KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin Ukaynayı muzdlularla Suriyaya çevirə bilərmi?

Kamal Aliyev: Putin Ukaynayı muzdlularla Suriyaya çevirə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
394 0

Əlbəttə,oxucular düşünə bilər ki,Rusiya prezidenti V.Putin Ukraynayı artıq Suriyaya çevirə bilib;dagılmış şəhərlər,qəsəbələr,həyatını itirmiş minlərlə mülki şəxslər,2 milyondan artıq ukraynalının vətənindən qaçqın düşməsi və çökmüş infrastruktur bu Şərqi Avropa ölkəsini ən azı 10 il geri atıb.

Müharibə hər keçən gün uzandıqca humanitar fəlakətin miqyası da artmaqdadır.Sanki Ukrayna xalqının müqaviməti,şanlı dirənişi artıqca,bu,V.Putini daha da qəzəbləndirir,onu daha da aqressivləşdirir.

Putin hər nə qədər desə ki,o,V.Zelenski iqtidarını dəyişmək istəmir,ancaq rus ordusunun Kiyevin həndəvərində mövqe tutması,sivillərə qarşı qətliam törətməsi bizə onu göstərir ki,Kremlin şefi Ukraynada hakimiyyət dəyişikliyi edib özünə yaxın kukla hökumət qurmaq məqsədindən əl çəkməyəcək.
Ukrayna və Rusiya xarici işlər nazirlərinin Antalyadakı görüşü də fiaskoya ugradı.Dünən də yazdıgım kimi,S.Lavrov məcbur olub Türkiyəyə səfər etmişdi.

Görünən budur ki,Rusiya Ukraynadakı işgalçılıq siyasətini davam etdirəcək.Hətta yazının başlıgında da vurguladıgım kimi,V.Putin Yaxın Şərqdən 16 min muzdlu döyüşçünü Ukraynaya gətirəcək.Qeyd edim ki,ruslar 2014-cü ildə yaratdıqları “Vaqner” muzdluları ilə əvvəlcə Donbasda,daha sonra isə Liviya,Sudan,Somali,Qvineya,Suriya,Mərkəzi Afrika Respublikası kimi ölkələrdə döyüş əməliyyatlarında iştirak edirlər.

Xatirinizdədirsə,2018-ci ildə Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camal Mərkəzi Afrika Respublikasında “Vaqner”muzdlularının törətdiyi cinayətlər haqqında veriliş hazırlayarkən,elə onlar tərəfindən qətlə yetirilmişdi.V.Putinin biznesmen dostu Yevgeni Priqozinin yaratdıgı “Vaqner”hərbi təşkilatı 2019-cu ildə Liviyada xunta rəhbəri marşal X.Xəftərə dəstək verərək BMT-nin tanıdıgı Tripolidəki qanuni hökumətlə döyüşmüşdü.Hərçənd,V.Putin istəyirdi ki,Səif-əl-islam Qəddafini Liviyada hakimiyyətə gətirsin.

Beləliklə,Rusiyanın müdafiə naziri S.Şoyqu Rusiya Federasiyası TŞ-nın iclasında deyib ki,Yaxın Şərqdə 16 min muzdlu döyüşçü Ukraynaya gəlmək istəyir.Daha sonra prezident V.Putin də belə deyib ki,bu muzdluları tezliklə Ukraynaya gətirmək lazımdır.

Bildiyiniz kimi,dünyanın müxtəlif olan legioner döyüşçülər Ukraynaya işgalçı Rusiyaya qarşı döyüşmək üçün gəliblər.Hətta Britaniya ordusunun bir qrup döyüşçüsü də hazırda Ukraynadadır.Legionerlərlə baglı Ukrayna prezidenti Volodimir Zelenskinin də çagırışı var.O,legionerlərə maaş,daha sonra isə Ukrayna vətəndaşlıgı verəcəyini bəyan edib.ABŞ-dan isə 6 min legioner Ukraynada döyüşmək üçün bu ölkənin Vaşinqtondakı səfirliyinə müraciət etsə də,bunlardan yalnız 100 nəfər seçilib.

Bu 100 nəfər isə əvvəllər Əfqanıstan və İraqda döyüşmüş amerikalı əsgərlərdir.
Ortaya çıxan mənzərə budur ki,V.Putin Qərbdən gələn legionerlərə cavab olaraq,o da Yaxın Şərqdəki muzdlu döyüşçülərdən istifadə edəcək.Hətta məlumatlara görə,İran tərəfi də SEPAH-ın 300 nəfərlik döyüşçüsünü Ukraynaya göndərəcək.

Bütün bunlar mənə İraq,Suriya və Əfqanıstandakı müharibələri xatırladır.Yəni,böyük dövlətlər aralarındakı vəkalət müharibələri( proxy wars)muzdlu döyüşçülər və legionerlərlə aparırlar.
Təbii ki,bütün bunlar hibrid müharibə taktikasının tərkib elementləridir.Bu,həm də o deməkdir ki,super güclər bir-birləri ilə qarşılaşmaq əvəzinə iqtisadi sferada sanksiyalar,hərb meydanında isə muzdlularla,legionerlərlə döyüşəcəklər.
Şübhəsiz ki,artıq ABŞ,Britaniya və Rusiya arasında poliqona çevrilən Ukrayna sürətlə suriyalaşmaga dogru gedir.
Bunun ən böyük bədəlini də Ukrayna xalqı,dövlətçiliyi və Avropa qitəsi çekəcək.

Slava Ukraini!
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir