KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: Qarabağda Azərbaycan ordusuna tərəf niye atəş açılır.

Nazim Cafersoy: Qarabağda Azərbaycan ordusuna tərəf niye atəş açılır.

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
391 0

Hamiya məlumdur ki, son bir neçə gündür Qarabağda artıq ikinci dəfədir Azərbaycan ordusuna tərəf atəş açılır.
Gəlin mən də sizə öz versiyamı yazım:
Məlum olduğu üzrə Paşinyan Moskvada Putinlə görüşdü. Bu görüşdən sonra rəsmi açıqlama edilmədi. Peskov isə bir suala cavabında Rusiyanın Azərbaycan ilə Ermənistan arasında balanslı davrandığını xüsusi vurğuladı.

Moskvadan baxanda balanslı davranışı Qarabağdaki real vəziyyətə tətbiq etsek belə alınır: Kremlin perspektivindən baxsaq, Rusiya müharibə dövründə hərbi prosesə uzun müddət qarışmadı, ancaq silah verdi. Yəni balansı qorudu. Azərbaycan Xankəndini azad edərək problemi Rusiyasız həll etmək aşamasında ikən, Kremlin 10 noyabr bəyannaməsi ilə özü üçün balansı qorudu. O bəyannamədə həm Azərbaycan ərazilərinin geri qalanların işğaldan azad edilməsi də var, Qarabağ ermənilərini qorunması da, Rusyanin diplomatik və hərbi fəallığı da. Keçən 9 ayda Rusiya Qarabağda həm ermənilərin maraqlarına xidmət edən addımlar atdi (geri qaytarmaq, yaşam şərtlərini yaxşılaşdirmaq və s.) həm də Azərbaycanın maraqlarına xidmət edən addımlar (Qarabağda minalarin təmizlənməsi, Qarabağda daxili kommunikasiyalarin istifadəsinə imkan yaratma) atdı. İndi Rusiyanın balans üçün Qarabağda teror qruplarının təmizlənməsi və Azərbaycanlıların Xankəndi daxil yerlərinə geri dönməsi prosesinə dəstək verməsini gözləyirəm.Bu Qarabağda normallaşmanın növbəti mərhələsi olacaq. Putinin Paşinyanla görüşündə ən mühüm müzakirə obyektlərindən birinin bu olduğunu düşünürəm. Diqqət edin seçki nəticələri ilə daxildə əsasən rahatlayan və Rusiyadan da “dobro” alan Paşinyan Moskva görüşündən sonra Arayiki İrəvana çağırdı və yəqin ki bu məsələlərin təlimatını verdi. Ardından Arayikin ” Azərbaycanlılar üçün yol cəkir” xəbəri yayıldı. Sonra da iki dəfə Qarabağda Azərbaycan ordusuna silah atıldı. Görünür Qarabağdakı terör qruplarının sonu çatır, onlar da səs-küy yaradaraq İrəvandakı və Moskvadakı havadarlarının diqqətini cəlb etməyə çalışırlar. Amma xeyri yoxdur, bu silah atışları Azərbaycanın anti-teror əməliyyatı üçün həm də uyğun konyektura yaradır. Hətta bir də gördüz açıqlama verdik ki, “Azərbaycan Türk-Rus monitorinq mərkəzinin texniki dəstəyi ilə Qarabağda növbəti anti-terror əməliyyatı keçirib, terorist Filanyanlari tutub gətirib Bakıya”!
Unutmayın o terör birləşmələrinin mövcudluğu hazırda Rusiya baxımından iki konteksdə Rus sülhməramlıların gələcəyi üçün zərərlidir: 1. Azərbaycanın Rus məramlılarını vaxtını uzatmaması üçün ən real və haklı səbəbdir. 2. Terör birləşmələri orda olmasa mülki erməniler təhlükəsizlik üçün rus sülhməramlısina daha çox ehtiyac duyacaqlar!
Nazim Cafersoy

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir