KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Ukraynadakı müharibəni bu iki ölkə bitirəcək

Kənan Novruzov: Ukraynadakı müharibəni bu iki ölkə bitirəcək

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
24 0

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü (AK Partiya) Ömər Çelik dekabrın 15-də keçirdiyi mətbuat konfransında deyib ki, Ukraynada gərginliyin artmasına səbəb Qərbin Türkiyənin səylərinə kifayət qədər dəstək verməməsidir. O, bildirib ki, Ukraynada artıq hipersonik raketlərdən istifadə edilir.
Ö.Çelik söyləyib ki, Qərb dövlətləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə Rusiya arasında müharibənin başa çatması üçün ortaya qoyduğu diplomatik səyləri kifayət qədər dəstəkləmir: “Əgər güclü dəstək verilsə idi, bu gün getdikcə qloballaşan müharibə gündəmini yox, başqa gündəmləri müzakirə edərdik”.

Məlum olduğu kimi, Ukraynada vəziyyət kifayət qədər gərgindir. Türkiyənin savaşın başlandığı ilk gündən etibarən Şərqi Avropada sülhün əldə olunması üçün çalışır. Bunun üçün həm Ukrayna, həm də Rusiya ilə danışıqlar aparılır. Türkiyə rəsmiləri, o cümlədən Ərdoğan bütün çıxışlarında Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini desə də, Rusiya ilə də “körpüləri yandırmır”. Türkiyə NATO üzvü olmasına baxmayaraq, Rusiyaya qarşı cəbhədə dayanmayan, bəlkə də, yeganə aktordur.

Rəsmi Ankara Şərqi Avropada sabitliyin təmin olunmasında, həqiqətən, maraqlıdır. Çünki bunu Türkiyənin siyasi və təhlükəsizlik maraqları tələb edir. Birincisi, Ankaranın həm Moskva, həm də Kiyevlə normal münasibətləri var. Ona görə də perspektivdə seçim qarşısında qalmaq istəmir. İkincisi, müharibənin davam etməsi perspektivdə Türkiyə – NATO, Türkiyə- ABŞ münasibətlərinə təsir edə bilər. Ankara bunu da istəmir. Üçüncüsü, Türkiyə Qərbin və NATO-nun müharibə vasitəsilə Şərqi Avropada güclənməsində maraqlı deyil. Məhz bu səbəblərdən Türkiyə bütün imkanları ilə tərəfləri bir araya gətirməyə çalışır.

Əslində Türkiyənin vasitəçiliyi ilə tərəflər arasında bir neçə dəfə razılıq əldə olunub. Ankaranın sayəsində vaxtı ilə sülhə bir addım qalmışdı. Amma “sehrli çubuq” işə düşdü. Bu gün isə sülhün bərpa olunması və danışıqların başlanması daha çətindir. Əvvəl də dediyimiz kimi, bunun üçün Türkiyə həm də ABŞ və Qərb dövlətləri ilə danışıqlar aparmalıdır. Təkcə Kiyev və Moskva ilə təmaslar kifayət deyil.

Doğrudur ki, Qərb Türkiyənin diplomatik səylərini kifayət qədər dəstəkləmir. Çünki Qərbin və Ankaranın Ukrayna ilə bağlı mövqeləri müxtəlifdir. ABŞ və Avropanın əksər dövlətləri Türkiyədən fərqli olaraq Ukraynadakı müharibənin genişlənməsində maraqlıdır.

ABŞ-dəki prezident seçkilərində Respublikaçı Donald Trampın qalib gəlməsi, sözsüz ki, Ukraynadakı müharibəyə təsir edəcək. Əvvəl də dediyimiz kimi, Trampın Ukraynadakı müharibəyə son qoyması mümkündür. Və, çox güman ki, bu, Ukraynaya dəstəyin azaldılması nəticəsində bu dövlətin danışıqlar masasına otuzdurulması ilə baş verəcək.

Andiçmə mərasimindən sonra Tramp hakimiyyəti ilə Türkiyə Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlara və birgə işə başlaya bilər. Ehtimal etmək olar ki, Ankara ilə Tramp hakimiyyətinin koordinasiyalı səyləri nəticəsində müharibə 2025-ci ildə başa çatacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir