Şimdi yükleniyor

Kənan Novruzov: İsrail “öz ayağına güllə sıxdı”: Qətərə hücumu durumu mürəkkəbləşdiricək

Türkiyə Xarici İşlər Nazirliyinin İsrailin Qətərə hücumu barədə yaydığı bəyanatda bildirilib ki, İsrail müharibəni uzatmağa çalışır.
Qeyd olunub ki, atəşkəs müzakirələri davam edərkən HƏMAS heyətinin hədəf alınması İsrailin sülh üçün çalışmadığını, savaşı uzatmağa səy göstərdiyini göstərir: “Bu hücum nəticəsində İsrailin regionda hədəf aldığı ölkələr sırasına atəşkəs müzakirələrinə vasitəçilik edən Qətər də daxil oldu”.

Türkiyə XİN Qətəri dəstəklədiyini və hücumu pislədiyini bildirib.

Məlum olduğu kimi, dünən İsrail Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi ilə bağlı əməliyyat həyata keçirib.
Əvvəlcə onu deyək ki, İsrailin Qətəri hədəf alması özü yolverilməzdir. İsrail baş naziri Benyamin Netanyahu başa düşməlidir ki, bu, HƏMAS-la danışıqlara zərbə vurur. Qətərə hücumla obrazlı dillə desək, İsrail “öz ayağına güllə sıxdı”.
Qətərə hücum əslində iki konteksdən qiymətləndirilməlidir. Birincisi məqam danışıqların davam etdiyi bir vaxtda HƏMAS heyətinin hədəf alınmasıdır. Bu, göstərir ki, İsrail müharibəni davam etdirməyə hazırdır. Və, çox güman ki, elə bunu istəyir.

İkinci bir tərəfdən, nəzərə almaq lazımdır ki, Qətər indiyədək tərəflər arasında potensial vasitəçi idi. Belə olan Qətərin atəşə tutulması o deməkdir ki, İsrailin heç vasitəçiyi də ehtiyacı yoxdur.
Əvvəl də dediyimiz kimi, görünür, artıq Netanyahunun müharibəni davam etdirməkdən başqa yolu yoxdur. O, hakimiyyətini savaş hesabına qoruyur. İsrailin Qətərə hücumunu həm də bu aspektdən qiymətləndirmək lazımdır.
Yeri gəlmişkən, İsrail ABŞ-nin dəstəyinə çox arxayındır. İranla 12 günlük müharibədən sonra Təl- Əviv əmin oldu ki, Vaşinqton həmişə onun yanında olacaq. Ona görə də belə şıltaq davranır.
İsrailin Qətərə hücumu bir daha göstərir ki, Yaxın Şərqə yaxın zamanda sülh olmayacaq. Təl- Əviv bunu qarşısını almaq üçün əlindən gələni edəcək. Gələcəkdə İsrailin müxtəlif yollarla, o cümlədən İrana hücumla gərginliyi daha da artırmaq ehtimalı var.

Kənan Novruzov

Share this content:

Yorum gönder