KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: ABD Azərbaycanın mesajını aldığını bildirir, bəs bu mesajın cavabı nə olacaq?

Fuad Gahramanlı: ABD Azərbaycanın mesajını aldığını bildirir, bəs bu mesajın cavabı nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
32 0

Tramp demokrt deyilsə, bəs o zaman necə olacaq?

Azərbaycan Qərb münasibətlərində gərginlik getdikcə daha da artırır. Bu gərginlik indiyə qədər əsasən Qərbin insan hüquqları ilə bağlı tələblərinə Azərbaycan hakimiyyətinin saymazyana münasibətindən və Ermənistanla sülh müqaviləsi imzalamaqdan imtina etməsindən qaynaqlanırdı. Azərbaycan hakimiyyəti hər dəfə Qərbin insan haqları ilə bağlı səsləndirdiyi tələblər qarşısında aqressivləşərək repressiyaları daha çox artırır, rəsmi ağızdan və media vasitəsilə ilə qarşı tərəfi yamanlamaqla məşğul olurdu. Bununla da Qərbə göstərmək istəyirdilər ki, sizin bu tələbləriniz vəziyyəti yaxşılaşdırmaq yerinə daha da pisləşdirir və biz bu mövzuda hər hansı dialoq təklifini , çağırışı qəbul etmirik. Ona görə də bir çox hallarda Qərb inistutları ilə hər hansı ilişkisi, yaxınlığı olan şəxslərin həbsi xüsusi ayrıcalıq təşkil etməkdədir.

Nəhayət Qərb o nəticəyə gəldi ki, bu gün Azərbaycan hakimiyyəti ilə insan hüquqları mövzusunda dialoq cəhdi hər hansı səmərə vermədiyi kimi Ermənistanla aparılan danışıqlarda da yaxın vaxtlarda sülh müqaviləsinə ümid etməyinə dəyməz. ABŞ Dövlət Katibinin insan hüquqları üzrə köməkçisi xanım Dafnanin iki gün öncə dediyi “Azərbaycan hakimiyyəti Rüfət Səfərovun həbsi ilə bizə güclü mesaj vermək istəyirdi və biz də bu mesajı qəbul etdik” sözləri onu göstərir ki, nəhayət ki, Qərb mövcud acı reallığı etiraf edərək onu qəbullandığını açıq mətnlə bildirdi.
Bu yetmirmiş kimi Azərbaycandan olan jurnalist və hüquq müdafiəçisi Sevinc Vaqifqızı və Rufat Safarovu mükafatlandırdıqdan sonra Dövlət katibi Blinkenin Azərbaycanda insan haqlarının ağır vəziyyətdə olması ilə bağlı ayrıca bəyanatla çıxış etməsi Azərbaycan ABŞ münasibətləri tarixində bir ilk olmaqla yanaşı, həm də gərginliyin nə qədər artdığını, qəzəbli bir yanaşmanın münasibətlərə sirayyət etdiyini göstərir.

Bəs xanım Dafnanın “biz Azərbaycan hakimiyyətinin bu mesajıni qəbul etdik” ifadəsinin diplomatik dildən tərcüməsi nə deməkdir? Bu indiyə qədər Azərbaycanla münasibətlərdə istifadə olunan alətlərin bir işə yaramadığının qəbu edilməsi və yeni təzyiq üsullarına ehtiyac olduğunu nəzərdə tutan bir eyyhamdır. Əgər bu gün ABŞ kimi ölkənin dövlət katibinin sözlərinə Azərbaycanda heç bir əhəmiyyət verilmirsə, bu artıq sözdən işə keçilməsinin vaxt çatdığını, yəni sanksiyalara ehtiyac olduğunu göstərir. Xanım Dafna Rud məlum açıqlamasında bildirib ki, biz heç də “ruhdan düşüb pəs etmək niyyətində deyilik”. Yəni, bununla da açıq aydın deyib ki, Amerika Azərbaycanda insan haqları ilə bağlı tələblərindən geri çəkilməyəcək və bu tələbləri qəbul etdirmək istiqamətində daha təsirli təzyiq vasitələri ilə öz səylərini davam etdirəcək

Həm də, Dafna xanım açıqlamasında onu da nəzərə çatdırıb ki, Azərbaycan hakimiyyəti heç də Bayden hakimiyyətinin sonuna az qaldığına arxayın olmasın, çünki bu məsələ ilə bağlı Konqresdəki hər iki partiya eyni mövqedən çıxış edir. Bu isə o deməkdir ki, əgər Bayden adminstrasiyası qarşıdakı günlərdə Azərbaycan hakimiyyətindəki məmurlara sanksiya ilə bağlı hər hansı qərar qəbul edərsə , Tramp hakimiyyətinin də eyni kursu davam etdirəcəyi gözləniləndir.

Kimsə deyə bilər ki, Trampın demokratiya ilə bağlı xüsusi bir duyarlılığının olmaması Azərbaycan hakimiyyətini gələcəklə bağlı arxayınlaşdırır. Ancaq məsələ burasındadır ki, Azərbaycanda demokratiya məsələsinə indiki böyük diqqət guya demokratik dəyərlərə idealist bağlılıqdan qaynaqlanırdı ki ? Əgər belə olmuş olsaydı Ukrayna müharibəsinə qədər də insan hüquqlarını heçə sayan zorakı Azərbaycan hakimiyyətinə qarşı indiki kimi sərt tələbləri görmüş olardıq. Ona görə də gün insan hüquqları ilə bağlı tələblər hec də Baydenin idealizmi ilə bağlı deyil. Bunu Avropa haqqında da söyləmək olar, çünki bu yaxınlarda yenilənən AB rəhbərliyi də ölkədə demokratik azadlıqların boğulmasına rəğmən əvvəllər Azərbaycan hakimiyyəti ilə yaxş münasibətlərdə idilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanda demokratiya, insan haqları, Ermənistanla sülh məsələsi geosiyasi əhəmiyyət daşıyan məsələlərdir və bu səbəbdən də sadaladığımız mövzularda Qərbin mövqeyindəki sərtləşmə Ukrayna müharibəsindən sonrakı dövrdə Azərbaycanla Rusiya arasındakı müttəfiqlik dönəminə təsadüf edir.

Demək ki, son günlər Ukrayna məsələsində Trampın mövqeyinin Amerikan maraqlarına görə kəskin dəyişdiyini gördüyümüz kimi, onun Rusiya və Çinlə strateji müttəfiq olmuş Azərbaycan hakimiyyətinə münasibətdə də ən idealist demokrat kimi mövqe sərgiləyəcəyini də görsək təəccüblənməməliyik. Çünki bu gün demokratik dəyərlər təkcə insanların azadlığı, ləyaqətli özünü ifadə məsələsi olmayıb, həm də Rusiya qarşı geosiyasi savaşda Qərbin praqmatik maraqlarını ifadə edir. Bu gün Azərbaycanda demokratikk dəyərlərin qorunması ilə Qərbin praqmatik maraqlarının üst -üstə düşməsi geosiyasi şərlərlə bağlıdır və Azərbaycan hakimiyyəti məhz bu reallıq üzündən çox narahatdır. Çünki Suriyada da məhz geosiyasi şərtlər hesabına hakimiyyətdə qalan Əsəd rejimi sonradan bu şərtlər dəyişdiyi üçün süqut etdi .

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir