KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycanda xarici ölkənin hərbi bazasına gərək varmı?

Kamal Aliyev: Azərbaycanda xarici ölkənin hərbi bazasına gərək varmı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
23 0

Dövlət başçısı İlham Əliyev rus mediasına verdiyi müsahibədə Azərbaycanda hər hansı bir ölkənin hərbi bazasının mövcudlugunu istisna edib.
Hal-hazırda,Azərbaycan yeganə Cənubi Qafqaz ölkəsidir ki,onun ərazisində başqa ölkənin hərbi bazası yoxdur.Əksinə,Ermənistanda və Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərində Rusiya hərbi bazaları var.
Zənnimcə,Azərbaycan və Türkiyə arasında imzalanmış “Şuşa Bəyannaməsi”Bakı üçün ən faydalı,ən əlverişli və milli təhlükəsizliyi nöqteyi-nəzərindən ən yaxşı seçimdir.
Üstəlik,Bakı və Ankara arasında imzalanmış hərbi müqavilələr,Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələri(TSK)modelinə uygun formalaşdırılması əhəmiyyətli ugur sayıla bilər.
Buna rəgmən,bəzi azərbaycanlı siyasətçilər,jurnalistlər israrla vurgulayırlar ki,Azərbaycanda mütləq Türkiyənin hərbi bazası olmalıdır.Fərz edirəm ki,bu adamların niyyəti aydındır:Türkiyə NATO-nun üzvüdür və bu ölkənin Azərbaycanda hərbi mövcudlugu həm də Qərbin Azərbaycana daxil olmasıdır.Yəni,NATO təkcə hərbi bok yox,həm də siyasi qrumdur.Şübhəsiz ki,bu arqument(buna arqument demək mümkünsə)dilə gətirənlərin önəmli hissəsi də Azərbaycandakı Qərb şəbəkəsidir.Məlum şəbəkəyə görə,kollektiv Qərbin Azərbaycana daxil olması və ölkəmizdə möhkəmlənməsi Türkiyənin iştirakı,və ya vasitəsi ilə mümkündür.Hərçənd ki,məlum şəbəkənin daxilində anti-Türkiyə ovqatında olsn xeyli tiplər var.

Nəticə olaraq,indiki mərhələdə Azərbaycanda hər hansı xarici ölkənin hərbi bazasının yaradılmasına gərək yoxdur.Bu,təkcə Türkiyəyə aid deyil.Qarabagda rus sülhməramlıları v asrdı ki,onların da çıxarılmasına nail olmuşuq.Ölkədəki həm Rusiya,həm də Qərb şəbəkəsi anlamalıdır ki,bu sayaq sərsəmləmələr,Azərbaycanda xarici ölkənin hərbi bazasının qurulması kontekstindəki söz-söhbətlər boşunadır və ciddi qəbul olunmayacaq.Azərbaycan torpagı başqa ölkə(lər) əsgərlərinin poliqonu deyil.Azərbaycanda öz əsgərimiz xidmət edəcək.NÖQTƏ
Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir