erməni terrorçu dəstələrinin Azərbaycanın ərazilərini, xüsusilə də Şuşa və digər işğaldan azad edilmiş ərazilərin mütəmadi şəkildə atəşə tutlmasını hansısa erməni dığasının içkili-sərxoş halda açdığı atış kimi dəyərləndirmək fikrimcə doğru olmazdı. Şübhəsiz ki, uzun müddətdir atəşkəsin pozulma hallarının arxasında Azərbaycana qarşı məkirli siyasəti olduğu gün kimi aydındır. Açıq şəkildə etiraf etmək lazımdır ki, 44 günlük müharibədə ordusunun təqribən 70-80%-ə qədərini itirmiş Ermənistan tərəfinin belə “ürəkli” addım atacağı heç kimə inanıdırıcı gəlmir. Ona görə də yenidən gündəmə gəlmiş atəşkəsin pozulma hallarının arxasında dayanan əsas qüvvə Cənubi Qafqazda öz varlığını bütün gücü ilə qoruyub saxlamağa çalışan Rusiyanın Ermənistana və ermənilərə verdiyi dəstək dayanır. Məhz buna görədir ki, uzun müddətdir atəşkəsin pozulması hallarının davam etməsi fonunda Rusiya Müdafiə Nazirliyi açıqlama verərək bildirir ki, rus “sülhməramlıları” münaqişə bölgəsində vəziyyətə nəzarət edir və regionda vəziyyət stabildir. O zaman sual ortaya çıxır ki, niyə Rusiya tərəfi Qarabağda stabilliyin olmasını istəmir? Qeyri-stabilliyin olması Rusiya və region üçün nə vəd edir? Regionda gərginlik nəvaxta kimi davam edə bilər? Təbii ki, suallar həddən artıqdır. Amma qısa olaraq qeyd edilən sualların cavabını belə verə bikərki.
Rusiya üçün 200 ildən sonra Cənubi Qafqazda Türkiyənin mövcudluğu qaranlıq yuxu kimi gəlir və nə qədər ağır olsa da, Rusiya Türkiyənin regionda varlığını qəbul etməyə məcbur qaldı. Elə buna görə də regionda güc balansını öz xeyrinə dəyişmək və beləliklə də region dövlətlərinə təsir imkanlarını genişləndirmək məqsədi ilə Rusiya Qarabağdakı “sülhməramlıları”nın sayını artərmağa çalışır. Bu məqsədlə hətta dəfələrlə rus və erməni mediasında da bəzi məlumatlar yayılmağa başlanılmış və hətta jurnalistlər bununla bağlı Rusiya Prezidenti Vladimir Putinə sual da vermişdirlər. Görünən odur ki, Rusiya üçün vacib olan Cənubi Qafqazda ordusunun sayını çoxaltmaqla regiona nəzarət etməkdir ki, bu da indiki reallıqda artıq qeyri-mümkün görünür. Qarabağda rəsmi olaraq 1960 hərbiçi, qeyri-rəsmi isə daha çox rus hərbiçisinin olduğu haqqında informasıiyalar zaman-zaman mətbuatda yayılmaqdadır. Burada diqqət olunmalı digər məqam isə hazırkı vəziyyətdə Qarabağda fəaliyyət göstərən rus “sülhməramlıları”nın arsenalındakı silah-sursat və hərbi texnikalardır. Nəzərə alsaq ki, beynəlxalq hüquq və digər qanun və prinsiplərə görə sülhməramləların xidmətində yüngül atıcı silahlar, bmp və digər yalnız sülh məqsədi ilə istifadə olunacaq və sülhü qoruyacaq silah-sursat və hərbi texnika olmalıdır. Amma biz Qarabağda fəaliyyət göstərən rus “sülhməramlıları”nın arsenalındakı silah-sursat və hərbi teznikaya nəzər yetirsək, orada sülhməramlı missiyaya aid olmayan silah-sursat və hərbi texnika görə bilərik.
Burada digər bir önəmli məqam regionda daimi qeyri-sabitliyin olmasıdır ki, bu da Rusiya üçün regionda qalmaq deməkdir. Hətta dəfələrlə Rusiya dövlət və hökumət nümayəndələrinin dilindən Qarabağda 5 illik deyil, daha uzun müddətə qalmaq məsələsi səsləndirilib ki, bu da sözügedən dövlətin mövqeyinin nədən ibarət olduğunu göstərir. Deməli burada məsələ aydındır. Ermənistanı və erməniləri qızışdırmaqla regionda daimi qeyri-stabilliyi davam etdirmək və beləliklə regionda daha uzunmüddətə qalmaq.
Zəngəzur dəhlizinin hələ də açılmaması, ermənilərin həldə tam şəkildə minaların xəritəsinin Azərbaycana verilməməsi, Qazaxın 7 kəndinin və Naxçıvanın 1 kəndinin hələ də Azərbaycana qaytarılmaması, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin Şuşaya səfərində Rusiyanın Azərbaycandakı səfirinin iştirak etməməsi, dəfələrlə Rusiya XİN başçısı Sergey Lavrovun dilindən ATƏT-in və Dağlıq Qarabağın statusu məsələsinin səsləndirilməsi bizə hər şeyi açıq şəkildə göstərir.
Hesab edirəm ki, Azərbaycan üçün artıq çox ciddi və lazım olan məsələ qalıb. Bu da 15 iyun 2021-ci ildə qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəaynnaməsinin bəzi vacib bəndlərinin tez bir zamanda icarsı. Bununla paralel olaraq Rusiyadan 10 noyabr 2020-ci üçtərəfli bəyannamənin bəzi bəndlərinin, xüsusilə də 4-cü bəndinin icrasını tələb etməliyik.
Nahayət, yaranmış qeyri-stabil vəziyyətlə əlaqədar olaraq Azərbaycan beynəlxalq ictimayətə açıq şəkildə məlumat verməli və bununla bağlı olaraq əlaqədar təşkilatları hərəkətə gətirməlidir.
Samir Hümbətov
Samir Hümbətov: Rusiyanın Cənubi Qafqaz siyasətinin görünməyən detalları nələrdir?
427 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.