“13 ildir davam edən Suriya böhranında İsrail və Amerikanın dəstəyi ilə hərəkətə keçən HTŞ təşkilatının fəaliyyəti nəticəsində Əsəd Moskvaya qaçmalı olub. 1991-ci ildə Sovet İttifaqının dağılmasına bənzər mənzərə ilə üzləşən Suriya ərazisində bütün rəsmi sənədlər dağıdıldığı üçün bu qarışıqlıq dövründə Suriyadan gələn mühacirlərin hüquqları ilə bağlı ciddi problemlər yaşanacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bildirib ki, bu qarışıqlıq zamanı Suriyadan Türkiyəyə gələn mühacirlər qayıdanda orada olduqlarını ancaq əllərində olan sənədlərlə sübut edə bilərlər.
Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Həsən Oqtay
“Türkiyə Suriyada demokratik nizam qurulana və etimad mühiti qurulana qədər Suriyadan gələn mühacirlərin Türkiyədən geri qayıtması üçün addım-addım yol açacaq. Çünki Türkiyə infrastrukturu çökmüş, dövlət mexanizmi sıradan çıxmış bir coğrafiyaya öz mühacirlərini göndərməyə tələsməyəcək”.
Politoloqun fikrincə, çünki Türkiyə bu mühacirlər vasitəsilə gələcəkdə Suriyada qurulacaq nizamda söz sahibi olmaq istəyir.
“Türkiyəyə gələnlərin yarısı vətəndaşlıq aldığı üçün ikili vətəndaşlıq qanunundan faydalanacaqlar. Türkiyə Suriyada yaşayan öz vətəndaşlarının hüquqlarını müdafiə edəcək. Suriyada nizamın bərqərar olması Türkiyəsiz mümkün görünmür. Türkiyə bir tərəfdən Suriyanın ərazi bütövlüyünü qorumağa çalışsa da, digər tərəfdən mühacirlərin Suriyaya qayıtmasını təmin etməyə və Suriyada humanist yaşamaq üçün hüquqi əsas yaratmağa çalışacaq. Bu kontekstdə Türkiyənin işi kifayət qədər çətindir”-deyən Hasan Oktay qeyd edib ki, İran və Rusiya Əsədi satacaq mövqedən kənarda qalıb.
Hasan Oktay hesab edir ki, Amerikanın 10.000 km-də bölgədə nizam-intizam yaratmaq şansı yoxdur.
“Ən uzun sərhəd qonşumuz olan Suriyada nizam, ancaq Türkiyə üzərindən bərqərar ola bilər”-deyə siyasi şərhçi bildirib.
İradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/521224.html