İranın cavab zərbəsi niyə gecikir ?
Yeni bir savaş istəyən Moskva Azərbaycandan nə tələb edir ?
İran və İsrail arasında gərginlik davam etməkdədir. İsmayıl Haniyənin öldürülməsinə görə İranın gözlənilən cavab zərbəsinin nə zaman olacağı, hücumun miqyası ilə bağlı geniş müzakirələr getdiyi bir zamanda Livanın cənubunda “Hizbullah”la İsrail arasında kiçik miqyaslı da olsa qarşılıqlı toqquşmalar baş verməkdədir. Hələlik bu toqquşmalar ehtimal edilən savaş provası kimi tərəflərin bir birlərinin hazırlıqlarını yoxlamaq məqsədi güdür. Həm İran, həm də ki, “Hizbullah” İsrailə mütləq cavab zərbəsi endiriləcəyini və bunun çox yaxında olacağı ilə bağlı yüksək tonla hədələyici mesajlar verməkdədirlər. İndi əsas sualardan bir budur ki, ilk hucumu “Hizbullah” edəcək ya İran? Ən çox ehtimal olunan variant budur ki, “Hizbullahın” ikinci adamı Fuad Şükrünün qətlinə görə İsrailə qarşı geniş miqyaslı əməliyyata başlaması İranin özünün belə bir hucuma qərar verməsindən aslıdır. İsrail isə nəticəsindən asılı olmayaraq İran tərəfindən hər hansı bir hücum olacağ təqdirdə apareldə olduğu kimi bunun cavabsız buraxılmayacağını təkrarlayıb durmaqdadır.
Əslində İsrailin bu mövqeyi İranı çətin vəziyyətə salmaqda və ola bilsin ki, cavab zərbəsinin gecikməsinə səbəb olmaqdadır. Bu səbəbdən də İranın İsrailə vəd etdiyi hücumun vaxtını uzadaraq ABŞ və İngiltərənin aviadaşıyıcı gəmilərinin və hava hücumundan müdafiə sistemlərinin Aralıq dənizinə və Hörmüz boğazına tam yerləşməsinə imkan yaratması, hec də boşuna deyil. Tehran istəyir ki, ABŞ və onun regiondakı ərəb müttəfiqləri İrandan atılacaq raketləri otən dəfəki kimi havada məhv etməklə İsrailin əks hücumu üçün yarana biləcək səbəbi aradan qaldirmış olsunlar. Ancaq Netenyahu hökuməti açıq bəyən edib ki, bu ehtimal edilən hücumun nəticəsindən asılı olmayaraq Iranın hərəkəti cavabsız buraxılmayacaq. Bu isə o deməkdir ki, İran İsrailə bur raket atmış olsa belə, bu, İrana zərbə vurmaq üçün çoxdan əsas axtaran Netenyahu üçün gözəl bir fürsət sayılacaq.
Açıq aydın görünür ki, bölgədə yeni bir müharibənin çıxmasını istəməyən Bayden hökuməti narahatdır ki, İsrailin ifrat sağçı hakimiyyəti İranla müharibə başladıb ABŞ -ı da istəmədən bu savaşın içinə çəkə bilər. Bu gün Netenyahuya söz keçirə bilməyən Bayden ehtiyyat edir ki, İran hücuma qəra verəcəyi təqdirdə İsrailin dağıdıcı cavab zərbəsi Tehrana bağlı proksi qüvvələrin və Çinlə Rusiyanın təhrikçi dəstəyi ilə Orta Şərqdə yeni bir müharibənin alovlanmasına səbəb ola bilər. Ona görə də ABŞ vəziyyətdən çıxış yolu kimi regona cox saylı yeni hərbi qüvvə gətirməklə Netenyahunun radikal ölçüsüz qərarlarına gorə İsraillə döyüşə hazırlaşan qüvvələri və bu savaşda maraqlı olan oyunçuları öz planlarından cəkindirməyə çalışır.
Tehran isə anlayır ki, İsrailə atacağı raketlərə cavab olaraq nüvə tədqiqat mərkəzləri başda olmaqla mühüm hərbi və energetika obyektləri dağıdıcı hücumlara məruz qala bilər. Ancaq Tehran bunu nəzərə alıb hücum fikrindən daşınırsa, o zaman Yəməndən tutmuş İraqa qədər bu günə qədər 100 miyarda yaxın vəsait xərclədiyi Orta Şərqdəki çoxsaylı proksi qüvvələrin inam və güvənini də tam itirmiş olar. Bu zaman İranın Haniyənin ölümünə görə İsrailə cavab verə bilməməsi onu zəif, aciz bir duruma salaraq regional güc olmaqdan da məhrum edər.
İna görə də ABŞ -n təşəbbüsü ilə İrana elə bir variant təklif edilir ki, Tehran bunu raket hücumundan vaz kecməyin qarşıliginda öz uğuru kimi təqdim edə bilsin. Bayden adminstrasiyası təkif edib ki, İranin cavab zərbəsindən vaz keçməsi qarşılığında İsrail ordusu Qəzzadan geri çəkilir və İran da bunu öz imtina qərarınin uğurlu nəticəsi kimi təqdim edir. Belə bir variant təbliğatda Tehrana Qəzzanın qurtarıcısı imici qazandırıb onun geri çəkilməsinə görə radikal qrupların tənqid hədəfi olmaqdan qurtara bilər. ABŞ-n qeyri rəsmi formada Misir və Qətər vasitəsilə ilə Tehrana çatdırdığı bu təklifdən sonra İranın BMT -dəki nümayəndəsinin verdiyi açıqlamada “bizim öncəlliyimiz Qəzzada atəşkəsə nail olmaqdır” deməsi onu göstərir ki, belə bir variant İranın mövqeyini İran üçün maraqlıdır. Gözlənilir ki, avqustun 15-də ABŞ,İran, Misir və Qətərin iştirakı ilə bu məsələ ilə bağlı görüş kecrilsin. Əgər ABŞ Netenyahunu bu təkilfə razı sala nilsə inda böyük ehtimalla İran hücuma niyyətindən imtina etməli olacaq.
Ancaq bununla bərabər Tehran İsrailə raket hücum niyyətinin ciddi olduğunu gostərmək üçün oz hazırlıqlarını davam etdirir. Dünən SEPAH tərəfindən İran dəniz qüvvələrinə 2 mindən artıq drin,orta və uzaq mənzilli raketlərin təhvil verilməsi İran KİV vasitəsilə ilə böyük hücum kampaniyasına hazırliq kimi təqdim edilib.
Bundan əlavə onu da xatırlatmaq lazımdır ki, bu günlərdə Rusiyadan S-400 HHM müdafiə sistemi və GT-01elktron hərb qurğuları təcili olaraq İrana gətrilib. İran bundan əvvəl Rusiyadan 9K37 BUK ve 9K330 TOR sistemləri və 2016-ci ildə S-300 HHM sitemi alıb və bu gün hava məkanını bu vasitələrlə qoruyur. Hazırda Rusiyanın özünün Ukraynada HHM sistemlərinə kəskin ehtiyacı olduğu halda İrana S-400 göndərməsi onu göstərir ki, Moskva İranı İsrailə cavab zərbəsinə təşviq etməyə çalışır. Çünki Orta Şərqdə getdikcə arealı genişlənəcək yeni bir müharibənin başlaması ABŞ və Avropanın diqqətini Ukraynadan bir qədər yayındıra bilər. Ona görə də Putin canlı yayımda İranın gozlənilən hücumu haqqında danışarkən, mülki obyektlərə zərbə vurmayan bir hucum təkif etməklə, yeni bir savaşda nə qədər maraqlı olduğunu gizlədə bilmədi.
Bu vəziyyət Azərbaycan hakimiyyətini də çətin geosiyasi seçim qarşısında qoyur. Çünki Rusiya və Çinlə strateji müttəfiqlik edən Azərbaycan hakimiyyəti eyni zamanda İsraillə də sıx əməkdaşlıq edir və regionda eskalasiya artacağı təqdirdə İran məsələsində hansı tərəfdə olmaqla bağlı qərar vermək lazım gələcək. Digər tərəfdə isə Türkiyənin İsrailə qarşı kəskin mövqe nümayiş etdirməsi də vəziyyəti xeyli mürəkkəbləşdirir. Məhz bu ərəfədə Şoyqunun İrandan Azərbaycana gəlişi böyük ehtimalla həm də mümkün savaş ssenarisində İsrail tərəfdə yer almamaqla bağlı Bakıya xəbərdarlıq niyyəti daşıyıb.Görünür Şoyqu ilə Tehranda aparılan danışıqlarda İran hücum qərarı verəcəyi təqdirdə Şimalda Azərbaycan ərazisindən İsrailin istifadə imkanları da müzakirə olunub və bu məsələnin qarşısinin alınması istənilib .
Digər tərəfdən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən Zəngəzurla bağlı müddəanın çıxarılmasını Qərbin danışıqlar prosesinə təsiri kimi qiymətləndirən Rusiya, dəyişikliyi özünun Qafqazdakı mövcudluğuna təhlükə kimi qəbul edir. Ona görə də indiki həssas məqamda Rusiya Azərbaycana həm İran məsələsində, həm də ki, Ermənistanla danışıqlarda Şoyqunun dediyi kimi bir müttəfiq olaraq Moskvanın qarşısında götürdüyü öhdəliklərə uyğun hərəkət etməli olduğunu xatırlatmağı lazım bilib.
Ancaq İsrail və İaran arasında hərbi toqquşma baş verərsə, bu zaman Azərbaycanın Rusiyanın tələblərinə uyğun mövqedən çıxış etməsi ehtimal ki ,İsraillə münasibətlərə xələl gətirəcək.
Fuad Gahramanlı