Հայաստանի չեզոքության խախտումը. առաջարկ ԱՄՆ-ին ու Իրանին

Türkiye’de Teknolojik Kaos Mu Hedefleniyor?

Doğu Perinçek’in İran temaslarında Kürdistan referandumu ve Musul’un statüsü?

Արա Թադեւոսյանը : Լավրովը, նրա «պլանը» եւ մեր անփութությունը

PUTİN İLİN SONUNA QƏDƏR LİDERLƏRİ GÖRÜŞDÜRMƏYƏ ÇALIŞACAQ

Azerbaycan, Ermenistan, Gündem, Rusya 8 Temmuz 2018
60

Ermənistan rəsmiləri də artıq müharibənin qaşılmaz olduğunu etiraf edirlər. Təsadüfi deyil ki, Ermənistan prezidenti Armen Sərkisyan deyib ki, müharibə hamı üçün dağıdıcı olacaq. Yaxşı ki, hələ bunu anlayır. Buna baxmayaraq, Armen Sərkisyan İlham Əliyevlə görüşə hazır deyil, o Azərbaycan prezidenti ilə Nikol Paşiyanın görüşüb müzakirə aparması vacibliyini bildirib. Sərkisyan baş naziri ona görə qabağa verir ki, Ermənistanda Konstitusiya dəyişikliyindən sonra əsas səlahiyyət sahibi prezident deyil, baş nazirdir.

Mümkündür ki, yaxın zamanda Kreml Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirini görüşdürməyə çalışsın. Bu payız aylarında baş tuta bilər. Unutmayaq ki, avqustun 30-da İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Nikol Paşinyanı dinləməkdə qəbahət görmürəm. Ancaq elə birinci görüşdəcə o Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını bölgənin statusu ilə əlaqələndirərsə, onunla növbəti görüşə ehtiyac qalmayacaq. Ümumiyyətlə diplomatiyanın arxa plana keçdiyi və ordunun yeni strateji hədəfləri olduğu halda qarşı tərəflə mənasız görüşlərə ehtiyac yoxdur.
Elhan Şahinoğlu

Yorumlar