KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İran və Çin arasında böyük anlaşma

İran və Çin arasında böyük anlaşma

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
386 0
çin iran

Pekin Tehranı ABŞ-ın sanksiya “bataqlığından” niyə və necə çıxaracaq?
Çin və İran arasında 25 illik enerji müqaviləsi imzalanıb. Bu anlaşma 2016-cı ildə İran və Çin Əhatəli Strateji Əməkdaşlıq sazişi çərçivəsində “yol xəritəsi”nin razılaşdırılması məqsədi ilə avqustun sonunda xarici işlər naziri Cavad Zərif Çinə səfər edib.

Bu barədə iddia “Petroleum Economist” saytında yayılan məqalədə irəli sürülüb. İran Neft Nazirliyinin yüksək rütbəli məmur sayta bildirib ki, Zərifin Çin səfəri zamanı 25 illik bir anlaşma əldə olunub və bu anlaşma neft-qaz sektorunda qlobal səviyyədə enerji sektorunda dəyişiklik yaradacaq.

Belə ki, anlaşmanın əsas hissəsini Çinin İranın neft, qaz və neft kimyası sahəsinin inkişafına 280 milyard dollar sərmayə qoyulmasını nəzərdə tutur. Bundan başqa anlaşmada İranın nəqliyyat və sənaye strukturunu inkişaf etdirmək üçün əlavə olaraq 120 milyard dollar dəyərində yatırım qoyulması nəzərdə tutulub. Bu anlaşmaya əsasən Çin firmaları İranın yeni, fəaliyyətini dayandırmış və tamamlanmamış enerji mərkəzlərində sifariş almaqda öncəlik tanınacaq.

Bu anlaşmanın daha bir maraqlı tərəfi ondan ibarətdir ki, Tehran və Pekin arasında əldə olunmuş anlaşmaya əsasən Çinin İrandakı layihələrini qorumaq məqsədi ilə bu ölkəyə 5 minə yaxın hərbi qüvvə yerləşdiriləcək. Bundan başqa İranda istehsal olunan neft və neft-kimya məhsullarının Çinə təhlükəsiz daşınması üçün əlavə canlı qüvvə və texnika, yəni gəmi ayrılacaq. Bu anlaşmaya lazım gəldiyində Fars körfəzindən istifadə də daxildir.

Məqalədə eyni zamanda iddia olunur ki, anlaşmaya əsasən Çin İrandan neft-qaz və neft-kimya məhsullarını 12 faiz daha ucuz qiymətə ala biləcək. və bu zaman Çin şirkətlərinə iki illik ləngimə imkanı tanınacaq. Bu anlaşmada iki ölkə ticarətində ABŞ dollarından istifadə olunmayacaq. Ödəmələrdə isə Almaniya, Avstriya və bir Türkiyə bankından istifadə olunacaq.

Bu layihəyə eyni zamanda Pekindən Londona qədər uzanacaq tarixi “İpək Yolu” layihəsini canlandırmaq daxildir. Bu o deməkdir ki, İran da “İpək Yolu”na daxil ediləcək. Müqavilədə Çinin iranlı işçiləri işə cəlb etməsi maddəsi də var. Bu da İranda işsizliyin azalmasına xidmət edəcək. Maraqlıdır ki, anlaşmada Çinin Sincan Uyğur bölgəsindən başlayaraq Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın da daxil olduğu Avropaya qədər uzanan 2300 kilometr uzunluğu olan “İpək Yolu” xəttinin İrandakı bir dayanacağı da Təbriz olacaq.

Maraqlıdır ki, bu xəbərin yayılması ilə eyni gündə Rusiyanın İranın enerji sektoruna sərmayə qoymağa hazırlaşdığı haqda xəbərlər yayılıb. Rusiyanın energetika naziri Akeksandr Novak Şərq İqtisadi Forumu zamanı jurnalistlərə bildirib ki, Rusiya İranın neft hasilatı sahəsinə əlavə sərmayə qoymaq imkanlarını araşdırır.

İranın enerji naziri Rza Ərdəkaniyan sentyabrın 2-də Rusiyaya səfərinin nəticələrini İRNA-ya şərh edərkən Rusiyanın neft-qaz sənayelərinə 10 milyard dollar sərmayə qoymağa hazır olduğunu qeyd edib.

Hər iki məlumat eyni tarixlərdə yayılıb. Xatırladaq ki, ötən ayın sonunda İran XİN rəhbəri Cavad Zərif Uzaq Şərq səyahətinə çıxıb, Çin, Yaponiya və daha bir neçə ölkədə olub. Zərif Çində olarkən İran mediası Pekinin İrandan neft alışı həcmini artırdığını yazıb. İndi isə məlum olur ki, Pekin və Tehran arasında böyük həcmdə yatırımdan söhbət gedir. 400 milyardlıq yatırım İran kimi 40 ildən çoxdur embarqolar altında olan ölkə üçün böyük nəfəslikdir. Üstəlik Tehran bununla da sanksiya altında olması ilə bağlı təsəvvürləri dağıdır. Çin kimi nəhəng ölkənin yatırım qoyduğu ölkəyə digər dövlətlərin də marağı artacaq.

Bu hadisə ilə nə qədər bağlı olduğu hələlik məlum olmasa da, avqustda Zərifin gözlənilmədən G-7 sammitində peyda olması və Fransa prezidenti ilə görüşməsi mediada İrana qarşı neft sanksiyalarının yumşalacağı haqda xəbərlərə səbəb oldu. Bu görüşdən az sonra İran XİN rəhbərinin müavini Abbas Əraqçi də ABŞ-ın İrana qarşı neft embarqosunu yumşaltdığını bildirmişdi. Belə görünür, Vaşinqton ya İranı Çinə verməmək üçün sanksiyaları yumşaltmağa qərar verib, ya da bu anlaşma bir mənada yumşalmanın nəticəsidir. İstənilən halda bu, İranın embarqonu yarması deməkdir.

Məlum olduğu kimi, İran dünyanın ikinci qaz ölkəsi, 3-cü neft ölkəsidir. İranın təsdiq edilmiş neft ehtiyatları 157 milyard barel, qaz ehtiyatları 33,6 trilyon kub metrdir. Bu isə böyük potensialdır. İran hazırda minimal ölçüdə neft və qaz sata bilir. ABŞ hökumətinin sanksiyalarından sonra Tehran neft satışını azaldıb. İranın əsas neft alıcısı Çindir. Yaxın Şərq və Afrikada fəaliyyətlərini genişləndirən Çinin məhz təhlükəsizlik və sabitlik faktorunu əsas götürərək İranla anlaşdığı güman edilir. Digər tərəfdən, İran həm də strateji nöqtədə yerləşir və Yaxın Şərqə çıxış əldə etmək istəyən Çin üçün əlverişli ölkədir. Nəhayət, ABŞ-la ciddi münaqişədə olan Tehranın hazırkı siyasəti Çinlə uyğun gəlir. Həm də iqtisadi baxımdan daha ucuz neft və qaz alacaq Çin üçün bu anlaşma əlverişlidir.

Tehran isə Çin vasitəsilə böyük neft alıcısını qoruyub saxlayır və enerji sektorunu dirçəldəcək. Böyük İpək Yolunun İran üzərindən keçməsi İslam Respublikası üçün əlavə divident ola bilər. Bu mənada indiki zamanda bu anlaşma hər iki tərəf üçün sərfəlidir.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir