KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: Azərbaycan “döyər” , yoxsa, Ermənistan?

Fuad Gahramanlı: Azərbaycan “döyər” , yoxsa, Ermənistan?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
128 0

Xalqın vecinə deyil, bəs hökumət nə fikirləşir?

Azərbaycanda 9 aylıq iqtisadi artım 0.8%-dən 0.5%-ə düşüb. Ermənistanda isə bu rəqəm 9 faizdən artıqdır.
Ermənistan da büdcəyə vergi yolu ilə daxil olmaların həcmi 85%, Azərbaycanda isə ən maksimum halda 60 faizdir.
Bizim büdcəmiz yerində saydığı halda Ermənistan büdcəsi bu illə müqayisədə gələn il 1,2 milyard dollar artaraq 7,77 milyard dollara çatacaq. Azərbaycanda isə gələn il bu artımın 0,8% və yaxud 282,5 milyon manat, təqribən 165 miiyon dollar olacağl gözlənilir .

Riyaziyyatdan yaxşı başı çıxanlar bizim geriyə hərəkət sürətimizlə Ermənistanın irəli getmə sürətini hesablayıb aradakı fərqin nə zaman aradan qalxacağını müəyyənləşdirə bilərlər.

Cəmiyyəti bir kənara qoyaq, onsuz da binəva xalqımız rəqəm görən kimi üzünü turşudur və belə qəliz şeylərə qafa yormağı bekara, xuduru iş sayır. Bu cür işlərdənsə tiktok daha maraqlıdır, deyilmi?

Bəs görəsən hakimiyyətdəki böyüklər bu vəziyyət barədə nə fikirləşirlər? Niyə onların fazendası belə səmərəsiz idarə olunur?
Birdən Allah eləməsin Paşinyan nə vaxtsa qalxıb dedi ki, onsuz da bizə Qarabağ lazım deyildi, ancaq iqtisadi baxımdan biz Azərbaycanı döyərik. Onda bizim böyüklər ona nə cavab verər, bir təəssübkeş vətəndaş kimi bu vəziyyətə görə çox narahatam.

Biz hər şeyi bilməsək də bu cür məsələləri görüb narahat oluruq və hökumətimizin nəzərinə ərz edirik ki, bu gedişatla nə vaxtsa azərbaycanlılar gedib Ermənistanda iş axtarmalı olacaqlar və o zaman da ermənilər də ” bəs nə oldu , Qarabağ sizin oldu ancaq gəlib bu gün bizdən iş, çörək istəməyə möhtacsınız” deyib iqtisadi baxımdan onları “döyüb” alçaltmağa çalışarlar. Allah eləməsin, bu gedişlə qorxduğunuz başımıza gələrsə, o zaman ermənilər tərəfindən hökumət işlərinə qarışmayan mütəvazi xalqımızın da vətənpərvərlik hisslərinə toxunulmuş olar və qanı qaralmış üzüyola camaatımız da əsəbiləşib tiktokun ləzzətini çıxara bilməyib öz başbilənlərindən küsüb incik düşər.
Kim bilir bəlkədə hökumətimiz bu yazıq camaatı o qədər nəzərə almır ku, heç onları nə gözlədiyi onun keçişinin saqqalına da deyil.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir