Suriya ilə bağlı “Astana formatı”nın tarixə qovuşması Rusiya və İranı oyundankənar vəziyyətə salıb. Moskva və Tehranın Suriyadakı rolu sadəcə Əsəd rejiminə dəstək üzərində qurulmuşdu. Rejim dağıldığından Moskva və Tehranın Suriyadakı mövqeləri buxarlanıb. Bu gün İordaniyada Suriya ilə bağlı beynəlxalq tədbir işə başlayıb. Türkiyə, ABŞ, İordaniya, Səudiyyə Ərəbistanı, İraq, Livan, Misirin xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqı və BMt təmsilçiləri Suriyanın gələcəyini müzakirə edirlər. Suriya faktiki yenidən qurulmalıdır, ilk növbədə bu ölkənin ərazi bütövlüyü təmin edilməli, yeni Konstitusiya qəbul edilməli, seçkilər keçirilməli, dövlət institutları formalaşmalıdır. Bunların həyata keçirilməsində əsas yük Türkiyənin üzərində olacaq. Digər dövlətlər donor rolunda çıxış etməlidirlər. ABŞ İkinci Dünya Müharibəsindən sonra dağılan Avropa ölkələrinin iqtisadi və sosial problemlərinin həlli məqsədilə “Marşal planı”nı həyata keçirdi. Avropa ölkələrinin bir çoxu məhz bu planın hesabına dağılmış infrastukturlarını bərpa etdilər və çiçəklənmə dövrünə qədər qoydular. Suriya üçün də oxşar plana ehtiyac var. Bu dəfəki planın əsas müəllifi isə Türkiyə və müttəfiqləri olacaq.
Elhan Şahinoğlu: Rusiya və İran oyundankənar vəziyyətte
24 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.